Bazar ertəsi günü, 09 noyabr 2026
     

“Ermənilər heç bir halda işğal etdikləri torpaqları sülh yolu ilə qaytarmayacaqlar”

Image


Yunus Oğuz: "Onlar hər yerdə deyirlər ki, torpaqları geri qaytarmaq üçün işğal etməmişik"
“Azərbaycan dövləti hərbi əməliyyatlara start versəydi, erməni klanı ilə Qarabağ klanı indiki kimi toqquşmayacaqdı, əksinə birləşəcəkdi"

 

Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatsa da, seçki qalmaqalı hələ də davam edir. İnqilabçı baş nazir Nikol Paşinyanın təlimatı əsasında seçkilərin saxtalaşdırılması və onun rəhbərlik etdiyi blokun seçkidən qalib ayrılmasının məhz seçkilərin saxtalaşdırılması nəticəsində mümkün olduğunu indi Ermənistanda da açıq-aydın səsləndirirlər.

Paşinyanın qardaşı oğlu, həkimi, hətta bərbərinin belə parlamentə düşməsi inqilabçı Nikolun nə dərəcədə "demokrat" olduğunu bir daha ortaya qoyur. Bəs görəsən Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərindən sonra işğalçı ölkə hansı xətti tutacaq? Daha doğrusu Paşinyanın liderliyində Ermənistan Qərbə, yoxsa Rusiyaya doğru irəliləyəcək? Bu və digər məsələlər, eləcə də Ermənistanın bundan sonra hansı xətt yürüdəcəyi, hansı addımları atacağı ilə bağlı yazıçı-publisist, "OLAYLAR" qəzeti və eyniadlı İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuzla söhbətləşdik.

-Yunus bəy, qeyd edirsiniz ki, Nikol Paşinyanı qarşıda 3 əsas məsələni həll etmək kimi çətin sınaq gözləyir. Bu hansı məsələlərdir?

-Əgər Nikol Paşinyan Qarabağ məsələsini həll etməsə və buna maraqlı görünməsə Türkiyə və Azərbaycanla münasibətlər normallaşmayacaq. Bu iki ölkə ilə münasibətlərin normallaşmaması isə Ermənistanın iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq. Ermənistanın qış aylarından hansı durumla çıxacağı belə məlum deyil. Çünki bu ölkədə iqtisadi vəziyyət getdikcə ağırlaşır. Digər tərəfdən Rusiya ilə münasibətlərdə yaranan sərinlik şimal qonşumuzun İrəvana satdığı bəzi məhsulların qiymətində dəyişikliklərə gətirib çıxara bilər. Yanvar ayından məlum olacaq ki, Rusiya Ermənistana təbii qazı, buğdanı və digər ərzaq məhsullarını neçəyə satacaq. Ona görə də Paşinyanın qarşısında duran və həll etməli olduğu məsələlərdən biri də Rusiya ilə münasibətlərdir. Məlumdur ki, hələ bu günə qədər Putin onu heç təbrik də etməyib. Bu hansı proseslərin gələcəkdə baş verməsindən xəbər verir. Bu əslində Rusiyanın  atacağı addımın anonsudur. Yəni Paşinyan bu 3 məsələni həll etməsə Ermənistanın özünün mövcudluğu kifayət qədər təhlükə altına düşəcək və inqilablar içərisində boğulacaq. Ona görə də faktiki olaraq Nikol Paşinyan qeyd etdiyim 3 məsələni həll etməsə onun hakimiyyətinin ömrü uzun olmayacaq.

-Yeri gəlmişkən Nikol Paşinyan bu günlərdə verdiyi müsahibədə qeyd edib ki, Türkiyə ilə münasibətləri normalllaşdırmağa hazırıq. Ancaq bir şərtlə ki, Ankara Dağlıq Qarabağ probleminin həllini şərt kimi qarşıya qoymasın.

-Ermənilərin hiyləgərliyi hər kəsə məlumdur. Türkiyə də təbii ki, buna getməyəcək. Ermənistanın 1989-cu il Konstitutsiyasında qeyd edilir ki, Türkiyənin 6 vilayəti Ermənistana birləşdirilməlidiir. Türkiyə də konkret olaraq Ermənistanın qarşısında şərt qoyub ki, Dağlıq Qarabağ problemi həll edilmədən Ermənistanla münasibətlərin normallaşdırılmasından söhbət gedə bilməz. Təbii ki. bu Türkiyə dövlətinin rəsmi mövqeyidir. Ancaq ola bilsin ki, qeyri-rəsmi səviyyədə İrəvandan İstanbula, yaxud Vana hansısa bir çarter reysi həyata keçirilir. Ancaq fakt ondan ibarətdir ki, dövlət səviyyəsində Ermənistanla münasibətlərin normallaşdırılması mümkün deyil.  Əgər Ermənistan inkişaf etmək, iqtisadiyyatı gücləndirmək istəyirsə o zaman Qarabağ məsələsini həll etməli, eyni zamanda 3 dövlətlə, Azərbaycan, Türkiyə və Rusiya ilə münasibətləri normallaşdırmalıdır. Təbii ki, huna Qərb və Birləşmiş Ştatlar da çalışır. Amma Nikol Paşinyanın bu yolla gedib-getməıyəcəyini hələlik dəqiq deyə bilmərik. Ancaq o da birmənalıdır ki, Ermənistan vacib strateji xətlərdən kənarda qalıb. Əgər münasibətlər normallaşarsa bundan sonra Gürcüstan ərazisindən keçən qaz xəttinin bir qolunu Ermənistana çəkmək olar. Ancaq burada Rusiya amili də var. Yəni, Rusiya razı ola bilərmi ki, sözügedən qaz xəttinin bir qolu Ermənistandan keçsin. Çünki bu gün Ermənistanı təbii qazla Rusiya Federasiyası təmin edir. Konkret olaraq bu gün Ermənistan tənəzzülə doğru gedən və Rusiya ilə münasibətlərini tənzimləyə bilməyən başıpozuq bir qüvvəyə çevrilib və gələcəkdə də Ermənistanda yaxşı mənada heç nə gözlənilmir. Təsəvvür edin ki Nikol Paşinyan özünün bərbəri, həkimini belə deputat seçdirib. Faktiki olaraq parlamenti qohum-əqrəbası, yaxınlarından formalaşdırıb. Bu da o deməkdir ki, Paşinyan artıq diktaturaya yer qoyub. Hələlik bizə məlum olanlar bunlardır. Paşinyanın siyahısında daha kimlərin olduğu yəqin ki, yaxın vaxtlarda tam açıqlanacaq. Hələlik Paşinyanın həyat yoldaşının qohum-əqrəbalarının adları açıqlanmır. Hər kəs bilir ki. erməni arvadları həyat yoldaşlarına kifayət qədər təsir edə bilirlər və belə bir gücə malikdirlər.

-Faktiki situasiya ondan ibarətdir ki, Ermənistan hakimiyyətindən Qarabağ klanı uzaqlaşdırılıb. Bəs, Qarabağ klanı necə, yeni hakimiyyəti qəbul edəcəkmi?

-Əslində bundan sonra Qarabağ əhalisinin seçimi maraqlı olacaq. Yəni Qarabağ əhalisi İrəvan klanını qəbul edəcəkmi? Həmçinin erməni diasporunun Qarabağa hansı münasibətdə olması bilinəcək. Bu arada bir məqamı qeyd edim ki, Qarabağın separatçı lideri Bako Saakyanın Birləşmiş Ştatlara, Fransa və Rusiya Federasiyasına səfərləri də təsadüfi deyildi. Saakyan artıq sonunun gəldiyini bildiyi üçün həmin ölkələrə səfər edərək orada özünün yerini hazırlayır. Əslində o çıxıb gedəcək.Saakyanın səfər etdiyi ölkələrdə hansı görüşlər keçirib, müzakirələr apardığını da Paşinyana çatdırmışdılar və Paşinyanın mitinqlərin birində dediyi "gedin öz işinizlə məşğul olun" ifadəsi də əslində Saakyana ünvanlanmışdı. Mənim də məsləhətim odur ki, erməni əhalisi şələ-şüləsini götürüb Qarabağdan getsin. Əks təqdirdə iki döyüşən ordunun arasında qalan məhz həmin xalq olacaq. Onsuz da onların böyük bir qismi köçüb gedib. Qalanlar da çıxıb getsə yaxşı olar. Çünki Qarabağ və erməni klanının toqquşmasının zəririni də məhz xalq görəcək.

-Fikirlərinizdən belə anlaşılır ki, heç bir Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcək. Bu nəticə etibarilə Qarabağda hərbi əməliyyatların aktiv fazaya qədəm qoyması ilə nəticələnə bilərmi?

-Əslində hərbi əməliyyatlar çoxdan olmalı idi. Ancaq Azərbaycan hakimiyyəti müdrik bir siyasət həyata keçirir və Azərbaycan dövləti hərbi əməliyyatlara start versəydi, erməni klanı ilə Qarabağ klanı indiki kimi toqquşmayacaqdı, əksinə birləşəcəkdi. Bütün bunlara baxmayaraq biz güclənməli, hərbi gücümüzü daha da artırmalyıq. Çünki ermənilər heç bir halda işğal etdikləri torpaqları sülh yolu ilə qaytarmayacaqlar. Onlar hər yerdə deyirlər ki, torpaqları geri qaytarmaq üçün işğal etməmişik. Odur ki, gücümüzü daha da artırmalı, ordumuzun əli ilə işğal altında olan ərazilərimizi azad etməliyik.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ