Bazar ertəsi günü, 09 noyabr 2026
     

Paşinyanın arvadı ilə Dağlıq Qarabağa səfər etmiş rus qadınlar Leyla Əliyevaya məktub yazdı – Leyla Əliyevanın cavabı sərt və prinsipial oldu

Image


Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanına 2018-ci ilin oktyabr ayında “Qadınlar sülhün tərəfdarıdır” təşəbbüsü çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş bir qrup rusiyalı qadının adından məktub daxil olub. Məktubda bildirilir ki, həmin səfər Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın dəvətilə təşkil edilib, həmçinin xahiş olunur ki, bu təşəbbüs dəstəklənsin və Azərbaycana səfərin təşkilinə kömək göstərilsin.

İndi isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabının ən maraqlı, prinsipial, sərt və ifşaedici məqamlarına baxaq:

“Hörmətli Svetlana Jurova, Nyuta Federmesser, Lyudmila Ulitskaya, Kira Altman.

Məktubunuza, başqasının dərdinə biganə qalmadığınıza və artıq iyirmi beş ildən çox davam edən münaqişəyə tezliklə son qoyulmasına kömək etmək istəyinizə görə sizin hamınıza təşəkkür edirəm. Müharibə həmişə kədər və ölüm gətirir…

Mən sizinlə tamamilə razıyam: bütün müharibələr haçansa başa çatır və biz hamımız maksimum səy göstərməliyik ki, bu, mümkün qədər tez baş versin. Ona görə ki, münaqişənin hətta indiki, diplomatların təbirincə desək “dondurulmuş” vəziyyətdə davam etdiyi hər gün bizə çox baha başa gəlir. Bəli, bu gün Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi qüvvədədir, lakin cəbhə xəttində hər gün atəş açılır. Hər bir belə atəş kiminsə həyatını yarımçıq qoya bilər. Hər iki ordunun əsgərləri, əllərindəki silahdan açılan bir atəş məsafəsində dayanaraq bir-birinə baxan həmin kamuflyajlı gənclər kiminsə oğlu və ya nəvəsi, kiminsə qardaşı və kiminsə sevgilisidir. Müharibədə isə əsgərlərlə bərabər, dinc sakinlər də ölür. Təxminən bir il bundan əvvəl - 2017-ci il iyulun 4-də Azərbaycanda iki yaşlı qızcığaz və onun nənəsi ilə vidalaşdıq. Onlar öz doğma kəndlərində dəzgahlı pulemyotlardan və qumbaraatanlardan açılan atəş nəticəsində öldürülmüşdülər. Bu, acı reallıqdır. İyirmi beş ildən çoxdur ki, biz bu şəraitdə yaşayırıq. Lakin bu, həm də yaxşı bir xatırlatmadır ki, yenidən qan tökülməməsi və yeni qurbanlar verməmək üçün bu gün bizim sülh yolu tapmağımız, özü də onu döyüş meydanında deyil, danışıqlar masası arxasında tapmağımız çox vacibdir…

Sizin sülhyaratma missiyanızın gedişində səfər etdiyiniz, işğal olunmuş Dağlıq Qarabağ “Ermənistanla Azərbaycan arasındakı ərazi” deyil. Dağlıq Qarabağ Azərbaycanın bu gün Ermənistanın işğalı altında olan ayrılmaz hissəsidir. Bu təkcə bizim ölkəmizin mövqeyi deyil – çoxsaylı beynəlxalq sənədlərdə bu cür təsbit olunub. Rusiya da daxil olmaqla, dünya birliyi Azərbaycanı mövcud sərhədləri daxilində tanıyır və Dağlıq Qarabağ bu sərhədlərə daxildir. Hazırda heç bir beynəlxalq hüquqi sənəd yoxdur ki, orada Dağlıq Qarabağın Azərbaycana mənsub olması şübhə altına alınsın, Dağlıq Qarabağ başqa bir dövlətin hissəsi, “mübahisəli ərazi” və ya “Azərbaycanla Ermənistan arasındakı torpaq” elan edilsin. Üstəlik, dünya birliyinin bu mövqeyi tarixi reallıqları tam əks etdirir…

Lakin tarixə ötəri bir ekskurs şübhə yeri qoymur: bütün Qarabağ ta qədimdən Azərbaycanın bir hissəsi, bizim ölkəmizin ərazisində mövcud olmuş dövlətlərin bir hissəsi olub. Erməni dövlətləri isə, tarixçilərin vurğuladığı kimi, heç də Cənubi Qafqazda deyil, Kiçik Asiyada formalaşıb və onların müasir Azərbaycan ərazisinə, hətta 1918-ci ildə Azərbaycanın İrəvan xanlığının torpaqlarında yaradılmış indiki Ermənistana da heç bir aidiyyəti olmayıb...

Gəlin həqiqətin gözünə düz baxaq. Artıq iyirmi beş ildən çoxdur ki, erməni millətçilərin Dağlıq Qarabağa iddiaları açıq təcavüz, işğal, qəddar “etnik təmizləmələr” formasında həyata keçirilir. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. Buraya təkcə Dağlıq Qarabağ deyil, Azərbaycanın Dağlıq Qarabağın ətrafında olan və 1923-cü ildə orada yaradılmış erməni muxtariyyətinə heç vaxt daxil olmamış 7 inzibati rayonunun ərazisi də aiddir.

On minlərlə insanın həyatına son qoymuş bu müharibə hələ də davam edir…

Hörmətli xanımlar…

Bu gün sağlam düşüncəli hər bir insan üçün aydındır: işğala son qoyulmadan, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmadan, beynəlxalq hüququn əsas prinsiplərinə riayət edilmədən münaqişənin real nizamlanmasını təsəvvür etmək mümkün deyil. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. Erməni qoşunları Azərbaycan ərazilərini tərk edəndən, qaçqınlara və məcburi köçkünlərə çevrilmiş həmvətənlərimiz öz doğma yurdlarına qayıdandan sonra regionda möhkəm sülh yaranacaq…”

Leyla Əliyeva sonda yazır: “Əminəm ki, ölkəmizin Rusiya Federasiyasındakı diplomatik missiyası vasitəsilə Azərbaycanın hakimiyyət orqanlarına bu cür müraciət göndərsəniz, sizin də məsələniz müsbət həll ediləcək. Bu halda biz sizin Azərbaycana səfəriniz üçün hər cür şərait yaratmağa hazır olacağıq”.

REDAKSİYADAN: Rusiyalı qadınların müraciətinin və Leyla Əliyevanın cavab məktubunun tam mətnini bu linkdən oxuya bilərsiniz. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ