Bazar ertəsi günü, 09 noyabr 2026
     

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Image


Biz harada yaşamağımızdan asılı olmayaraq, hər zaman Azərbaycanın bir parçası olduğumuzu unutmamalıyıq. Əslində, unutmuruq da. Hər dəfə xaricdə yaşayan soydaşlarımızla qarşılaşanda ilk eşitdiyimiz söz bu olur. Bu o deməkdir ki, onlar hər yerdə azərbaycanlı kimi yaşayır və özlərini bu xalqın bir parçası olaraq təqdim edirlər. Azərbaycanlı olmaq çox böyük fəxrdir.

Dünyanın müxtəlif qitələrində, materiklərində yaşayan soydaşlarımızın həmrəy olması ən vacib məsələlərdən biridir. Doğrudur, uzun illər Sovet imperiyasının tərkibində yaşadığımız üçün diaspor quruculuğu məsələsinə o qədər də əhəmiyyət verməmişik. Bu da sonrakı dövrlərdə gizlin deyil ki, bizə bir sıra ağrı-acılar yaşatdı. Müstəqil Azərbaycanın üzləşdiyi, zorla cəlb edildiyi Dağlıq Qarabağ münaqişəsinin gerçək səbəblərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında ilk illər böyük çətinliklərlə qarşılaşdıq. Bunun bir səbəbi xaricdə yaşayan azərbaycanlılarla mütəşəkkil işlər qurulmaması ilə bağlı idi. Bizdən fərqli olaraq, torpaqlarımızı işğal edib, soydaşlarımızı qaçqına, məcburi köçkünə çevirən ermənilərin müxtəlif xarici dövlətlərdə çox güclü dayaqlara malik diasporu, lobbisi mövcud idi. Heç şübhəsiz ki, bu da Azərbaycanla, tarixi torpaqlarımızla bağlı yanlış informasiyaların yayılmasına gətirib çıxarırdı.

1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən başlayaraq xaricdə yaşayan azərbaycanlılarla bağlı siyasət müəyyənləşdirdi. Deyərdik ki, xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin qurulması, onlarla davamlı işlərin aparılması, onlar arasında həmrəyliyə nail olunması məsələsində həyata keçirilən tədbirlər Heydər Əliyevin adı ilə bağlıdır. H.Əliyev Vətəndən uzaqlarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın milli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirdi. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən H.Əliyev öz əməli ilə dünyada yaşayan bütün azərbaycanlıların çiyinlərinə böyük bir məsuliyyət qoydu. H.Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünya azərbaycanlıları müstəqil dövlətimizin ətrafında, sözün həqiqi mənasında, birləşməyi bacardı. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasının müəyyənləşdirilməsi H.Əliyevin ən unudulmaz və əbədi tarixi xidmətləri sırasında özünə yer tutub.

Bu dövrdə xaricdə yaşayan azərbaycanlıların birliyi, onların təşkilatlanması əsas vəzifə kimi qarşıya qoyuldu və bunun nəticəsində də Azərbaycan diasporu formalaşmağa başladı. Məhz H.Əliyevin siyasi iradəsilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmləşdirildi.

Sevindirici haldır ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünya azərbaycanlılarının birlik, həmrəylik simvoluna çevrilib. Hər il bu bayram dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Ölkəmizdə Azərbaycan türkləri ilə yanaşı, bir sıra xalqların nümayəndələri də yaşayırlar. Bu günü onlar da böyük ruh yüksəkliyi ilə bayram edirlər. Həmrəylik Gününü milliyyətcə azərbaycanlı olmayan, lakin Azərbaycanda doğulub böyüyən, xaricə köçən digər xalqların nümayəndələrinin də keçirməsi həm mənəvi, həm də siyasi baxımdan çox əhəmiyyətlidir. Azərbaycandan bütün dünyaya yayılan soydaşlarımız hazırda Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində yaşayırlar. Bu ölkələrdə onlar tərəfindən Azərbaycan icmaları yaradılıb. Bu insanları, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin, milli ideologiyamızın ən güclü mənəvi səfirləri hesab edirik. Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşən soydaşlarımız hər zaman bu müqəddəs ideologiyanın əsas təbliğatçısı kimi çıxış edirlər.

Dünya azərbaycanlılarının həmrəyliyinin ifadəsi kimi 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qulultayını xatırlamasaq olmaz. H.Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azəbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinin ətraflı müzakirəsinin zəruriliyini nəzərə alaraq, 2001-ci ilin may ayının 23-də xüsusi sərəncam imzaladı. Həmin sərəncama uyğun olaraq, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu qurultay soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi hadisə idi. H.Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə” Fərman da imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. 2002-ci ildə Milli Məclisdə qəbul olunan “Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında” Qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi. Qanuna əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur. Həmçinin, imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün qanunda vergi, gömrük güzəştləri nəzərdə tutulur. Bu qanun ölkəmizin diaspor və lobbi quruculuğu sahəsindəki fəaliyyətinin hüquqi əsaslarını və prinsiplərini müəyyənləşdirən mühüm sənəd kimi təqdirəlayiqdir.

Bu gün Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevin də həyata keçirdiyi siyasətdə diasporumuzun daha da inkişaf etməsinə böyük əhəmiyyət verilir. İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra onun da ilk atdığı addımlardan biri diaspor məsələləri ilə bağlı oldu. O, daim diaspor quruculuğuna diqqət göstərib və xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini çox uğurla davam etdirib.

Bu da faktdır ki, xaricdə yaşayan soydaşlarımız, eləcə də onların təşkilatlandığı, təmsil olunduğu diaspor qurumları dəfələrlə öz bəyanatlarında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti təqdir edib və prezident seçkilərində hər zaman onu dəstəklədiklərini rəsmən bəyan ediblər. Prezident İlham Əliyev iş qrafikinin gərgin olmasına baxmayaraq, xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşür, onlarla fikir mübadiləsi aparır və onlardan öz tövsiyələrini əsirgəmir. Bilirik ki, Prezidentin Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan və soydaşlarımızın təşkilatlanması prosesinə müsbət təsir göstərmək imkanlarına malik qurumların nümayəndələrini mütəmadi qəbul etməsi ənənə halını alıb.

Prezident İlham Əliyevin “Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 8 fevral 2006-cı il tarixli Sərəncamı da bu sahədə atılan uğurlu addımlardan biri kimi tarixə yazılıb. Prezident diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirir və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü dəfələrlə qeyd edib və onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini verib.

21 yanvar 2011-ci ildə Prezident İlham Əliyevin “Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında” imzaladığı Sərəncamla qurultay “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı”na əsasən, 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirildi. Dünya Azərbaycanlılarının III Qurultayının yekununda bir sıra qərarlar qəbul edildi və qəbul edilən sənədlər arasında qurultayın ümumi müraciəti, qurultayın dünya azərbaycanlılarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciətləri də var idi.

Onu da bildirək ki, Dünya Azərbaycanlılarının Bakıda keçirilən bütün qurultaylarında xaricdəki diaspor qurumlarımız, eləcə də müxtəlif ölkələrdə yaşayan nüfuzlu azərbaycanlılar böyük sevgi və sevinclə təmsil olunublar.

2016-cı il iyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi baş tutdu. Sevindirici haldır ki, qurultaydan-qurultaya burada iştirak edən dövlətlərin və təmsilçilərin sayında böyük artım müşahidə edilib.  DünyAzərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olub. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlarının, siyasi partiyalarının təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də işitirak edirdi.

Məhz İlham Əliyevin səyləri, apardığı uğurlu siyasət nəticəsində xaricdə fəaliyyət göstərən diasporlarımızla səfirliklərimiz arasında sıx əlaqələrə nail olunub. Xaricdəki səfirliklərimiz və digər diplomatik təsisatlarımızla qurulan ciddi əməkdaşlıq əlaqələri diaspor qurumlarımızın dizlərinin bərkiməsinə, öz fəaliyyətlərini daha geniş şəkildə qurmasına səbəb oldu.

Bu gün xaricdə yaşayan azərbaycanlılar arasında həqiqətən də həmrəylik mövcuddur. Vaxtilə müxtəlif səbəblər üzündən Azərbaycanı tərk etmiş böyük şəxsiyyətlərin xaricdə yaşayan varisləri Vətənə gəlir və ölkəmizin günü-gündən inkişaf etdiyini gözləri ilə görürlər. Gerçəklik ondan ibarətdir ki, dövlət səviyyəsində həyata keçirilən mütəşəkkil siyasət nəticəsində dünya azərbaycanlıları Azərbaycan adlı yenilməz dövlətin və azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşiblər. Atılan bütün addımlar Azərbaycanın bütövlüyü, azərbaycanlıların həmrəyliyi naminədir.

Namiq QULİYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ