Bazar ertəsi günü, 09 noyabr 2026
     

“Şəhərli” olma, MƏDƏNİYYƏTLİ OL!

Image


Sözsüz ki, dünyanın dağılıb batdığı, Putinin son çarə kimi Qərbdəkiləri nüvə zərbəsi ilə hədələdiyi, rusiyalı anaların Ukrayna müharibəsinə qarşı açıq etirazlara başladıqları, İranda molla rejiminə qarşı kütləvi aksiyaların dağıdıcı fazaya keçdiyi, ərzaq böhranının dünyanı təşvişə saldığı bu günlərdə sosial mövzulara toxunmaq kimlərəsə cansıxıcı görünə bilər.

Çünki bu günlərdə hər kəsin diqqəti dünyamızı başına alıb gedən dağıdıcı proseslərdədir. Xüsusilə ərzaq qıtlığı barədəki xəbərdarlıqlar hər şeyin önünə keçib. Məlumdur: İnsan övladı yaşamaq istəyir...

Amma unutmayaq ki, siyasi oyunlar üçün yazılmış ssenari olan o dünya hadisələri nə vaxtsa bitəcək, hər şey, nağıllarda olduğu kimi, yenə öz axarına düşəcək, amma indi yazdığım mövzu bundan sonra da yüz illər boyu həmişə aktual olaraq qalacaq. ŞƏHƏR MƏDƏNİYYƏTİ...

Şəhər mədəniyyəti yüksək mədəni dəyərlərə sahib olmaq, vətəndaş məsuliyyəti, yaşadığın şəhəri çirkabdan qorumaq, küçə və xiyabanları zibilliklərə çevirməmək, yaşadığın şəhəri ilk növbədə ÖZ EVİN kimi görməkdir.
Təəssüf ki, bizim cəmiyyət düşüncə baxımından bu sadaladıqlarımdan hələ ki, çox uzaqlardadır. Çünki nə qədər müasirləşsək də, dünyanın ən qabaqcıl texnologiyaları ilə “silahlansaq” da, varlı-kasıb hər bir vətəndaşımızın evində ən müasir texnologiyalar cehizlik əşya kimi evin yuxarı başında əzizlənsə də, qüsurlu ictimai şüurdan heç cür qurtula bilmirik. Beynimizin içindəki düşüncələrdə neçə əsrlərdir bizimlə yol gəlir bu qüsurlar.
Sanki şəhər mədəniyyətinə, ictimai qaydalara qarşı bizdə bir psixoloji allergiya formalaşıb son neçə onilliklərdir. Biz sevmirik növbəyə düzülüb sıramızı gözləməyi, biz sevmirik ictimai yerdə mövcud qaydalara riayət etməyi, biz sevmirik beş-on metr addımlayıb əlimizdəki zibili yaxınlığdakı zibil qabına atmağı.
Biz həm də öyrəşə bilmədik yaşadığımız yeri öz evimiz kimi qorumağa. Sanki düşüncəmizdə bunlara qarşı əks “immunitet” formalaşıb əsrlərdir. Əslində, elə əsrlərdir qurtula bilmədiyimiz irili-xırdalı rüşvət mərəzi də elə bu zəhirmara qalmış “immunitetimizdən” irəli gəlir. Bu isə o deməkdir ki, əsrlər keçsə də, beyinlərimizdə, düşüncə və şüurumuzda YENİLİK EDƏ BİLMİRİK, sanki alınmır bizdə bu dediklərim.
Şəhərdə yaşamaq, avtobus və metroya minmək, ən prestij idarələrdə çalışmaq, övladını şəhərin prestij məktəblərində oxutmaq hələ şəhərli olmaq demək deyil. Şəhərli titulu üçün ilk əvvəl şəhər mədəniyyətinə sahib olmalısan. Şəhər mədəniyyəti üçün ən üstün sayıla biləcək məqam budur: yaşadığın şəhərə ÖZ EVİN KİMİ YANAŞACAQSAN! Təəssüf ki, bizim ictimai düşüncəmiz bu istiqamətə yön almayıb hələ.

Sözsüz ki, şəhər mədəniyyəti barədə danışarkən ilk olaraq paytaxt Bakının bugünkü mənzərəsinə toxunmasaq qəti olmaz. Son günlər şəhər nəqliyyatındakı fəlakətli vəziyyət, metrolarda yaranan növbələr, insanlar arasında avtobusa minmək üçün yaranan əsl mübarizə, nizamsız sürücülərin şəhəri başına götürən siqnal səsləri, bölgələrdən Bakıya axışan, şəhər mühiti ilə heç cür uyğunlaşmayan ucuz işçi qüvvəsinin şəhər həyatında artan təsiri, bütün bunlar hazırkı paytaxt Bakının acı mənzərəsidir. Bu, həm də ilk növbədə şəhər mədəniyyətinə vurulan ən böyük zərbədir. Müxtəlif ictimai düşüncə dərəcəsində olan insanların əsl şəhər mühitinə uyğunlaşması, şəhər mədəniyyətini mənimsəməsi mümkünsüzdür.

Bir məqam xüsusilə vurğulanmalıdır: Ötən əsrin 60-cı illəri təkcə ədəbiyyatımızın pik nöqtədə olduğu qızıl illər kimi deyil, həm də əsl şəhər mədəniyyətinin çiçəkləndiyi zamanlar kimi yadda qalıb. O zamanlar paytaxt Bakı şəhər mədəniyyəti baxımından xüsusilə seçilirdi. Küçələrdəki səliqə-sahman, yüksək mədəniyyətə sahib, xüsusilə əxlaq və dəyərləri qoruyan ŞƏHƏR ƏHALİSİ şəhər mədəniyyəti üçün önəmli faktor idi. Bakı ötən əsrin 80-ci illərinin ortalarından artıq bu nizamını sürətlə itirməyə başladı...

Sözsüz ki, təmizlik, yaşadığın küçə və bölgəni təmiz saxlamaq, zibil qalıqlarını yerə deyil, xüsusi ayrılmış zibil qutularına tullamaq hər bir insan üçün başlıca prinsipdir. Bu amil şəhərli-kəndli hər kəs üçün, həm də kənd və şəhər üçün keçərlidir. Burası belədir. Amma şəhər həyatında bunun önəmi ikiqat çoxdur. Çünki kənd və bölgələrdən fərqli olaraq, şəhərlər sənaye zonasıdır, insanların olduqca kütləvi yaşadıqları yerdir, nəqliyyat və infrastrukturun olduqca sıx və gərgin işlədiyi məkandır. Belədə təmiz hava, təmiz şəhər iqliminin bizim daha sağlam yaşamağımız üçün nə qədər həyati önəm daşıdığı ortaya çıxır. Təmizlik, saf ekologiya, təmiz və səliqəli küçələr bir şəhər üçün ən böyük prestij sayılır.

Müasir Bakıda yaşayan müxtəlif düşüncə və “mədəniyyət” sahibi olan bir qisim “şəhərlilər” var ki, onlar sevirlər güzgülü, gözəl liftlərdə tualet ehtiyacını “ödəməyi”, səhər evindən çıxartdığı zibil “səbətlərini” elə liftdəcə “unutmağı”, şənbə-bazar günləri səhər saat 7-8 radələrindən başlayaraq səsgücləndirici ilə “musiqi” dinləməyi, küçədə uca səslə söyüş söyməyi, yerlərə tüpürməyi...
Bax, odur ki, belə arzuolunmaz “şəhərli” olma, gerçək MƏDƏNİYYƏTLİ OL!

Mətləb Salahov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ