Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycanda atom elektrik stansiyasının tikilməsi aktuallaşır...

Image


Bu gün dünya miqyasında atom elektrik stansiyalarından (AES) istifadəyə marağın gedərək artması müşahidə olunmaqdadır. Belə ki, müasir təhlükəsizlik tədbirlərinin tətbiqi ilə qurulan belə stansiyalar enerji təhlükəsizylinin təmin edilməsində böyük əhəmiyyət kəsb edir.  Hazırda  dünya elektrik istehsalının təxminən 20%-i məhz bu stansiyaların payına düşür. Bu sahədə Fransa, ABŞ, Yaponiya, Almaniya, Cənubi Koreya və Rusiya lider hesab olunur. Təkcə Fransa bütün enerjinin 80%-ə qədərini atom elektrik stansiyalarından hasil edir.

Azərbaycanın qonşularının bəzilərində də bu stansiyalardan ya istfiadə olunur, ya da onların qurulması isttiqamətində iş aparılır. Hazırda qonşularımızdan Gürcüstan istisna olmaqla, digər ölkələr belə stansiyalardan istifadə edir. Düzdür, Türkiyədə hələlik belə stansiyanın tikintisi gedir. Rusiyanın layihəsi əsasında Türkiyədə tikilən “Akkuyu” AES-in ilk fazasının 2023-cü ilin yazında istifadə verilməsi nəzərdə tutulur. Rusiya ilə Türkiyə arasında hökumətlərarası müvafiq saziş 2010-cu ildə imzalanıb. Layihənin dəyəri 20 milyard dollardır. Türkiyə ölkənin Sinop bölgəsində də atom elektrik stansiyası tikmək niyyətindədir. Elə Gürcüstanda da bu xüsusda müxtəlif ölkələrlə danışıqlar aparılır. İran, Ermənistan, Rusiya isə çoxdan belə stansiyalardan istfiadə edir. Məhz belə bir vaxtda yayılan məlumata əsasən, Rusiyanın “Rosatom” dövlət korporasiyası Azərbaycan Prezidenti İlham Əliyevə ölkədə atom elektrik stansiyasının tikintisi də daxil olmaqla nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif edib.

“Sputnik” portalı bildirir ki, bu haqda “Rosatom”dakı mənbə açıqlayıb. Mənbə bu xüsusda deyib: “Azərbaycanda nüvə sənayesi var, amma atom elektrik stansiyası yoxdur. “Rosatom” təklif verib. Azərbaycan tərəfi düşünür. İki seçim təklif etmişik. Birincisi dərhal AES inşaatına başlamağı nəzərdə tutur. SSRİ dövründə AES tikintisi üçün ərazi də seçilmişdi,  bu səbəbdən həmin ərazidə birbaşa inşaat işlərinə başlanıla bilər”.

İkinci variant isə Rusiya ilə Azərbaycan arasında nüvə enerjisi sahəsində əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Mənbənin bildirdiyinə görə, bu variantda AES-in tikintisi 5-6 il sonra başlaya bilər. Mümkün AES layihəsinin maliyyələşdirilməsi məsələsi barədə danışan mənbə qeyd edib ki, Bakının Rusiyadan kredit istəyəcəyini düşünmür: “Azərbaycan tərəfinin layihəni öz maliyyə qaynaqları ilə həyata keçirəcəyini təxmin edirəm”. Qeyd edək ki, Azərbaycanda son illər nüvə enerjisindən dinc məqsədlə istifadə sahəsində müəyyən addımlar atılıb. 2014-cü ildə Prezident İlham Əliyev “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradıb.

Rusiyanın ölkəmizdə belə stansiya tikməsi isə mümkün sayılır. Qeyd edək ki, daha əvvəl də Rusiya Elmlər Akademiyasının İqtisad İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev məsələ ilə bağlı maraqlı açıqlamalar verib. Ekspert qeyd edib ki, Azərbaycan texnologiya və iqtisadi inkişafa görə dünyanın ilk iyirmi ölkəsinin sırasına düşmək istəyirsə, nəzərə almalıdır ki, bütün dünya liderləri iqtisadi və sənaye inkişafının hərəkətverici qüvvələrindən biri kimi məhz nüvə energetikasını seçib: "Aydındır ki, bu, yeni iş yerləri açmaq baxımından bir çox sahələrin mütəxəssislərini bir yerə toplamağa imkan verən alternativ energetikanın inkişafını ləğv etmir. AES-də bir yer (söhbət bir neçə reaktor bloku olan bir AES-in istismarından gedir), "Rosatom"un qiymətləndirməsinə görə, oxşar sahələrdəki 10 iş yeri deməkdir".

O xatırladıb ki, Azərbaycanda artıq Milli Nüvə Tədqiqatları Mərkəzi mövcuddur, demək dövlət bu istiqamətdə hansısa addımları artıq atıb: "Deməli, AES boş yerdə yaradılmayacaq. Bundan əlavə, Azərbaycanda AES qurulması ölkənin dünyanın iqtisadi liderləri ilə yaxınlaşması üçün əlavə amil ola bilər. Yəni bu, prosesdə mütləq iştirak edəcək Rusiya (nüvə texnologiyaları üzrə dünyanın əsas ixracatçılarından biri) və yüksək texnologiya şirkətləri ilə Azərbaycanın kifayət qədər uzunmüddətli əlaqələri olan Fransa ilə əlavə qarşılıqlı fəaliyyət xətti olacaq. Ona görə də burada Azərbaycan eyni zamanda bu iki istiqamətdən istifadə edə bilər. Yalnız "Rosatom"la əməkdaşlığa bel bağlamaq mütləq deyil. Əlbəttə, əsas kimi Rusiyanın baza layihəsini götürmək olar, avadanlığı isə fransız şirkətləri təmin edə bilər". Mütəxəssis işin maliyyə tərəfinə də toxunub: "Əlbəttə, bütün bunlar xərc tələb edir. Lakin başa düşmək lazımdır ki, strateji perspektivdə bütün xərclər kompensasiya ediləcək. Aydındır ki, hasil olunan qazı ixrac etmək mümkün ikən onu ənənəvi energetikanın inkişafına yönəltməyə ehtiyac yoxdur. Eyni sözləri İES üçün mazut barədə də demək olar. Bundan əlavə, Azərbaycan perspektivdə elektrik enerjisini Gürcüstana və Türkiyənin şərq rayonlarına sata, həmçinin "Şimal-Cənub" nəqliyyat layihəsini elektriklə təmin edə bilər". Belə bir stansiyanın Azərbaycana hansı məbləğə başa gələcəyinə gəlincə, o bildirib: "Qeyd etmək yerinə düşər ki, Azərbaycana Türkiyədə tikilən "Akkuyu" və İrandakı "Buşehr" kimi güclü AES-lər lazım deyil. Azərbaycan üçün orta güclü, 5-7 milyard avroya başa gələ biləcək stansiya kifayətdir. İndi 12 ballıq qısamüddətli seysmoloji təkanlara davam gətirən AES-lər tikilir. Fəlakət nümunələri də mövcuddur, lakin onlar istisnadır. AES-in risqləri onun gətirdiyi fayda ilə örtülür. Burada əsas məsələ bu layihədə və onun təhlükəsizliyində qənaət etməməkdir. Siz qənaət etməyib artıq öz effektivliyini göstərmiş texnologiyadan istifadə edirsizsə, hansısa qəzanın baş verməsindən etibarlı müdafiə olunacaqsız". A.Karavayevin fikrincə, Avropada mövcud olan AES-lərə baxmaq kifayətdir: "Onda görəcəksiz ki, stansiyaları kifayət qədər sıx məskunlaşma olan ərazilərdə tikirlər və heç bir qəza baş vermir. Qəzalar, əlbəttə ki, mümkündür. Lakin eyni sözləri aviareyslər haqqında da demək olar. Təyyarələr qəzaya uğramır? Uğrayır. Onda gəlin uçmayaq. Ona görə də hələlik "Azərbaycana AES lazımdır" tezisinin lehinə arqumentlər kifayət qədərdir". Digər ekspertlər də hesab edir ki, məsələnin dəyərləndirilməsi mümkündür. Ümumiyyətlə, Azərbaycanın dinamik inkişafı ölkədə perspektivdə AES inşasını istisna etmir. Hər halda proseslərin hansı istiqamətdə gedəcəyi yaxın tezlikdə bəlli olacaq.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ