Bazar ertəsi günü, 09 noyabr 2026
     

AMEA-nın Tarix İnstitutunu “dağıdıb gediblər” - başqa necə ad qoymaq olar...

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunda illərdir hansı işlər görülüb? Bunun xalqımızın tarixinin öyrənilməsinə hansı faydaları olub? Biz yeni elmi metodologiya əsasında tariximizi niyə yenidən öyrənə bilməmişik? Bu istiqamətdə suallar çoxdur, cavablar isə, demək olar ki, yoxdur.

Azərbaycan 32 ildir ki, dövlət müstəqilliyini bərpa edib. Amma bu 32 ildə Tarix İnstitutu hansı işlə məşğul olub? Ortaya çıxardığı şikəst, təhriflərlə dolu, antimilli ruhda yazılan, bolşevik təfəkkürü ilə təhlil edilən  VII cildlik “Azərbaycan tarixi” iləmi öz vəzifəsini bitmiş hesab edib?  

AMEA Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Tarix İnstitutunun çox zəif potensialı var, vəzifələri icra edə bilmirik” etirafını edir. Əlbəttə, Tarix İnstitutunu bu vəziyyətə K.Şükürov salmayıb, o bu elmi-tədqiqat institutuna gələndə artıq bu ciddi problem orada illər idi ki, vardı. K.Şükürov çalışır ki, keçmiş rəhbərliklərdən “miras” qalan bu dəhşətli halla mübarizə aparsın. Amma problem o qədər çoxdur ki…

K.Şükürov mətbuata “Biz nə ölkə kimi ölkənin, nə də xalq kimi xalqın tarixini yazmışıq. Ona görə də, buna konseptual yanaşaraq, 15 cilddən ibarət Azərbaycan tarixini yazmağı planlaşdırırıq” - deyib.

Onun sözlərinə görə, hazırda bunun üzərində işlər aparılır: “Dövlətin rəsmi tarixi olmalıdır. Düşünürəm ki, çox qısa zamanda bircildlik kitab lazımdır. Sonuncu dəfə belə bir nəşr 1993 və 1995-ci ildə biri rus, biri də Azərbaycan dilində çap olunub. Təsəvvür edin, rus dilində olan kitabda da Azərbaycan xalqının formalaşması adlı bir paraqraf mətnin içərisində deyil, kitaba əlavə şəklindədir. O, XX əsrin əvvəlinə qədər, Azərbaycan dilində olan kitab da XX əsri əhatə edir. Sonrası yoxdur. Açıq deyim ki, bu sahədə bizim vəziyyətimiz elə də ürəkaçan deyil.

Bəzən deyirlər ki, Tarix İnstitutu dünya səviyyəsinə çıxa bilmir. Mən də deyirəm ki, hələ ölkə səviyyəsində özümüzü təqdim edə bilmişikmi, dünya səviyyəsinə də çıxa bilək? Tarix İnstitutunun çox zəif potensialı var. Dövlətin, millətin bizim qarşımıza qoyduğu vəzifələri icra edə bilmirik. Bizə mixi yazıları bilən, pəhləvi dilini bilən mütəxəssislər lazımdır. "Elm" Fonduna da müraciət edirik, dövlət səviyyəsində də bu məsələni qaldırırıq. Müzakirələr gedir, lakin perspektivdə buna nail ola bilmirik. Biz bu il və gələn il ərzində bunu edə bilməsək, Azərbaycanın bu dövrünü tədqiq edən mütəxəssisimiz olmayacaq”.

Bəli, baş direktor vəziyyətin hansı dərəcədə acınacaqlı olduğunu vurğulayıb. 32 ildə Tarix İnstitutu keçmiş rəhbərlərinin oyunbazlıqlarına, əllaməçiliklərinə, göydəndüşmə fikirlərinə, cızmaqaralarına, plagiatlıqlarına tanıq olub.  Keçmiş rəhbərlər tarix yazmaqla yox, özlərini reklam etməklə, dissertantların yazdıqlarına şərik olmaqla məşğul olublar. “Ortada bir dənə də olsun fundamental əsər yoxdur” deyənlərə keçmiş rəhbərlik “qərəzli”, “xalqın düşməni” damğasını vururdu, amma indi reallıq göz qabağındadır. Tarix İnstitutunda baş verənlərlə bağlı çox söz-söhbətlər dolaşır və tariximizin qaranlıq qatlarından bəhs edən, gerçək tariximizi ehtiva edən elmi işlərin keçmiş rəhbərlərin “seyflərin”də yatıb qaldığı barədə söyləntilər də yox deyil.

İndiyə qədər xalqımızın və dövlətimizin tarixi niyə lazımı səviyyədə yazılmayıb? Bəs 30 ildə bu institut nə iş görüb? Bu qədər elmi işçi orada nə işlə məşğul olub? Tarix İnstitununu kimlər bu vəziyyətə salıb?

  • “Tarix İnstitutunun əvvəlki direktoru akademik Yaqub Mahmudov olub, ondan əvvəl isə ora akademik İqrar Əliyev rəhbərlik edib”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, keçmiş rəhbərlərin dövründə yaşananlarla bağlı çox danışılıb. “Biz bundan əvvəl də dəfələrlə demişik ki, Azərbaycan xalqının tarixi Sovet dövründə yazılmış tarixdən çox da fərqlənmir. Xüsusilə də istər Azərbaycan xalqının tarixi ilə bağlı yazılmış VII cildlik “Azərbaycan tarixi”, istərsə də digəriləri olsun. Tarix kitablarını açıb oxuyanda görürsən ki, Azərbaycan xalqının istər qədim və orta çağ, istərsə də Cümhuriyyət tarixi Sovet-rus tarix  metodologiyasında yazılıb. Biz bu məsələ barədə şərh verərkən qeyd etməliyik ki, Tarix İnstitutunun əvvəlki direktoru akademik Yaqub Mahmudov olub, ondan əvvəl isə ora akademik İqrar Əliyev rəhbərlik edib.  7 cildlik “Azərbaycan tarixi”nin VI cildi Yaqub Mahmudovdan əvvəlki direktor İqrar Əliyevin dövründə hazırlanıb, bu cildlər sırf Sovet-rus  metodologiyası ilə işlənib. Bu tarix cildlikləri Sovet-rus metodologiyasına əsaslanırdı. Yaqub Mahmudovun dövründə isə Sovet-rus metodologiyası əsasında hazırlanan o cildlər cüzi dəyişikliklər edilərək latın qrafikasına çevrildi. Onların hər biri 25 min tirajla yayımlandı. Bu gün institutun direktoru hörmətli Kərim Şükürov “Biz nə ölkə kimi ölkənin, nə də xalq kimi xalqın tarixini yazmışıq” deyib. Tarix İnstitutunun əməkdaşlarının potensialı ona görə zəifdir ki, onların bir çoxu hələ də Sovet metodolgiyasının “şinel”indən çıxa bilmir… Tarix İnstitutundan kənarda olan tarixçilərin də bir çoxu Sovet-rus təfəkkürünə əsaslanaraq bizim tariximizi yazır. Nadir şah Əfşara, Ağa Məhəmməd Şah Qacara, Abbas Mirzəyə, Səfəvi şahlarına münasibət birmənalı deyil. Şah İsmayıldan Şah Abbasa qədər olan tarixi Azərbaycan xalqının tarixi kimi yazırlar, Şah Abbasdan sonrakı dövrü isə “İran dövlət”i adı ilə qələmə verirlər. Təbii, bu doğru yanaşma deyil. Azərbaycan xalqının etnik mənşəyinə də Sovet dövründən qalma “ənənə” ilə yanaşılır. Stalin o zaman əmr  vermişdi ki, Azərbaycan xalqının kökünü türklərdən başqa istənilən etnik kökə bağlayın. Çox təəssüflər olsun ki, sonradan da bu “ənənə” davam etdirildi. Azərbaycan xalqının əcdadlarından bəhs edəndə deyirlər ki, “ulu əcdadları nəməlumdur”, yaxud “iranmənşəlidir”lər, ya da “türk olmayan alban mənşəlidir”lər. Bu məsələlər hamısı əslində çoxdan həll olunmalı idi. Biz 30 ildən çoxdur ki, dövlət müstəqilliyimizi bərpa etmişik. Bu illər ərzində əgər biz Azərbaycan xalqının tarixini yazıb orataya qoya bilmiriksə, nəticədə yeni nəsildə mövcud yazılanları oxuyanda bir təsəvvür yaranmır. Antimilli baxışlarla yazılanları oxuyan gənclər bilmirlər ki, Nadir şah Əfşara, Ağa Məhəmməd şah Qacara, Abbas Mirzəyə, Şah Abbasa nifrət etsinlər, yoxsa sevgi bəsləsinlər, özününkü, yaxud yad hesab etsin? Təəssüflər olsun ki, hətta Azərbaycan Xalq Cumhuriyyəti ilə bağlı yazılanlar da milli metodologiyaya əsaslanmayıb. Çox qəribədir ki, bu kitablarda Cumhuriyyət yox, daha çox Sovet Azərbaycanı qabardılır. Bu doğru yanaşma deyil”-deyə F.Ələkbərli qeyd etdi.

O vurğuladı ki, gənc nəsil Cumhuriyyətin tarixini daha yaxşı bilməlidir. Ekspert hesab edir ki, Sovet dövrü tarixi də öyrənilməlidir, amma bu dövrə yeni metodologiya əsasında baxış olmalıdır. Müstəqil Azərbaycan dövləti Sovet Azərbaycanın deyil, Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi, siyasi, mənəvi varisidir. “Çox təəssüflər olsun ki, bu hüquqi, siyasi, mənəvi varisliyin tarix kitablarında təqdim edilməsində ciddi problemlər vardı. Tarix İnstitutu əgər Azərbaycan xalqının tarixini yazmaq istəyirsə, onda yeni metodologiyaya əsaslanmalıdır, bu cür yazılarsa institutun potensialı özünü tam olaraq göstərə biləcək” - deyə F.Ələkbərli qeyd etdi.

O hesab edir ki, Azərbaycan xalqının tarixi yenidən hazırlanarkən burada güneyli-quzeyli bütöv Azərbaycanın tarixi qələmə alınmalıdır. Alim deyir ki, bizə bütöv Azərbaycanın tarixini yazmaq lazımdır, yarımçıq tarixlə heç yerə gedə bilmərik… “Ümid edirəm ki, indiyə qədər mövcud olan problemləri arxada qoyub Azərbaycan xalqının tarixini ardıcıl olaraq yeni metodlogiya ilə yazmağa nail ola biləcəyik” - deyə F.Ələkbərli bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ