Bazar ertəsi günü, 09 noyabr 2026
     

"Qarabağ klanı"nın sıradan çıxarılması münaqişənin həllini tezləşdirəcək

Image


Ermənistanda növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “Mənim addımım” blokunun qalib gəlməsindən sonra İrəvanda “Qarabağ klanı”nın daha sürətlə sıradan çıxması müşahidə olunur. Hesab edilir ki, hadisələrin bu istiqamətdə inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllinə də əsaslı şəkildə təsir göstərmək iqtidarındadır. Çünki bu vaxta qədər konfliktin dinc müstəvidə həllinə maneə yaradan əsas tərəflərdən biri məhz “Qarabağ klanı” olub. Amma bu klanın sıradan çıxarılması onun öz məqsədləri üçün Qarabağ münaqişəsindən spekulyativ metodlarla yararlanmasının  da qarşısını alır.

Artıq “Qarabağ klanı”nın aparıcı üzvlərindən biri olan Ermənistanın eks-prezidenti Robert Köçəryan həbs olunub və “İrəvan-Kentron”da saxlanır. “Prezidentə azadlıq” təşəbbüs qrupu Köçəryanın həbsdən azad olunması tələbilə piket və mitinqlərin keçirilməsinə çalışsa da, bu hal ictimai dəstək qazanmayıb.

Digər sabiq prezident, “Qarabağ klanı”nın aparıcı simalarından sayılan Serj Sarkisyanın da bu gedişlə həbsə atılması gözlənir və artıq ona qarşı da müxtəlif ittihamlar irəli sürülüb. Sarkisyan belə bir vaxtda sədri olduğu partiyadan da göstərilən dəstəyi itirməkdədir. Əvvəla ona görə ki, Sarkisyanın rəhbəri olduğu Respublika Partiyası parlamentdən kənarda qalıb. Xatırladaq ki, parlamentdə Nikol Paşinyanın “Mənim addımım” bloku, “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları təmsil olunacaq. Məhz seçkilərin nəticələri həm də "Qarabağ klanı"nın Ermənistandakı 20 illik hakimiyyətinə rəsmən son qoyub. Respublika Partiyasının parlamentdən kənarda qalması isə Sarksiyandan narazılığı artırıb. Ermənistanın  “Past” qəzeti yazır ki, partiya artıq Serj Sarkisyandan qurtulmağı düşünür: “Partiya üzvlərinin bir hissəsi Sarkisyandan narazıdır. Onların fikrincə, faktiki olaraq Sarkisyan baş nazir olmaq istəməklə, David Şahnazaryan və Artaşes Geqamyanı seçkiqabağı kampaniyaya qoşmağa çalışmaqla partiyanı dağıdıb. Tezliklə partiyada rəhbərliyin dəyişməsi məsələsi gündəmə gələ bilər”. Qeyd olunur ki, Sarksiyanın partiyadan qovulması onun dəstəyinin daha da azalmasına gətirib çıxaracaq və bu şəraitdə onun sələfi  Robert Köçəryan kimi həbsə atılması daha da asanlaşacaq. Digər tərəfdən, Paşinyan "Qarabağ klanı"na daxil olan bir sıra yüksək rütbəli hərbçiləri də sıradan çıxarıb. Belə vəziyyətdə Qarabağ məsələsinə görə Ermənistan daxilində Paşinyana ciddi müqavimət göstərə biləcək şəxs qalmayıb.

Hazırda Paşinyan ona təhlükə yarada biləcək əsas qüvvə qismində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimi görür. Amma onların da sıradan çıxarılması üçün müvafiq addımlar atır. Bu fonda Ermənistanın “Qraparak” qəzeti yazır ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimdə ciddi kadr dəyişiklikləri baş verir. Nəşrin yazdığına görə, “Dağlıq Qarabağ müdafiə ordusu”nun komandanı Levon Mnatsakanyan vəzifəsindən azad edilib. İddiaya görə, onun yerinə “Baş qərargah müdiri” Karen Abraamyan təyin ediləcək. Qəzetin məlumatına görə, həmçinin “təhlükəsizlik şurasının” rəhbəri Vitali Balasanyan və separatçı qurumun rəhbəri Bako Saakyanın müşaviri Arşavir Qaramyan vəzifəsindən çıxarılacaq.

Bu şəxslərin Nikol Paşinyanın qəzəbinə düçar olduğu bildirilir. Məsələ burasındadır ki, adıçəkilən şəxslər Nikol Paşinyanın yaxın adamlarından olan Sasun Mikayelyanın “aprel inqilabı Qarabağ savaşındakı qələbədən daha böyükdür” açıqlamasını sərt tənqid ediblər. Məhz bu çıxışlardan sonra Paşinyan Bako Saakyana qarşı sərt tənqid səsləndirib. O, Saakyanı tabeliyində olan şəxslərə nəzarət etməyə çağırıb və seçkidən sonra bununla dərhal maraqlanacağını deyib. Levon Mnatskanyan bir neçə il əvvəl Qarabağa Movses Akopyanın yerinə göndərilib. Belə ki, Serj Sarkisyan sonradan Akopyanı baş qərargah rəisi edib. Mnatsakanyan Ermənistanda uzun illər ordunun təchizatına və ən gizli müqavilələrinə cavabdeh olub. Amma Sarksiyanın devrilməsi ilə onlar üçün də çətin günlər başlayıb.

“Qraparak” qəzetinin bir başqa məlumatına görə, Qarabağ separatçılarının keçmiş “baş naziri” Araik Arutyunyan Moskvadadır. İstisna edilmir ki, İrəvandakı hakimiyyət onu məhz Bako Saakyanın varisi olaraq görür. Arutyunyan özünü Ermənistanın yeni hakimiyyəti barəsində “düzgün” aparıb. Qeyd edək ki, Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin “baş naziri” olub. 2017-ci ilin sentyabrından cari ilin iyununa qədər isə o, Qarabağın “dövlət naziri” işləyib və faktiki olaraq Bako Saakyandan sonra qondarma rejimdə ikinci ən nüfuzlu şəxs olub. Xatırladaq ki, bundan əvvəl Ermənistanda Serj Sarkisyanın istefaya getməsindən sonra Qarabağda baş separatçıya qarşı etiraz aksiyaları keçirilib. Aksiyalarda əsas tələb separatçıların “güc strukturlarının” rəhbərlərinin dəyişdirilməsi olub. Etirazçıların Arutyunyanın istefasını istəməmələrinə rəğmən, o da dərhal istefaya gedib. Sonradan mətbuata açıqlama verən Arutyunyan bu addımı “hökumət”də reformalara ehtiyac olması ucbatından atdığını və istefa qərarında heç kimin təzyiqi olmadığını bildirib. Maraqlı məqam Arutyunyanın istefasının Paşinyanın hakimiyyətə gəlməsilə eyni vaxta düşməsidir. İndi bu şəxsin Bako Saakyanın yerinə gətirilməsi ilə Paşinyan separatçı rejimə istədiyi şərtləri diqtə edə biləcək. Bura hətta işğal altındakı ərazilərin tədricən boşaldılması kimi tələblər də daxildir. Onsuz da Qarabağdakı ermənilər də münaqişənin həllinin uzanmasından bezib və Azərbaycanla sülh əldə olunmasını istəyirlər. Məhz bu şəraitdə Qarabağ separatçılarının hansısa sülh razılaşmasına  mümkün müqaviməti də gözlənilmir. Əksinə, erməni mediasının yazdıqlarından belə bəlli olur ki, Qarabağda dəhşətli şəraitdə yaşayan ermənilər sülh müqaviləsinin tezləşəməsini istəyir və əsas səbəb də üzləşdikləri ağır şəraitdir. “E-press” saytı yazır ki, həqiqtən də Azərbaycan torpaqlarına köçürülən ermənilər ciddi problemlərlə üzləşirlər. Konkret nümunə kimi bildirilir ki, problemlərlə üzləşənlərdən biri də Arzakanyan ailəsidir. Bu ailə İrəvandan Qarabağa köçürülmə proqramı çərçivəsində 2007-ci ildə işğal olunmuş ərazilərə göndərilib. Ailə ata-ana və iki oğuldan ibarətdir. Müvafiq proqram çərçivəsində ailəyə 3 otaqlı mənzil verilib. Müqavilədə bildirilir ki, evi özəlləşdirmək üçün ailə üzvlərindən biri ən azı orada 10 il yaşamalıdır. Lakin 2017-ci ildə 10 il tamam olanda evi Arzakanyan ailəsindən alaraq başqa ailəyə vermək istəyiblər. Onlar məhkəməyə müraciət etsələr də, şikayətləri rədd olunub. Əsas gətirilib ki, ailə müqaviləni pozaraq 10 il müddətində 3 ay həmin evdə yaşamayıb. Ana Elvira Arzakanyan danışır ki, Qarabağda yaşamaq dəhşətlidir: “Bir yataqxanada 8 ailə yaşayır. Bizi Qarabağa aparanda yaxşı vədlər verirdilər. Danışırdılar ki, sizin yaşamağa eviniz, işiniz və kənd təsərrüfatı ilə məşğul olmağa imkanınız olacaq. Lakin əksi oldu. Bizim ailədə üç nəfər müəllim işləyir. Məktəbdə dərs saatlarını azaltdılar, yeni müəllimlər gətirdilər və onlara yeni ev tikmədilər, əvəzində yataqxanada məskunlaşdırdılar. Bu yaşamaq deyil, mağaza, nəqliyyat yoxdur. Sənə verilən evi əlindən almaq üçün bir zəng yetərlidir. Sadəcə dəhşətdir”. İşğal olunmuş ərazilərdə yaşayan digər ermənilər də eyni mövqedədir. Sadəcə, indiyə qədər burada yaradılan separatçı rejim güc və təhdid yolu ilə belələrini susdura bilib. Amma vəziyyət dəyişir və Bako Saakyanın kənara atılması ilə separatçı rejimin təzyiq metodlarının əhəmiyyətli dərəcədə zəifləməsi gözlənir. Erməni sosioloq David Karabekyan bu xüsusda bildirir ki, Qarabağdakı ermənilər hərbi xuntadan xilas olmaq istəyir: “Biz eyniyik, sadəcə olaraq, hər şey süni şəkildə bölünüb və elə təqdim edirlər ki, guya ayrıca respublikayıq. Bunun belə olmadığını hər kəs bilir. Bu baxımdan, İrəvanda hakimiyyətin dəyişməsindən sonra Xankəndidəki ermənilər də oradakı rejimdən xilas olmaq istəyir. Çünki Xankəndidəki rejim kriminal qaydalarla hərəkət edir”. O bildirir ki, rejimdən bezən Qarabağdakı ermənilər, hansı yolla olursa olsun, xilas olmaq istəyir: “Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmır. Yəni vəziyyət o həddə çatıb”. Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilər qondarma rejimin “güc strukturları” tərəfindən indiyə qədər çoxsaylı təzyiqlərlə üzləşiblər: “İnsanlar artıq bu vəziyyətdən bezib. Qarabağa Bako Saakyan və bir neçə general nəzarət edir. Onlar 20 ildir insanları qarət edir, amansızlıq göstərirlər. Qarabağ ermənilər üçün daha çox sərbəst məskunlaşma rejimli həbs düşərgəsinə oxşayır. Amma artıq bunun sonu çatır”. Digər tərəfdən nəzərə alaq ki, Qarabağdakı ermənilərin bir çoxu da indi düşdükləri vəziyyətdən xilas üçün Azərbaycana ümid yeri kimi baxır. Bu vəziyyət zəbt edilmiş ərazilərdə separatçı rejimin mövqeyinin əhəmiiyyətli dərəcədə laxladığını göstərir. Məhz belə durum Paşinyana da separatçı rejimə qarşı istədiyi addımları asanlıqla atmağa imkan verir. Hazırda Paşinyan üçün əsas məsələ Bako Saakyanın uzaqlaşdırılmasıdır. Onun ətrafının kənarlaşdırılması ilə bu prosesin yaxın tezlikdə reallaşması gözlənir. Beləliklə, Paşinyan həm Ermənistan daxilində, həm də işğal olunmuş Azərbaycan ərazilərində “Qarabağ klanı”nı tam sıradan çıxarır. Bu şəraitdə münaqişənin dinc müsətvidə həlli və zəbt edilmiş ərazilərin tədricən azad olmasına müqavimət göstərən ciddi qüvvələr də olmayacaq. Paşinyan onu da nəzərə alır ki, erməni əhalisi öz sosial durumunun yaxşılaşdırılması üçün Qarabağ münaqişəsinin həllini çoxdan tələb edir. Bu mənada onun “Qarabağ klanı”nı tam sıradan çıxardıqdan sonra Azərbaycanla razılığa gəlməsi mümkün sayılır. Belə vəziyyətdə Paşinyan Ermənistanın da inkişafını təmin edə bilər ki, bununla o, ölkədə daha böyük dəstək qazanmaq imkanı da əldə edəcək. Bütün hallarda, hər şey zəbt edilmiş ərazilərin azad olunmasından keçir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ