Fırıldaqçılıqla məşğul olan şirkətlər var. İnsaları aldadırlar, insanların pulların alırlar, amma mənzili tikib vermirlər, aldadırlar, ləngidirlər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, bu şirkətlərdən biri də “Bakı İnşaat” MMC-dir. Həmin şirkətlə bağlı bizə rəsmi məktublar daxil olur.
"İnsanların pulunu alıb 4-5 aydır ki, yubadırlar. Köməkçim dəfələrlə həmin şirkətin rəhbəri ilə əlaqə saxlamaq istəsə də, zənglərə cavab verilmir, söhbətdən qaçırlar. Belə şirkətlərə qarşı müvafiq tədbirlər görülməlidir”, - deyə o əlavə edib.