Bir müddət sonra artıq Bakıda parkomat nəzarətçiləri olmayacaq. Bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev deyib.
Onun sözlərinə görə, bir müddətdən sonra Bakıda parkomat nəzarəçilərinin işinə ehtiyac qalmayacaq: "Sürücülər 2015-ci ilin əvvəlindən etibarən müvəqqəti ödənişli duracaqlarda ödənişlərini nağd yolla yanaşı, plastik kartlar vasitəsilə də edə biləcəklər. Bundan əlavə, SMS xəbərdarlıq sistemi də fəaliyyətə başlayacaq. Ona görə də artıq nəzarətçilərin işinə heç bir ehtiyac olmayacaq. Qeyd edim ki, Avropada parkomatların üzərində, ümumiyyətlə, nəzarətçilər yoxdur. Demək istəyirəm ki, hamı aparatdan özü də istifadə edə bilər. Sadəcə, nəzarətçi onun üçün lazım idi ki, bir müddət insanlara parkomatlardan istfadə qaydalarını öyrətsin. Yəni bu, müvəqqəti xarakter daşıyır. Ola bilər ki, 1 il, hətta 6-7 aydan sonra nəzarətçilərə, ümumiyyətlə, ehtiyac qalmasın”.