Bazar ertəsi günü, 09 noyabr 2026
     

Paşinyan Ermənistanın taleyinin Dağlıq Qarabağ münaqişəsindən asılılığını daha da gücləndirdi...

Image


Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan istədiyi nəticəni əldə edərək, hakimiyyətini də istədiyi formada qurmaq imkanı qazanıb. Artıq parlamentdən o, istədiyi qanun layihəsini keçirmək imkanı qazanıb və hakimiyyət qolunun hansısa birində kimsə Paşinyana müqavimət göstərmək imkanına malik deyil. Bu şəraitdə Azərbaycan üçün maraq doğuran məqam Paşinyanın Qarabağ məsələsində hansı siyasi kursu izləyəcəyidir.

Seçkilərə qədər Paşinyan Qarabağ münaqişəsi ilə bağlı olduqca destruktiv mövqe sərgiləyib və qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürüb. Amma həmin vaxt bunlar seçkilərdə qələbə çalmağa hesablanmış addımlar sayılıb və rəsmi Bakı Paşinyanın seçkidən sonra hansı addımlar atacağına daha çox diqqət yetirilməsini zəruri sayıb. İndi gözlənilən odur ki, istədiyi nəticəni əldə edən Paşinyan artıq Qarabağ məsələsində reallığı nəzərə alıb konfliktin dinc müstəvidə həlli istiqamətində konstruktiv mövqe sərgiləsin. Çünki Ermənistanın bir dövlət olaraq varlığını davam etdirməsi, hansısa inkiaşfa nail olması məhz Azərbaycanla normal münasibətlərin qurulmasından asılıdır. Bunu Paşinyan özü də yaxşı bilir. İndi qeyd olunan reallıq fonunda Paşinyan müvafiq addımlar atmayıb, əvvəlki iqtidarın siyasətini davam etdirməyə qərar versə, bu hal münaqişənin hərbi həllini qaçılmaz edəcək. Belə vəziyyətdə Ermənistan Azərbaycandan daha ağır zərbələr alacaq və bununla işğalçının dövlət olaraq varlığıın davam etdirməsi də mümkünsüz hala gələ bilər.

Ekspertlər hesab edir ki, Paşinyanın və ümumiyyətlə Ermənistanın gələcək taleyi birbaşa Dağlıq Qarabağ münaqişəsinə yanaşmadan asılıdır. Uzun illərin praktikası göstərir ki, bölgədə lider dövlət olan Azərbaycanla münasibətləri yaxşılaşdırmadan bölgədəki transmilli iqtisadi layihələrə qoşulmaq mümkün deyil. Hazırda Ermənistan Azərbaycan və Türkiyənin blokadasındadır. Bunun nəticəsi olaraq Ermənistan bölgədə reallaşdırılan layihələrdən kənarda qalıb. Paşinyan ölkəsini tənəzzüldən o zaman xilas edə bilər ki, Dağlıq Qarabağ probleminin çözümündə real addımlar atsın. Münaqişə həll olunmadan Ermənistanın hər hansı iqtisadi dirçəlişindən, əhalinin maddi rifah halının yüksəlməsindən danışmaq mümkün olmayacaq.

Digər tərəfdən, Paşinyan nəzərə almalıdır ki, digər xarici qüvvələrlə də münasibətləri ürəkaçan deyil. Burada ilk növbədə Rusiyadan söhbət gedir. Rusiyaya qarşı olan Paşinyanı yola gətirmək üçün Kremlin fəal şəkildə müxtəlif təzyiq vasitələrindən, o cümlədən Dağlıq Qarabağ kartından istfiadə etməsi gözlənir. Bunu erməni politoloq Artyom Xaçatryan da istisna etmir. Onun   “shame.am” saytında dərc olunan məqaləsində qeyd oluna xüsusda çox maraqlı fikirlər yer alıb: “Nikol Paşinyan ABŞ dərsliklərini o qədər oxudu, düşərgələrində o qədər təlim keçdi ki, beynəlxalq miqyasda təxribatçıya çevrildi. O, gah Rusiya və KTMT-yə sədaqət andı içir, eyni zamanda bu təşkilatın baş katibini həbs edir və onu rüsvay edir, gah da KTMT ölkələrinin üzərinə mövcud olmayan öhdəliklər qoyur. Məsələn, Paşinyan bildirib: “Əminəm: KTMT Azərbaycanı Qarabağ münaqişəsini güc yolu ilə həll etmək fikrindən daşındırmaq iqtidarındadır. Bu bizim üçün strateji əhəmiyyətli məsələdir”.  Faktiki olaraq xalqın baş nazirinin ABŞ təlimatlarını yerini yetirdiyini görürük. O, KTMT-nın diskreditasiyası və Rusiyaya yeni problem yaratmaq üçün güc və enerjisini əsirgəmir, ancaq Rusiya və KTMT-dan onların öhdəlikləri sırasına daxil olmayan şeylər istəyir. Bununla da kifayətlənmir, erməni xalqının baş nazirinin tələb etdiyi mövcud olmayan öhdəliklər icra olunmayacağı halda KTMT və Rusiyadan “incimək” hüququnu da özündə saxlayır.

Nikol Paşinyanın düşüncələri nə anlama gəlir? Beləliklə, KTMT elə bir təşkilatdır ki, üzvləri bir-birinə hərbi dəstək göstərmək öhdəliyi daşıyır. Başqa sözlə desək, təşkilata üzv hər hansı bir ölkəyə təcavüz olarsa, müharibəyə qoşulmaq öhdəlikləri var. Nikol Paşinyan da bunu yaxşı bilir və bu, mübahisə predmeti deyil. Dağlıq Qarabağa gəldikdə isə, beynəlxalq ictimaiyyət elə Ermənistanın özü kimi onun müstəqilliyini tanımır. Beynəlxalq hüquqa əsasən, Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən işğal edilib. Elə həmin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü hərb yolu ilə bərpa etmək və bu mövzuda beynəlxalq ictimaiyyətin köməyinə arxalanmaq haqqına sahibdir. Təbii ki, Nikol Paşinyan bunu da çox gözəl anlayır. Bəs o nə danışır? ABŞ-ın təşəbbüsü ilə baş katibini həbs etdiyi KTMT-ni nəyə sövq edir? Bütün bunlar təxribat xarakterli bəyanatlar deyilsə, bəs nədir? Nikol Paşinyan “debil” deyil. O, Azərbaycanı hərbi fəaliyyətə kimin sövq etdiyini və kimin bunun qarşısını ala biləcəyini çox gözəl bilir. Bu, dördgünlük aprel müharibəsinin təşəbbüskarı Amerika Birləşmiş Ştatlarıdır. Həmin vaxt ABŞ-a Moskvanın Suriyadakı fəallığını aşağı salmaq üçün daha bir başağrısı lazım idi. Qeyd etdiyimiz kimi, Nikol Paşinyan bu barədə də bilirdi, ancaq öz qəzetində aprel müharibəsinə görə Rusiyanı günahlandırırdı.

Bu gün isə Nikol Paşiyan KTMT-dən heç də təşkilatın müttəfiqlik öhdəliklərinə daxil olmayan müdafiə tələb edir. Bunun əvəzində təşkilatın diskreditasiyası ilə məşğul olur. O, həmçinin, KTMT üzv dövlətləri mövcud olmayan öhdəliklərini yerinə yetirməyəcəkləri halda bunu kifayət qədər pis qəbul edəcəyinə və yenidən “dəcəllik”lərinə başlayacağına işarə vurur. Bu tamamilə sırtıqlıq və həyasızlıqdır. Beynəlxalq arenada özünü bu cür aparmaq olmaz. KTMT İrəvan deyil ki, Paşinyan öz sürüsünü məclisə yönəltsin. Bura daha ciddi qurumdur. Sırtıqlığı bir kənara qoymaq və özünü KTMT-də ədəbli aparmaq lazımdır. Bununla da hər şey yaxşı olacaq. Ancaq Paşinyan bunu bacaracaqmı? Güman ki, yox. Bu onun gücü xaricindədir, çünki o, iliklərinə qədər kəndçidir.

Daha bir vəziyyətə diqqət yetirmək gərəkdir. Məsələ burasındadır ki, Paşinyan KTMT-də öz eqosentrizmini nümayiş etdirmək istəyir. Yəni Azərbaycan Ermənistanın düşmənidirsə, Paşinyan bütün KTMT ölkələrinin Azərbaycana düşmən olmasını tələb etməyə çalışır. Onlardan Bakıya silah satılmamasını, boykot edilməsini istəyir. Nəzərə almır ki, bu ölkələrin nəinki Azərbaycanla heç bir problemi yoxdur, eləcə də onlardan bəziləri azərbaycanlılarla eyni etnosa aiddir. Bu düzgün yanaşma deyil, dünyanı Ermənistan və onun rəhbəri ətrafında fırlanmağa məcbur etmək, hətta bunu arzulamaq da olmaz. Bu gülməli və bir o qədər də effektsiz yanaşmadır”. Erməni mediasında bütün bu  qeyd edilənlər əslində məsələyə kifayət qədər realist yanaşma və Paşinyan üçün də ciddi xatırlatmalardır. Bunlardan aydın görünür ki, Azərbaycan, Türkiyə ilə yanaşı Rusiya da Paşinyanı ciddi şəkildə təzyiq altında saxlayacaq və qeyd olunduğu kimi, bu zaman Qarabağ kartından da faydalanacaq. Sabiq dövlət müşaviri Qabil Hüseynli bunu həm də Paşinyanın Rusiyaya qarşı gedişləri və yeni parlamentin də buna imkan yaratması ilə izah edir. Politoloq bildirib ki, küçə inqilabı nəticəsində hakimiyyətə gəlmiş Paşinyan statusunu legitimləşdirə bildi: “Ermənistanda birmənalı olaraq qərbyönümlü qüvvələr hakimiyyətə gəldi. Digər gözlənilməz fakt ondan ibarətdir ki, Paşinyanın bloku ilə yanaşı parlamentə cəmi 2 partiya keçdi. Hər iki partiya, yəni “Çiçəklənən Ermənistan“ və “İşıqlı Ermənistan“  qərbyönümlüdür. Bu artıq perspektivdə Rusiya ilə müəyyən qarşıdurmalardan xəbər verir. İrəvanla Moskva arasında gərginlik artacaq”. Politoloq Paşinyanı qarşıda çətin günlərin gözlədiyini də deyib: “Paşinyan 7 ay bundan öncə də hakimiyyətə gələrkən erməni əhalisinə çoxlu vədlər verib. Bu vədlərin içərisində iqtisadi islahatlar, xarici investisiyaların cəlb edilməsi, yeni iş yerləri, əhalinin maddi rifah halının yaxşılaşdırılması yer alır. Verilmiş sözlərin yerinə yetirilməsinin zamanı çatıb. Paşinyanın bunun öhdəsindən gələcəyi isə sual altındadır. Nikolun yalnız bir çıxış yolu var, o da Dağlıq Qarabağ probleminin həllidir. Ermənistan bölgədəki inteqrasiya proseslərinə qoşulmaq üçün mütləq işğalçılıqdan imtina etməli və bölgədə normal qonşuluq münasibətlərinin yaranmasına töhfə verməlidir. Hər halda, Ermənistan Gürcüstandan ibrət götürə bilər. Azərbaycan ən böyük iqtisadi layihələrini Tiflis vasitəsilə həyata keçirir və bu gün Gürcüstan büdcəsinin 42 faizini həmin layihələrdən gələn gəlirlər təşkil edir. Ermənistan danışıqlar prosesini beynəlxalq hüquq normalarına və BMT qətnamələrinə uyğun surətdə apararsa, Paşinyan xalqına verdiyi vədləri yerinə yetirmək iqtidarına malik olacaq. Əks təqdirdə, Ermənistan çox pis vəziyyətdə qalacaq. Hətta belə bir vəziyyətdə Paşinyan idarəetməni də itirə bilər”.

Qarabağ məsəəlsinə gəlincə, Q.Hüseynli vurğulayıb ki, hazırda danışıqlar prosesinin alınmasının özü də sual altındadır: “Hazırda xarici işlər nazirləri səviyyəsində tərəflərin mövqeləri ilə tanışlıq prosesi gedir. Halbuki hər şey məlumdur. Amma Ermənistan tərəfinin təkidi ilə tərəflər problemə yanaşmanı özlərinə aid baxışlarla ortaya qoyurlar. Azərbaycanın istəkləri hamıya bəllidir. Bu, BMT-nin 4 qətnaməsinin ruhuna və beynəlxalq hüququn prinsiplərinə uyğundur. Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığını dəfələrlə sübut etməyə ehtiyac yoxdur. Bütün bunları Ermənistan anlamalı, danışıqlar prosesində necə lazımdırsa, elə də hərəkət etməlidir. Bu baş verəcəksə, Paşinyanın xalqına verdiyi digər vədləri də yerinə yetirmək üçün imkanlar açılacağını söyləmək mümkündür. Əksinə, yenə də qarşıdurma, siyasi manevrlər, bölgədə yaranmış status-kvonun qorunub saxlanmasına cəhdlər Ermənistana baha başa gələcək və o, bədəlini ödəmək məcburiyyəti qarşında qalacaq”. 

Qeyd edilənlərdən bir daha bəlli olur ki, Ermənistanın gələcəyi bu ölkənin Qarabağ münaqişəsinin gedişatından asılıdır. Məhz bu münaqişə Ermənistanın gələcəyini daha çox müəyyən edən əsas faktora çevrilir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ