şənbə günü, 07 noyabr 2026
     

Azərbaycanın Ermənistan üzərində üstünlüyü yeni formalar alır

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının bu gün işğalçı Ermənistana kifayət qədər baha başa gəlməsi düşmən ölkənin özündə də açıq etiraf edilir. Real vəziyyət də göstərir ki,  Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistana sosial-iqtisadi təsirləri getdikcə daha dağıdıcı xarakter alır. Amma konfliktin təcavüzkar tərəfə təsiri təkcə sosial-iqtisadi məqamlarla məhdudlaşmır.

Məsələnin Ermənistana siyasi, hərbi, diplomatik təsirləri mənfi müstəvidə də kifayət qədər yüksəkdir. Bu fonda konfliktin çözümünün gecikməsi Ermənistanın bir dövlət olaraq çöküşünü sürətləndirir. Eyni zamanda, baş verənlər sülh prosesinin özünün Ermənistan üçün əlçatmaz olduğunu nümayiş etdirir. Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində yenicə çapdan çıxmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabında da bu xüsusda maraqlı fikirlər yer alır. Akademik yazır: “Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan “qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan əslində qalib gəlməyib, uduzub! O bu qədər fürsəti əldən verərək, sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq”.

Qeyd edilənlərdən bir daha bəlli olur ki, Ermənistan bütün mühüm istiqamətlər üzrə Azərbaycan qarşısında həqiqətən də daha zəif duruma düşməkdədir.  Bura erməni diplomatiyası da daxildir. Elə erməni mediasında da etiraf edilir ki, “məxməri inqilab”la hakimiyyətə gələn Nikol Paşinyan baş nazir olduqdan sonra Ermənistanın onsuz da zəif və qeyri-effektiv olan diplomatiyası bir az da uçuruma doğru gedib. “1in.am” yazır ki, Azərbaycan diplomatiyası effektiv çalışdığı halda, Ermənistanda əks vəziyyət müşahidə olunur: “Bunlar xarici siyasətimizin, diplomatiyamızın uğursuzluğunun nəticəsi hesab edilməlidir. Ermənistanın xaricdəki səfirləri və digər diplomatik nümayəndəlikləri nə edir? Ermənistan diplomatları xarici həmkarları ilə nədən danışırlar? Dünya paytaxtlarında kimi təmsil edirlər, ümumiyyətlə, diplomatlarımız hansı gündəmlə işləyirlər? Paşinyan administrasiyası hər vəchlə dünyaya göstərmək istəyir ki, guya Ermənistan investisiya üçün əlverişlidir. Lakin dünya dövlətlərinin ölkəyə marağı sıfırdır. Bu isə hər şeydən əvvəl xarici siyasətin, diplomatik kadrların hansı səviyyədə olmasının göstəricisidir. Ermənistan diplomatiyası ölkənin hədəf və çağırışlarına xidmət edə bilən tezisləri yarada bilməyib. Ermənistanı dünya ölkələri üçün maraqlı etmək istəyiriksə, ilk növbədə, xarici siyasət və diplomatiyanın fəlsəfəsini, diplomatik heyəti dəyişdirməliyik. Bu, Ermənistan üçün ölümcül bir problemdir. Ermənistana marağın ildən-ilə azaldığı, xarici siyasətdə ardıcıl uğursuzluqlar, ölkədə tüğyan edən demoqrafik böhran fonunda isə Paşinyan və onun komandası diqqəti Qarabağ cəbhəsinə yönəldib xal qazanmaq istəyir. Beynəlxalq dəstəyi itirən Ermənistan “Qarabağ kartı” ilə əhalisini ələ almağa çalışır. Amma bu artıq heç bir effekt vermir”. Hadisələrin bu səpkidə inkişafı isə Ermənistanın Qarabağ məsələsində mövqelərinin sürətlə zəifləməsi anlamına da gəlir.

Erməni mediası diqqəti ona da yönəldir ki, İrəvan informasiya və digər məqamlar üzrə mübarizədə də Bakıdan artıq çox geridə qalır. Buna səbəb kimi, Bakıdan fərqli olaraq, İrəvanın hərbi, diplomatik kanallarla bağlı məlumatının heç də həmişə həqiqəti əks etdirməməsi göstərilir. Məsələn, sərhəd olayları ilə bağlı son proseslər qeyd edilənlərə əyani misal kimi qeyd olunur. Məlumdur ki, bu günlərdə azərbaycanlı sərhədçilər Azərbaycan-Ermənistan sərhədində bir sıra strateji yüksəklikləri tutub. Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov qeyd edib ki, bununla yanaşı mövqelərimizin irəli çəkilməsi də təmin edilib: “Həmçinin, strateji yüksəkliklər ələ keçirilib. Bununla da Ermənistan Silahlı Qüvvələrinin döyüş postlarına və postlara hərəkət edən yollara nəzarət etmək üçün optimal şərait yaranıb". Aprel döyüşlərindən və Günnüt qələbəsindən sonra bunlar Ermənistan üçün növbəti sərt zərbə sayılır. Elə bu səbəbdən düşmən tərəf təhlükəli nəyinsə baş vermədiyini göstərmək üçün saxta xəbərlərə əl ətır. Belə ki, Dövlət Sərhəd Xidmətinin “Qazax” sərhəd diviziyasının Ermənistanla sərhəddə yeni taktiki və strateji yüksəkliklər tutduğu haqda verilən açıqlamalardan sonra erməni tərəfi də guya hansısa addımlar atdığını bəyan edir. Məsələn, erməni hərbi ekspert Artur Yegizaryan “Ermənistan ordusunun Azərbaycanla sərhədə 140 hektar torpaq azad etdiyini” bildirib. Və iddia edib ki, bu “irəliləmə” nəticəsində Ermənistan-Gürcüstan qaz kəmərinə təhlükə sovuşub, üstəlik, Azərbaycandan Gürcüstana gedən şosse yoluna nəzarət imkanı yaranıb. Düzdür, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun “140 hektar torpaq azad etməsi” haqda iddiaları rədd edib, belə bəyanatların istehza doğurduğunu bildirib. Lakin bu dəfə Ermənistan parlamentinin spikeri, hərbi xidmət üzü görməyən Ararat Mirzoyan iddia edib ki, Ermənistan ordusunun hərəkətləri nəticəsində Tavuş vilayətinin Çinari kəndinin təhlükəsizliyi tamamilə təmin edilib: “Çinari daha atəşə tutula bilməz. Ermənistana gedən qaz kəməri də təhlükəsizdir”. Amma onun bu yalanını Azərbaycan tərəfindən öncə ermənilər özləri ifşa edib. Belə ki, hərbi sahə üzrə ixtisaslaşmış “razm.info” saytının koordinatoru Karen Vrtanesyan bu xüsusda informasiyanın mötəbərliyini sual altında alıb, üstəlik, spikerin hərbi məsələlərdən qətiyyən baş çıxarmadığını ortaya qoyub: “1. Çinarinin qaz kəməri ilə heç bir əlaqəsi yoxdur. Onlar bir-birindən 50 kilometr aralıdır. 2. Bizim Çinari istiqamətində mövqelərimiz müəyyən qədər yaxşılaşıb, amma Azərbaycanın bütün mövqeləri də öz yerində qalır və kəndin üzərində yüksəlir. Atəş təhlükəsi əvvəlki kimi qalır. Kim Çinari kəndində nə vaxtsa olubsa, başa düşməlidir ki, atəş təhlükəsi düşmənin kəndin üzərində yüksələn mövqeləri qaldıqca davam edəcək. Spikerin bu cür “şar üfürməyi” Azərbaycan tərəfini cavab tədbirləri görməyə vadar edə bilər. Hər bir belə axmaq və məsuliyyətsiz hay-küy bizim hərbi qulluqçular üçün əlavə ciddi risqlər yaradır”. Qeyd edək ki, Çinari kəndinin ətrafındakı hakim yüksəklik Azərbaycan ordusunun nəzarətindədir və həmin yüksəklikdən nəinki bu kəndi, eləcə də Ermənistanı Gürcüstanla birləşdirən əsas magistralı, erməni ordusunun üzbəüz mövqelərini nəzarət altında saxlamaq mümkün olur. Məhz bu vəziyyətdə erməni mediasında etiraf edilir ki, informasiyaların reallığa söykənməsi baxımından da Azərbaycan Ermənistandan çox irəlidədir. Rusiyalı hərbi ekspert Aleksey Xlopotov da məsələyə eyni prizmadan yanaşır. O, həmçinin, sərhəddə baş verənləri Bakının təkcə hərbi yox, həm də siyasi uğuru kimi təqdim edir: "Azərbaycanlı sərhədçilərin Azərbaycan-Ermənistan dövlət sərhədini qorumaları rəsmi Bakının münaqişəni siyasi yolla həll etmək niyyətini nümayiş etdirir". Onun sözlərinə görə, Ermənistanın vaxtaşırı təxribatlarına baxmayaraq, Azərbaycan sərhədin silahsızlaşdırılması nümunəsi göstərir: “İndi rəsmi İrəvan Azərbaycan ordusunun guya onların ərazilərini atəşə tutması barədə beynəlxalq təşkilatlara şikayət edə bilməyəcək. Əksinə, biz görürük ki, hələlik yalnız Ermənistan ordusu Azərbaycan sərhədçilərinə snayperlərdən atəş açır. Sərhəd rejiminin qurulması üzrə işlərin aparılmasının yüksək risqli və təhlükəli olmasına rəğmən, belə şəraitdə peşəkarlar – sərhədçilər sərhədin qorunması ilə məşğul olmalıdır. Bu, potensial olaraq sərhəd xəttində gərginliyi azaltmalıdır. Ordu isə öz işi ilə məşğul olmalıdır, döyüş hazırlığını artırmalı və sərhədçilər üçün dayaq, etibarlı arxa cəbhə rolunu oynamalıdır”.

A.Xlopotov qeyd edib ki, Azərbaycanın öz Silahlı Qüvvələrini və Sərhəd Xidmətini təkmilləşdirmək üçün addımlar atmasına baxmayaraq, Bakı işğal faktoruna görə Ermənistan və İranla dövlət sərhədinin böyük sahələrinə nəzarət etmək iqtidarında deyil: “Əfsus ki, dövlət sərhədinin qorunması mexanizmlərinin təkmilləşdirilməsinə rəğmən, rəsmi Bakının Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinə və Azərbaycan-Ermənistan dövlət sərhədinin 435 kilometrlik hissəsinə nəzarət etmək imkanı yoxdur. Sözügedən sahələr Ermənistanın işğalı altındadır. Söhbət beynəlxalq səviyyədə tanınmış Azərbaycan sərhədindən gedir. İrəvan bunu tanımaqdan imtina edir. Ermənistanı əzəli Azərbaycan ərazilərinin işğalını dayandırmağa məcbur etmək və Azərbaycanın Dağlıq Qarabağ regionunda yaradılmış separatçı rejimi ləğv etmək məsələsində dünya ictimaiyyətinin, o cümlədən BMT-nin daha fəal iştirakı lazımdır”.

Bu açıqlamalardan da aydın görünür ki, Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı yaranmış indiki vəziyyətdə Ermənistandan kifayət qədər üstün mövqedədir. Qarşıdakı dövr ərzində də bu üstünlüyün əhəmiyyətli dərəcədə artmaqda davam etməsi gözlənilir. Təbii ki, proseslərin bu səpkidə inkişafı Qarabağ münaqişəsinin həllinə də təsirsiz ötüşmür və Azərbaycanın daha güclü mövqe sahibinə çevrilməsini təmin edir. Güclü mövqe sahibi kimi isə Azərbaycan Qarabağ məsələsində istəyinə daha tez müddətdə nail ola biləcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ