Dekabrın 11-də Bakı Şəhər Prokurorluğunda Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbir iştirakçıları Heydər Əliyevin Şəhər Prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyublar.
Mərasimdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb, Azərbaycan inamla beynəlxalq arenaya çıxıb, beynəlxalq aləmdə söz və nüfuz sahibi olub.
Bakı şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyimizin, milli maraqlarımızın, ictimai-siyasi sabitliyin qorunması işində səylərini daha da artıracağını vurğulayıb.
Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Əbədiyyət” filmi nümayiş etdirilib.