Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rayonları qaytarmaq Ermənistan parlamentinin müzakirə edəcəyi ilk məsələ - Paşinyanın yeganə xilas yolu Qarabağ münaqişəsinin həllindən keçir…

Image


Ermənistanda Nikol Paşinyanın “Mənim addımım” blokunun tam qələbəsi ilə başa çatan növbədənkənar parlament seçkilərindən sonra İrəvanın xarici siyasət, o cümlədən Dağlıq Qarabağ məsələsində hansı addımlar atacağı böyük maraq kəsb edir.

İndilikdə görünən budur ki, digər rəqiblərin sıradan çıxması Paşinyanın yaradacağı hökumətin fövqəladə və geniş səlahiyyətlər əldə etməsinə gətirib çıxaracaq. Digər bir nəticə isə ondan ibarətdir ki, Paşinyan, təkbaşına hökumət formalaşdırmaqdan başqa, parlamentdə də çoxluğu təmin edəcək. Bu da o anlama gəlir ki, bundan sonra Paşinyan bir çox strateji-siyasi qərarları parlamentdən keçirəcək. Bura Qarabağ konflikti ilə bağlı mümkün qərarlar da daxildir.

Yaranmış durum Paşinyan hökumətinə o şəraiti də yaradır ki, Dağlıq Qarabağ münaqişəsi parlamentin müzakirəsinə geniş şəkildə verilsin və hətta Azərbaycanın işğal olunmuş bir neçə rayonunun azad edilməsi qərarı parlament tərəfindən qəbul olunsun. Ermənistanın sosial-iqtisadi sahədə hansısa formada inikşafını təmin etmək, ölkəni düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün Paşinyanın belə bir addım atması istisna olunmur. Burada onu da nəzərə almaq lazımdır ki, parlamentdəki çoxluq Dağlıq Qarabağın geri qaytarılması ilə bağlı qərarın məsuliyyətinin tək Paşinyanın üzərinə düşməməmsinə imkan verəcək.  Yəni Paşinyan rahatlıqla bu qərarın məsuliyyətindən qaça bilər. Ekspertlərin fikrincə, həqiqətən də Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli, səmimi qərar veriləcəksə, bu, Ermənistanın iqtisadi baxımdan inkişafının təminatı olacaq. Bu inkişaf da erməni xalqı tərəfindən müsbət qarşılanacaq. Əks təqdirdə Dağlıq Qarabağ münaqişəsi Ermənistanın daha böyük problemlər yaşamasını qaçılmaz edəcək.

Başqa bir tərəfdən o da məlumdur ki, etiraf etməməsinə rəğmən, Paşinyan anti-Rusiya siyasəti yürüdür və Qərbdən gələn göstərişlər əsasında hərəkət edir. Rusiyanın mümkün təzyiqlərindən xilas üçün də Paşinyandan ötrü sərfəli variant Qarabağ münaqişəsinin həllinə nail olub Azərbaycan, Türkiyə kimi əsas qonşuları ilə əlaqələr yaratmaqdır. Onsuz da Rusiya Paşinyana qarşı bundan sonra aqressiv bir mövqedə dayanacaq. Çünki Qərb ölkələri, o cümlədən ABŞ Paşinyandan istifadə edərək Rusiyanı Ermənistandan çıxarmağı düşünür. Bu mənada təbiidir ki, Paşinyanın qələbəsi  ilə bağlı ilk təbrik də məhz Amerikadan gəlib. ABŞ-ın İrəvandakı səfirliyi özünün “Facebook” səhifəsində “uğurlu seçkilər” münasibətilə erməni xalqını təbrik edib. MDB respublikalarından isə yalnız Moldova prezidenti İqor Dodonun Paşinyanı qələbə münasibətilə təbrik etdiyi açıqlanıb. Rusiya və onun İrəvandakı səfirliyinin seçkilərdən sonra susqunluğu isə Moskvanın proseslərdən razı qalmadığını göstərir. Çünki, seçkilərin nəticələrinə əsasən, parlamentə ancaq Paşinyanın bloku və onu inqilabda dəstəkləyən qüvvələr keçib. Rusiyameylli qüvvələrin heç biri, o cümlədən Serj Sarkisyanın Respublika Partiyası parlamentdə təmsil olunmayacaq.

Bütün bunları şərh edən Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza “Anadolu” agentliyinə müsahibəsində qeyd edir ki, artıq Ermənistanda yeni dönəm başlayır. Onun sözlərinə görə, Paşinyan Ermənistanın xarici siyasətində islahatlara başlaya bilər. Bu mənada Metyu Brayza qeyd edib ki, illərdir çözümünü tapmayan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin gündəmə gəlməsi istisna deyil: “Lakin biz bunları təxminən deyə bilərik. Gözləyib, nəticələri görəcəyik”. İndilikdə görünən həm də budur ki, artıq Ermənistanda Sarkisyan-Köçəryan erası tam bitmiş sayılır. Yeni eranın isə nə qədər çəkəcəyini söyləmək hələ ki çətindir. Qeyd olunduğu kimi, yeni eranın davam etmə müddəti Qarabağ münaqişəsinin həllindən birbaşa asılıdır. Məhz bu münaqişənin həlli Ermənistanın inkişafını təmin edə, onu bütün mümkün kənar təzyiqlərdən, o cümlədən Rusiyanın təsirlərindən qoruya bilər. Bu, Paşinyanın taleyi üçün də çox önəmlidir, çünki o, Ermənistanın ənənəvi strateji müttəfiqi olan Rusiya ilə münasibətləri korlamaq xəttini seçib. Eyni zamanda, Ermənistan özünə əsas dayaq hesab etdiyi KTMT-yə üzv dövlətlərlə, xüsusilə də Qazaxıstan və Belarusla münasibətləri kifayət qədər korlayıb. Belə olan halda həm ölkənin daxili, həm də xarici siyasəti çox ciddi problemlərlə rastlaşıb. Bu halda Paşinyanın qarşıda dayanan çox ağır vəzifələrin öhdəsindən gələ biləcəyi sual altındadır. Hesab olunur ki, Paşinyan Ermənistanın düşdüyü bütün problemlərin kökündə fundamental səbəb kimi məhz işğal faktının dayandığını dərk etsə və bunun aradan qaldırılması üçün həlledici addımlar atsa, daxili, iqtisadi, sosial problemlərin həllinə nail olacaq. Eyni zamanda xarici siyasət kursunda da müəyyən uğurlara nail ola bilər. Amma sələfləri kimi Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasətini davam etdirsə və səbəblərlə deyil, nəticə ilə mübarizə aparsa, əlbəttə ki, onun da bütün siyasəti fiaskoya uğrayacaq. Qarabağ münaqişəsinin həlli Paşinyana ”Qarabağ klanı”nın yaratdığı təhlükəni də aradan qaldırmağa imkan vermək iqtidarındadır. 

Burada Paşinyanın onu da nəzərə alması lazımdır ki, bir vaxtlar Ermənistanı müdafiə edən hətta ən ermənipərəst rus siyasətçilər belə artıq Paşinyandan üz döndərir. Onlardan biri olan Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini, MDB ölkələri institutunun rəhbəri Konstantin Zatulin qeyd edir ki, Paşinyanın dönəmində İrəvanın əməli və sözü bir-birilə ziddiyyət təşkil edir: “Paşinyan hökuməti deyir ki, bu münasibətlər heç zaman indiki kimi yaxşı vəziyyətdə olmayıb. Bundan sonra isə Rusiya dəmiryollarına qarşı araşdırmalara başlanır. Rusiya Federasiyası ilə əməkdaşlığın möhkəmləndirilməsindən danışılır və “Qazprom”a qarşı cinayət işi açılır”.  Bu fonda KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov barədə danışarkən isə Zatulin bildirib ki, şübhəsiz, Rusiya inqilabçılar tərəfindən siyasi motivlər əsasında aparılan təqibləri qeyri-kafi olaraq qiymətləndirir. 
“Ermənistanın yeni hakimiyyətinin Rusiya ilə müttəfiqliyə son qoyaraq ABŞ-la müttəfiqlik edəcəyinə dair hər hansı bir narahatlıq varmı” sualına Zatulin bu şəkildə cavab verib: “Ermənistanın bütün prezidentləri güc mərkəzləri hesab olunan ölkələrlə, xüsusilə ABŞ və Fransa ilə yaxşı münasibətdə olmağa çalışıb. Ermənistanın iki qonşu ölkə ilə düşmən münasibətdə olmasını nəzərə alaraq, biz ondan bunun əksini tələb etməkdə haqlı olmaya bilərik. Lakin KTMT qarşısında üzərinə götürdüyün öhdəliklərin varsa, həm də sənə Rusiya hərbi texnikanı, demək olar ki, pulsuz tədarük edirsə, artıq ABŞ silahını əldə etmə xəyallarını 3 dəfə ölçüb-biçməlisən”. 
Zatulin ABŞ prezidentinin təhlükəsilik məsələləri üzrə müşaviri Con Boltonun İrəvanda erməni hakimiyyət orqanlarına “tarixi prioritetləri dəyişməyə” dair təklifinə diqqət ayırdıqlarını da vurğulayıb: “Ermənistanda rejim dəyişikliyi ilə əlaqədar qeyri-adi bir vəziyyət yaranıb”.

Digər rusiyalı politoloq Stanislav Tarasovun da məsələyə yanaşması olduqca maraqlıdır. O, Ermənistanın Rusiyaya qarşı çıxmasının İrəvan üçün müsbət heç nə vəd etmədiyini bildirib: “Kütlə qəhrəmanı” respublikanın rəhbərliyinə gələrək öz mövqeyini və hakimiyyətini legitimləşdirməyə çalışır. Lakin aydın olmalıdır ki, beyinlərində Ermənistan xarici siyasət vektorlarını dəyişməyi düşünsələr də, öz coğrafiyalarından da qurtula bilməyəcəklər”.  Onun sözlərinə görə, Paşinyan Rusiyanı narahat edə biləcək addımlar atır: “Məsələn, KTMT sədri Xaçaturovla bağlı ermənilər böyük bir səhvə yol verdilər. Parlamentə düşməyən, amma Paşinyana yaxın olan “Sasna Tsrer”in radikal bəyanatlarına gəldikdə isə, belə bir təəssürat yaranır ki, Paşinyan Ermənistanın siyasi həyatında üstünlük təşkil etməyən, lakin radikal şüarlar səsləndirmək imkanına sahib bir rəqib qüvvə yaratmaq istəyir. Bu bəzən Moskvanı da narahat edəcək qırmızı əski parçası kimi bir şey olacaq, hərdən isə Kreml onlara hansısa bir şəkildə reaksiya vermək məcburiyyətində qalacaq. Yəni Paşinyan hakimiyyətin daxili tarazlığını yaradır, çünki “köhnə qvardiya” hələ qalmaqdadır, onların vəzifəli şəxsləri nazirliklərdə və idarələrdə çalışırlar. Lakin Paşinyanın son məqsədi həm də bizim üçün aşkardır”. Erməni cəmiyyətində Rusiyaya qarşı əks-hücumların artması ilə bağlı sualları cavablandıran S.Tarasov deyib ki, ermənilər “rus qatarından” tullanmaq istəyirlərsə, qoy tullansınlar: “Lakin Ermənistan bundan qazana biləcəkmi? Digər tərəfdən, ermənilər elə bir coğrafiyada yerləşirlər ki, həm Rusiya, həm də qonşu dövlətlərlə əməkdaşlığı inkişaf etdirməyə məcburdurlar. Onlar bundan qaça bilməzlər” Rusiyalı ekspert  bu fonda Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu da vurğulayıb: “Bizi bu vəziyyətdə rəsmi Bakının rəsmi siyasəti ümidləndirir. Azərbaycan Avrasiya İqtisadi İttifaqının və KTMT-nin üzvü deyil, lakin Moskva və Bakının münasibətlərinin səviyyəsi bu təşkilatların bəzi üzvləri arasındakı münasibətlərdən daha yüksəkdir. Düzünü desəm, bəzi şərtlər daxilində Azərbaycanın KTMT-də müşahidəçi statusu almasına, hətta Avrasiya İqtisadi İttifaqına daxil olma ehtimalına şübhə etmirəm”. Ekspert erməni tərəfinin belə vəziyyətdən nəticə çıxarmalı olduğunu, əks təqdirdə ölkənin problemlərinin daha da dərinləşə biləcəyini vurğulayır.

Bütün bunlar bir daha təsdiq edir ki, İrəvanın, o cümlədən işğalçı ölkədə hakimiyyət başına gələn Paşinyanın taleyi xeyli dərəcədə Qarabağ münaqişəsinin sonrakı gedişindən asılıdır. Məhz bu münaqişənin dinc yolla həllinə gedəcəyi, zəbt olunmuş ərazilərin dinc yolla həllinə razılıq verəcəyi təqdirdə Paşinyan seçiciləri qarşısında verdiy vədləri müəyyən dərəcədə yerinə yetirmək iqtidarındadır. Əks təqdirdə onu kifayət qədər böyük problemlər gözləyir və münaqişənin hərbi həlli həmin problemlərin miqyasının daha da böyüməsinə rəvac verəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ