Bazar ertəsi günü, 09 noyabr 2026
     

Prezidentin “Qarabağ üçün əlverişli şərait” bəyanatına beynəlxalq maraq reaksiyaları başladı...

Image


Məlumdur ki, Ermənistanda uzun illər hakimiyyətdə olan kriminal xunta rejiminin çökməsində Azərbaycanın bu işğalçı ölkəyə qarşı tətbiq etdiyi təcrid siyasəti mühüm rol oynayıb. Belə ki, məhz bu təcrid Ermənistanı regionda həyata keçrilən transmiili layihələrdən kənarda qoymaqla Azərbaycan təcavüzkar ölkəni böyük sosial-iqtisadi problemlər məngənəsinə yuvarlaya bilib. Nəticədə yaranmış durumdan bezən xalq Serj Sarksiyan iqtidarının devrilməsində Nikol Paşinyana hərtərəfli dəstək verib.

Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı məsələnin bu tərəfinə nəzər salan Prezident İlham Əliyev bu xüsusda bildirib: “Bildiyiniz kimi, bu il Ermənistanda çox ciddi dəyişikliklər baş vermişdir. İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq. Bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib“.

Həqiqətən də Azərbaycanın həyata keçirdiyi regional layihələr işğalçı Ermənistanın təcridinin daha da dərinləşməsini, ölkədə sosial-iqtisadi müstəvidə vəziyyətin ağırlaşmasını sürətləndirib. Ermənilərin narahatlığını artıran digər məqam həyata keçirilən bu cür layihələr Azərbaycanın mütəffiqlərinin sayını artırdığı halda, işğalçı ölkənin getdikcə təklənmiş duruma düşməsidir. Nəticə etibarilə, Ermənistanın qonşu və region dövlətləri, o cümlədən aparıcı dövlətlər və güc mərkəzləri ilə münasibətləri büsbütün iflasa uğrayıb. Heç kimə sirr deyil ki, Ermənistanın iddialarına baxmayaraq, Rusiya da İrəvana inanmır və münasibətlərdə gərginlik, etimadsızlıq hökm sürür. Avropa İttifaqı Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir və daha çox gözləmə mövqeyi tutmaqdadır. ABŞ barədə də eyni sözləri demək olar. Bütün bunlar Ermənistanın daha ağır duruma düşməsini şərtləndirir. Elə bu vəziyyətdə hakimiyyətəi tam əlinə almağı bacaran Paşinyan da aydın görür ki, Azərbaycanla Qarabağ məsələsində razılığa gəlib ölkəsinin inkiaşfını təmin edə bilməsə, onu da elə Serj Sarksiyanın taleyi gözləyir.

Əslində, verilən müəyyən açıqlamalar Paşinyanın Sarksiyanın taleyindən dərs çıxara biləcəyini də istisna etmir. İddialar səslənir ki, parlament seçkilərini istədiyi nəticə ilə başa vuran Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı məsələlərdə seçkiqabağı kampaniyalarda söylədikləri fikirlərdən fərqli mövqe ortaya qoyacağı ehtimalı böyükdür. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri, Respublika Partiyasının üzvü David Şahnazaryan bu günlərdə bildirmişdi ki, Paşinyanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı yeni proqramı var və bu, Ermənistanın xeyrinə deyil. Şahnazaryan Paşinyanın hakimiyyət naminə Dağlıq Qarabağı Azərbaycana verəcəyini də iddia edib. Ermənistana indi böyük təsir imkanları əldə edən ABŞ da İrəvanın işğal siyasətinə son qoymasında maraqlı olduğunu açıq bəyan edir. Xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Qarabağ münaqişəsinin həll edilməsinin əsas şərti kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirmişdi. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistanda olan zaman bildirdi ki, Ermənistan dayanıqlı inkişafa nail olmaq istəyirsə, qonşu dövlətlərlə normal münasibətlər qurmağı bacarmalıdır. Hətta Con Bolton açıq vurğuladı ki, yalnız Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi ilə Ermənistanın dayanıqlı və suveren dövlət kimi inkişafı mümkündür. Azərbaycan da dəfələrlə bu mövqeyini ifadə edib ki, Ermənistanın normal dövlət kimi inkişafı yalnız münaqişənin həllindən sonra mümkündür. Belə bir vaxtda prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də artıq hadisələrin məhz bu istiqamətdə cərəyan edəcəyini deməyə əsas verir. Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı dövlət başçısı qeyd edib: “Hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik.

Eyni zamanda, Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq sözlər deyil. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olmuşdur. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapmışdır. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapmışdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır. Mən deyəndə ki, bizim beynəlxalq nüfuzumuz artır, bunu nəzərdə tuturam. Eyni zamanda, Azərbaycan xalqı bunu yaxşı bilir ki, hətta Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da bizim mövqeyimiz üstünlük təşkil edir və bu, Ermənistanda isterikaya səbəb olur“.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyətin yaranmasını rusiyalı politoloq Sergey Markov da təsdiq edir. O, diqqəti ilk növbədə buna yönəldir ki, Paşinyan Sarksiyanın taleyini yaşamaq istəmir. Markovun sözlərinə görə, Paşinyan Ermənistanın təcrid siyasəti üzündən əhalinin hansı böyük problemlərlə yaşadığını, bu səbəbdən Sarksiyan hakimiyyətinə böyük nifrətin yarandığıın aydın görür: “Bu fonda o da yaxşı görünür ki, Ermənistanda xalq Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasından qisas alır. Əvvəlki parlament seçkisində Respublika Partiyası 50%-dən çox səs toplamışdı, amma indi ona 5%-ə yaxın səs verilib. Belə çıxır ki, respublikaçıların populyarlığı süni şəkildə yaradılıb. O öz populyarlığını itirib, korrupsiyanın azaldılması və həyat səviyyəsinin artırılmasıyla bağlı tələblərə məhəl qoymayaraq, çoxdan xalqdan uzaqlaşıb. Respublika Partiyası klan korrupsiya sxemi ilə genişlənib. Bütün bunlar xalqda etiraz yaradırdı ki, o da Paşinyanın inqilabı üçün yaxşı bəhanə oldu. Bu gün xalq keçmiş hakimiyyətdən ona verilməyən hər şeyə görə qisas alır. Nikol Paşinyan heç bir reform keçirməyib, amma o, xalqa qisas imkanı verib. O, elitadan sosial qisas ideyası hesabına xalq prosesinə rəhbərlik edə bildi. Paşinyan kütlənin alqışları altında qisas alır. Ermənistanda bu gün demokratiya yox, oxlokratiya hökmranlıq edir”.

Markov, həmçinin, Paşinyanın xalqın dəstəyindən yararlanaraq ölkəni təcrid vəziyyətindən xilas etmək və Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün “Kazan formulu“nu reallaşdıra biləcəyini iddia edib: “Buna əsasən, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonları qaytaracaq, əvəzində isə deblokadaya nail olacaq”. Ekspert Dağlıq Qarabağdakı “hakimiyyətin“ İrəvanın tam nəzarətində olduğunu və Ermənistan hökumətilə kompromisə gedəcəyini deyib. Bu isə münaqişə ilə bağlı mümkün razılaşmalarda Qarabağdakı separatçı rejimin hansısa müqavimət təşkil etməyəcəyi anlamına gəlir. Digər tərəfdən, İrəvanın Qarabağ məsələsində mövqeyindən geri çəkilməsini şərtləndirən məqamlardan biri də Rusiya faktorudur. Kreml artıq Qərbyönlü siyasi kursundan əl çəkmək niyyətində olmayan Ermənistana məhz Qarabağ münaqişəsi vasitəsilə də təzyiq göstərməyə çalışır.  Bu xüsusda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsini Bakıda müzakirə etməsi ermənilərin özlərinin qeyd olunan müstəvidə maraqlı etiarfları ilə müşayiət olunmaqdadır. Erməni şərhçi Sarkis Artsruni Moskva və Azərbaycanın münaqişəsinin nizama salınması prosesi haqqında razılıqlara malik olduğunu istisna etməyib: “ Əlbəttə, istisna etməyəcəyik ki, Moskva və Azərbaycan nizama salınma prosesi haqqında razılıqlara malikdir”. Bundan başqa, erməni siyasi şərhçi qeyd edib ki, Lavrovun səfərindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ problemi ilə əlaqədar növbəti bəyanatı diqqətəlayiqdir. Sarkis Artsruni hesab edir ki, Bakı və İrəvan arasında dialoqa işarə edən Rusiya XİN  ilə münaqişənin nizama salınması üzrə əlverişli şəraitin olduğunu bildirən İlham Əliyevin bəyanatında oxşarlıq var: “Azərbaycan prezidenti Ermənistanın təcrid edilməsi siyasəti haqqında danışır. Ehtimal ki, KTMT-də yaranmış vəziyyətə işarə edir. Yeri gəlmişkən, diqqətəlayiqdir ki, Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra KTMT-nin heç bir üzvü hələ Paşinyanı təbrik etməyib. Sözsüz ki, təsadüfi olmayan hadisədir və bu, təşkilatda Ermənistan üçün əlverişsiz vəziyyətdən xəbər verir. Çox güman ki, İlham Əliyev məhz buna işarə edir”. O, Azərbaycanın bu durumda daha güclü mövqeyə sahibləndyini və Ermənistanın bunu nəzərə almaq məcburiyyətində olduğunu da vurğulayır. Məhz bu şəraitdə Ermənistanın, nəhayət ki, Qarabağ məsələsinin həllində real addımlar atması, işğal siyasətinə tədricən son qyoması qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ