Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Lavrovun İrəvanda verdiyi bəyanatlardan sonra, ermənilərin gözləntilərinin əksinə olaraq, Azərbaycanın mövqeləri daha da möhkəmləndi…

Image

Məlumdur ki, noyabrın 10-11-i Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinə dair bir neçə açıqlama verib. Rusiya XİN-in başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün bütün prinsiplər - ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə hüququ və sülh yolu ilə həll olunması nəzərə alınmalıdır. Sergey Lavrov bu bölgənin əhalisinin razılığı olmadan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı anlaşma əldə olunmasının mümkünsüzlüyünü söyləyib.

Düzdür, burada Lavrov “Qarabağ xalqı” sözünü də işlədib, amma bu ifadəsini işlədəndən dərhal sonra da düzəliş edərək onu “Qarabağ əhalisi” ifadəsi ilə əvəzləyib. Bunu Lavrovun erməni həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi birgə mətbuat konfrasının videoyazısından da aydın görmək olar. Amma istənilən halda, baş rus diplomatının bu səhvinə Azərbaycan tərəfindən müvafiq reaksiya verilib. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Lavrovun fikirləri ilə bağlı ayrıca bəyanat yayıb. Burada qeyd olunur ki, münaqişənin həllinə məsul olan ATƏT-in Minsk prosesi çərçivəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları maraqlı tərəflər kimi müəyyən olunub. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm beynəlxalq təşkilatların sənədlərində də heç vaxt “Dağlıq Qarabağ xalqı” məfhumu qeyd edilməyib. Bir daha qeyd olunur ki, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət olub. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva isə məsələ ilə bağlı bildirib: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan istənilən planın tərkib hissəsidir”.

Aydındır ki, Bakının məsələyə həssas reaksiyasını Rusiyada da yaxşı başa düşürlər. Rus ekspertlərin səsləndirdiyi fikirlərdən isə belə bəlli olur ki, əslində, Lavrov “Dağlıq Qarabağ xalqı” anlayışını səhvən işlədib və bu səhvini dərhal başa düşdüyü üçün onu Dağlıq Qarabağ əhalisi sözü ilə əvəzləyib. Bununla belə, rusiyalı analitik Vadim Dubnov qeyd edir ki, Moskva bu məsələ ilə bağlı Bakı üçün pərdəarxası izahatlar da verib. Bu isə o deməkdir ki, erməni mediasında bir neçə gündür Lavrovun dediyinin xüsusi olaraq qabardılması, əslində növbəti dəfə fiaskoya uğramış aksiya olub. Dubnovun sözlərinə görə, Rusiya Qarabağ məsələsinə yanaşmada Azərbaycanın ərazi bütövlüyünü əsas götürür: “Bu səbəbdən Lavrovun fikirləri ilə bağlı, hesab edirəm ki, artıq Azərbaycan tərəfinə pərdəarxası açıqlama verilib. Üstəlik hesab edirəm ki, yaxın günlərdə Bakıya da səfər ediləcək və bu səfər sevilən mühitdə baş tutacaq. Rus tərəfi Azərbaycanın siyasi xadimlərinə borclu olduğu şeyi Bakı səfərində qaytaracaq”. Analitik qeyd edib ki, Azərbaycandan fərqli olaraq, Rusiyanın bu gün Ermənistanla problemlərinin olmasını da Moskvada unutmurlar.

Rusiya Federasiyasının İctimai Palatasının üzvü Sergey Markovun da məsələ ilə bağlı fikirləri olduqca maraqlıdır: “Rusiya xarici işlər naziri Ermənistana səfəri zamanı Dağlıq Qarabağ sakinlərinə münasibətdə iki mövqedən çıxış etdi: “xalq” və dərhal sonra “əhali”. Bunu Lavrovun yol verdiyi yanlışlığı düzəltmək cəhdi kimi də qiymətləndirmək olar. Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə Dağlıq Qarabağın danışıqlarda iştirak etməsini təklif edib. Lakin o, üçüncü tərəf kimi məhz Dağlıq Qarabağın erməni icmasını nəzərdə tuturdu. Buna cavab olaraq, Bakı haqlı olaraq qeyd etdi ki, Qarabağın erməni icması ilə yanaşı, bu vəziyyətdə danışıqlarda iştirak etməli olan azərbaycanlı icması da var. Beynəlxalq hüquq prinsipləri bunu tələb edir, çünki danışıqlar prosesi etnik təmizləmənin nəticələrini legitimləşdirməməlidir. Və Qarabağda yalnız erməni icması qalıb, azərbaycanlılar sadəcə, etnik təmizləmə nəticəsində qovulub. Yeri gəlmişkən, bu mənada, Xocalı soyqırımı çox vacib rol oynadı. Sergey Lavrov və digər Rusiya rəsmiləri də Dağlıq Qarabağın siyasi subyektivliyini rədd edir, deyir ki, müxtəlif əhali qruplarının rəyi nəzərə alınmalıdır. Düşünürəm ki, Sergey Lavrova birbaşa sual verilsəydi, birbaşa da cavab verərdi ki, qaçmaq məcburiyyətində qalan Qarabağın azərbaycanlı icması nümayəndələrinin fikirləri hansısa kompromis həll yolu işləyərkən nəzərə alınmalıdır”.

Ekspert bildirir ik, burada digər maraqlı nüans da var:“İrəvanda Rusiya Xarici işlər naziri həll prinsiplərini açıqlayıb. O, ərazi bütövlüyünü birinci, sonra xalqların öz müqəddəratını təyinetmə hüququnu, üçüncüsü, sülh yolu ilə nizamlamanı adlandırıb. Sergey Lavrovun səsləndirdiyi prinsiplər çoxdan bəllidir. Bu, BMT prinsiplərinin təkrarlanmasıdır. Rusiya xarici işlər nazirinin sözləri, fikrimcə, bir az olsa da, Azərbaycanın xeyrinə idi, çünki ilk növbədə ərazi bütövlüyünü müzakirəyə qoyub. Lakin əlbəttə ki, müzakirələr birlikdə həyata keçiriləcək və yalnız bundan sonra işə başlayacaqlar. Bundan əlavə, öz müqəddəratını təyinetmə yalnız Dağlıq Qarabağın erməni icması üçün deyil, həm də Azərbaycanın başqa bir hissəsində yaşamağa məcbur olan Azərbaycan icması üçün də həyata keçirilməlidir. Onların da həqiqi seçimi birmənalıdır – Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olmalıdır”.

Burada bir məqamı da xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsində tərəf ölkələr Ermənistan və Azərbaycandır, bu da bütün beynəlxalq hüquq sənədlərində təsbit edilib. Dağlıq Qarabağın azərbaycanlı və erməni icması isə konfliktin çözümü istiqamətində irəliləyiş olacağı təqdirdə danışıqlar prosesinə cəlb oluna bilər. Hazırda bu irəliləyiş müşahidə edilmədyindən onlar danışıqlar prosesindən kənarda saxlanır. Qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdə isə “Dağlıq Qarabağ xalqı” ifadəsi mövcud deyil. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi və hüquqi öhdəlik daşıyan 4 qətnaməsinə əsasən də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Rəsmi Bakının dəfələrlə qeyd etdiyi kimi, münaqişənin həlli, o cümlədən öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilə bilər. Yeri gəlmişkən qeyd edk ki,  Prezident İlham Əliyev dünya dini liderlərinin II Bakı Sammitində çıxışı zamanı bir daha dünyanın diqqətinə çatdırdı ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır: “Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır". Bakının bu konkret mövqeyi, Rusiya da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında da birmənalı şəkildə öz əksini tapıb. Şübhəsiz ki, bütün bu qeyd edilənlər Sergey Lavrova da yaxşı məlumdur. Elə bu səbəbdən, rusiyalı analitik Vadim Dubnovun da qeyd etdiyi kimi, Moskva pərdəarxası fonda Azərbaycana müvafiq izahatlar verib və bu xüsusda Rusiya rəsmilərinin Azərbaycanı qane edəcək yeni bəyanatlar səsləndirməsi də gözləniləndir. Sergey Lavrovun səfəri ilə bağlı “Moskva-Baku” portalında dərc olunmuş məqalədə də hadisələrin məhz bu istiqamətdə inkişafı istisna olunmur. Portal yazır ki, Rusiyanın Ermənistandan ciddi narazılığı da buna təsir edir. Qeyd olunur ki, əslində, Lavrovun  səfəri də bu narazılıqdan irəli gəlib. Belə ki, Rusiya Ermənistan ərazisində Pentaqonun pulu ilə yaradılan bioloji laboratoriyaların mövcudluğundan narahatdır. Qeyd edilir ki, Lavrovun səfəri zamanı rusiyalı mütəxəssislərin Ermənistan bioloji laboratoriyalarına buraxılması ilə bağlı memorandum imzalanmayıb. Buna baxmayaraq, erməni jurnalistlər Rusiya diplomatik idarəsinin rəhbərindən birbaşa soruşublar: “Demək olar ki, bioloji laboratoriyalar məsələsi Ermənistan-Rusiya münasibətlərinin gündəliyindən problemli məsələ olaraq çıxarılıb?”. Lavrov isə kifayət qədər əsəbi şəkildə cavab verib ki, əvvəlcə memorandum imzalanmalı, sonra isə onu həyata keçirməyə başlamalıyıq. Məsələ ilə bağlı portala müsahibə verən politoloq Yevgeni Mixaylov deyib ki, Moskva Ermənistan ərazisində bioloji laboratoriyaların yerləşməsi məsələsini ciddi şəkildə araşdırır:“Deyə bilərəm ki, onların təyinatı ilə bağlı çox böyük şübhələrim yaranıb. Onların bütün izahatları, o cümlədən bu biolaboratoriyaların guya xəstəliklərin qarşısını almaq üçün fəaliyyət göstərdiyi fikri az inandırıcıdır. Nə qədər qəribə olsa da, Ermənistanda olduğu sayda laboratoriyaya heç harda rast gəlmək mümkün deyil. Mənim məlumatıma görə, onların sayı praktik olaraq 10-a yaxındır. Rusiya ilə Ermənistan arasında memorandumun imzalanmaması, eyni zamanda Ermənistan xarici işlər nazirinin İrəvanın ABŞ-a belə bir laboratoriya yaratdığına görə minnətdar olması barədə açıqlaması bir çox suallar doğurur. Ermənistan ABŞ-a təşəkkür edir. Sual: nəyə görə? Çünki bəzən viruslar bu laboratoriyalardan çıxır və biz eşidirik ki, həmin Ermənistanda gözlənilmədən Sibir xorası və digər xəstəliklər baş qaldırır və sair. Bunun üçün ABŞ-a təşəkkür edirlər? Bütün bunlar hamısı, əlbəttə, kədərlidir”.

Y.Mixaylov qeyd edib ki, bir neçə il əvvəl rusiyalı alimlər bu biolaboratoriyaların şöbələrinə qismən buraxıldılar: “Sonra dedilər ki, yox, biz bunu göstərməyəcəyik. Bu o deməkdir ki, Ermənistan laboratoriyalarında bioloji təhlükə metodları birmənalı şəkildə inkişaf etdirilir. Məhz buna görə də Ermənistan Rusiyanı bu laboratoriyalara buraxmır”. Ekspert qeyd edib ki, amerikalılar bu gün Ermənistan rəhbərliyinə ciddi təsir göstərirlər:“ABŞ-da Ermənistana sadəcə deyirlər ki, rusları bu laboratoriyalara buraxmaq olmaz. Bu vəziyyətdə Moskvanın İrəvandan razı qalması qeyri-mümkündür. Aydındır ki, bu halda Qarabağ məsələsində də Rusiya Ermənistanın yanında yer ala bilməz. Rusiya üçün tez-tez mövqe dəyişən Ermənistandansa, Azərbaycanla münasibətlər daha səmərəlidir. Bundan Rusiya böyük fayda götürür və bunu Lavrov da yaxşı bilir”. Bütün bunlar Azərbaycanın Qarabağ məsələsində mövqeyini daha gülü hala gətirən faktorlar kimi də dəyərləndirilir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910