Bazar ertəsi günü, 09 noyabr 2026
     

Birgə Bakı-Moskva faktoru regionda İrəvanı arxa plana atır

Image


Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Bakıya səfəri Ermənistanda böyük narahatlığa yol açıb. İşğalçı ölkədə hesab edilir ki, bu səfər fonunda Rusiya Azərbaycanla münasibətlərini yüksəltdiyi halda, Ermənistan daha çox arxa plana atılır.

Ermənistanın  “Jamanak“ qəzeti yazır ki, Rusiyanın Qafqazda əsas mütəffiqi artıq İrəvan yox, Bakıdır: “Bakı yaranmış vəziyyətdən məharətlə istifadə edərək, Rusiya ilə əlaqələrini sürətlə möhkəmləndirir. İrəvan artıq bu prosesin qarşısını almaq iqtidarında deyil. Bütün bunlar Qafqazda hadisələrin ümumi inkişaf axarını, regionun mənzərəsini əhəmiyyətli dərəcədə dəyişəcək“.

Siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının genişlənməsi həqiqətən də regionda proseslərin inkiaşfına birbaşa təsir edir. Rusiya mediası isə yazır ki, xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri təkcə nazirlik xəttilə 2018-ci ilin işlərinə yekun vurulması ilə deyil, həm də gələn il üçün planlarla bağlı idi. Ona görə ki, başa çatmaqda olan ildə həll olunmayan mürəkkəb məsələləri gələn il həll etmək lazım gələcək. Rusiyalı politoloq Qriqori Trofimçukun sözlərinə görə, bu, ilk növbədə Qarabağ münaqişəsinin nizamlanması probleminə aiddir və Lavrovun səfəri zamanı bu məsələyə xüsusi diqqət yetirilib: “Məhz bu səbəbdən, Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın səylərini xüsusi vurğulayaraq, ümidvar olduğunu bildirib ki, 2019-cu il nizamlama prosesinə yeni impuls verəcək. Mühüm məqamlardan biri ondan ibarətdir ki, Rusiya XİN başçısı Bakıya Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləndən sonra gəldi. Bu seçkilər təkcə Qarabağa dair danışıqlar prosesi çərçivəsində deyil, həm də Ermənistanın özündə və bütün Cənubi Qafqazda hadisələrin gələcək inkişafına ciddi təsir göstərəcək. Üstəlik, “yeni İrəvan”la Qarabağın rəhbərliyi arasında münasibətlər kəskinləşib”.

Trofimçuk vurğulayıb ki, həm Moskva, həm də Bakı daha dəqiq qərarlar qəbul etmək üçün bu faktı nəzərə almalıdır: “Xüsusən ona görə ki, Vaşinqton bütövlükdə bu regiona və xüsusən Azərbaycana diqqətini artırıb, o cümlədən Bakıda ABŞ-ın yeni səfərini təyin edib. Başqa sözlə desək, beynəlxalq vəziyyətin xeyli mürəkkəbləşməsi ilə əlaqədar gələn il Qarabağ məsələsində formal mövqelərdə qalmaq, konkret tədbirlərdən yaxa qaçırmaq çətin olacaq. Bununla bərabər, Prezident İlham Əliyev görüşdə qeyd edib ki, başa çatmaqda olan 2018-ci il Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından bütövlükdə səmərəli olub. Bu həqiqətən belədir. Regionda baş verən mürəkkəb hadisələr fonunda Azərbaycan mahiyyət etibarilə Cənubi Qafqazda Rusiya Federasiyasının ən etibarlı tərəfdaşına çevrilib. Azərbaycan Prezidenti tərəfindən verilən bu yüksək qiymət gələn il üçün bir növ avansdır”.

Ekspertin fikrincə, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq, həmçinin mədəni-humanitar qarşılıqlı əlaqələr – “Şimal-Cənub” layihəsi, Bakı Beynəlxalq Humanitar Forumu və digər əlamətdar tədbirlər böyük əhəmiyyət kəsb edir: “Bunlarsız tammiqyaslı tərəfdaşlıq mümkün deyil. Rusiya və Azərbaycan bu mənada da böyük iş görüb. Beləliklə, qazanılmış nəticələrin 2019-cu ildə praktikada daha da möhkəmlənməsinə heç bir əngəl yoxdur”.

Eyni mövqeni Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev da təsdiq edir. O hesab edir ki, 2018-ci ildə Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələnin əsası qoyulub: “Ölkələrimiz iqtisadi məsələlər üzrə daha sıx qarşılıqlı fəaliyyət şəbəkəsinə keçir. İlham Əliyev və Vladimir Putin tərəfindən Soçidə imzalanan sənədlər münasibətlərimizi yeni səviyyəyə qaldırır“. Politoloq diqqətə çatdırıb ki, ilk növbədə yol xəritələrindən söhbət gedir: “Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə iqtisadi-ticarət layihələrinin yeni mərhələyə keçməsi istiqamətində görüləcək tədbirləri bir daha diqqətə çatdırıb. Hər şeydən əvvəl, “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycan iqtisadiyyatına Rusiya sərmayələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın SOCAR şirkəti isə Rusiyada metan zavodunun tikintisini planlaşdırır. Bu kontekstdə ticarətin həcmini genişləndirməkdən, həmçinin ticarət nümayəndəlikləri, xüsusi ticari təsisatlar arasında sıx qarşılıqlı fəaliyyət, kənd təsərrüfatı məhsullarının daşınması üçün xüsusi logistik mərkəzlərin yaradılması nəticəsində Azərbaycanın istehsal müəssisələri üçün Rusiya bazarlarında imkanların daha geniş spektrini əldə etməkdən danışmaq olar. Rusiya Azərbaycanın qeyri-xammal məhsullarının tədarükü üçün çox mühüm tərəfdaşdır”.

Ekspert vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması və mübahisəli məsələlərə dair razılıq əldə edilməsi nəticəsində neft-qaz sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı daha real görünür: “Məsələn, 2019-cu ildə “Rosneft” Azərbaycana maraq göstərsə, bu məni heç təəccübləndirməz. Ölkələrimiz arasında rəqəmsal platformaların inkişafı sahəsində əməkdaşlığın yaxşı perspektivləri var. Düşünürəm ki, 2019-cu ildə rəqəmsal ticarət üzrə qarşılıqlı fəaliyyət güclənəcək”.

Politoloq hesab edir ki, Rusiya və Azərbaycan arasında fəal qarşılıqlı fəaliyyət nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında hərəkətlənmə meydana gələ bilər. “Azərbaycanın mövqeyi daha ucadan və aydın səslənə bilər. Paşinyanın hakimiyyətdaxili çəkişmələrə son qoyması, bütün səviyyələrdə öz kadrlarını yerləşdirməsi və Qarabağdakı “hakimiyyətlə” münasibətlərini qaydaya salmasından sonra hər hansı bir şans yarana bilər. Görünür ki, yeni hakimiyyətin orada da müəyyən problemləri var və onların arasında tez-tez anlaşılmazlıqlar baş verir. Bu siyasi silsilə başa çatdıqdan sonra nəyisə “təmiz səhifədən” başlamaq olar. Ola bilər ki, böyük məbləğdə maliyyə vəsaitlərinin axınını tələb edən islahatlara köklənmiş Ermənistanın yeni hökumətini nəqliyyat kommunikasiyalarının açılması üzrə Azərbaycanla razılıq əldə etməyin zəruriliyinə inandırmaq mümkün olsun”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ