Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistan daxildə vətəndaş qarşıdurmasının, xaricdə isə antirus siyasətinin yeni mərhələsinə başladı

Image


Ermənistanda keçirilən parlament seçkilərində hansısa ciddi sürpriz yaşanmadı və əvvəldən gözlənildiyi kimi, baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku qanunverici orqanda səslərin böyük əksəriyyətini əldə etmək hüququ qazandı. Düzdür, yayılan məlumatlar onu göstərir ki, Paşinyan komandası istənilən nəticəni əldə etmək üçün böyük saxtakarlığa getməkdən çəkinməyib. Özü də bunlar o fonda baş verib ki, ölkədə seçici fəallığı da kifayət qədər aşağı səviyyədə olub. 

Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib ki, seçici fəallığı cəmi 48,63 faiz təşkil edib. Bu, 2017-ci ilin aprelində keçirilmiş seçkidəki seçici iştirakından 12 faiz azdır. Eyni zamanda, belə vəziyyət seçicilərin yarıdan çoxunun prosesə qatılmadığını göstərir. 2010 seçki məntəqəsindəki bülletenlərin hamısının sayılmasından sonra “Mənim addımım” alyansının səslərin 70,4 faizini qazandığı bildirilir. Maqnat Hagik Tsarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” partiyası səslərin 8,3 faizini qazanıb. Liberal, qərbyönümlü “İşıqlı Ermənistan” partiyası 6,4 faiz səslə üçüncü yerdədir. Bu partiyaya Paşinyanın müttəfiqi Edmon Marukyan başçılıq edir. Serj Sarksiyanın sədri olduğu Respublika səslərin cəmi 4,7 faizini yığıb ki, bu da parlamentə daxil olmaq üçün qoyulan 5 faizlik səviyyədən azdır. “Daşnaktsütyun” Partiyası isə  3,9 faiz səs toplayıb. Mövcud qanunvericiliyə əsasən, parlamentdə minimum 3 partiya təmsil olunmalıdır. Eyni zamanda, heç bir partiya parlamentdə yerlərin üçdə ikisini, yaxud 66 faizindən çoxunu əldə edə bilməz. Səslərin heç olmasa 33 faizi müxalifət partiyasına verilməlidir. Bu vəziyyətdə müxalifət qismində “Çiçəklənən Ermənistan”  və  “İşıqlı Ermənistan” partiyalaarının çıxış etməsi gözlənir. Həmin qüvvələr isə məlum inqilab zamanı Paşinyanın yanında olublar. Beləliklə, proseslər göstərir ki, PAşinyan parlament üzərində tam nəzarəti əldə edəcək. Belə nəticəyə nail olmaq üçün isə o, seçkini heç də demokratik mühitdə təşkil etməyib.

Məsələn, artıq məlumdur ki, Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku növbədənkənar parlament seçkilərində rəqiblərindən və digər siyasi partiyalardan daha çox pul xərcləyib. Ermənistan Seçki Komissiyasının nəzarət-yoxlanış xidmətinin rəhbəri Tiqran Babikyanın  sözlərinə görə, qanunla nəzərdə tutulmuş müddətdə seçkilərdə iştirak edəcək bütün siyasi qüvvələr Mərkəzi Bankda öz fondlarını açıb və onlarla bağlı məlumat təqdim ediblər. Aparılan hesablamalar nəticəsində məlum olub ki, Paşinyanın bloku seçkilərdəki təbliğat-təşviqat kampaniyiası üçün 268 milyon 590 min 708 dram, təqribən 558 min ABŞ dolları xərcləyib. 
Paşinyanın əsas rəqibi olan Respublikaçılar 27 milyon 342 min dram, “Çiçəklənən Ermənistan” partiyası 102 milyon 671 min dram, “İşıqlı Ermənistan” partiyası 51 milyon 105 min dram, “Daşnaksütyun” 47 milyon 86 min dram, “Biz” bloku 31 milyon 459 min dram, “Sasna Tsrer” 14 milyon 315 min dram xərcləyib. Təşviqat kampaniyasına ən az pul xərcləyən partiya isə “Milli inkişaf” olub, cəmi  489 min 400 dram. Ermənistan mediası yazır ki, Paşinyanın qələbə üçün xərclədiyi pulun böyük hissəsi dövlət vəsaitləri hesabına başa gəlib. Bundan əvvəl AŞPA-nın Ermənistandakı seçkini müşahidə missiyası da Paşinyanın təbliğat üçün dövlət resurslarını cəlb etməsini tənqid etmişdi. Respublika Partiyasının namizədi David Şahnazaryan isə bu fonda qeyd edir ki, parlament seçkiləri Ermənistan tarixinin ən biabırçı seçkisidir. Seçkiöncəsi təbliğat kampaniyasının müddətinin qısa olmasından təəssüfləndiyini bildirən Şahnazaryan qeyd edib ki, seçki kampaniyası hakimiyyət üçün çox böyük problemlər yaradıb. Kampaniya zamanı təhdidlər səsləndirilib, hakim qüvvə tərəfindən təzyiq halları baş verib.

O deyib ki, yarana biləcək mənfi hallar barədə hakimiyyət əvvəlcədən düşünməli idi: “Bu, Ermənistan tarixində ən biabırçı seçkilər oldu, hökumət qüvvələri tərəfindən təhdidlər, qanun pozuntuları və şiddətlə müşayiət edildi”. Respublika Partiyasından deputatlığa namizədliyini irəli sürən Vigen Sarkisyan isə artıq cəmiyyətdə çox qorxulu bir halın yarandığını bildirib. Onun sözlərinə görə, Paşinyan artıq cəmiyyəti parçalayıb: “Ermənistanın “ağ” və “qara”lara bölünməsi ölkəni vətəndaş müharibəsinə aparıb çıxaracaq. Ölkədə hərbi vəziyyət davam edərkən Ermənistanı müxtəlif yollarla ikiyə bölmək onu məhvə aparacaq. Bizim resurslarımız bütün bu problemlərimizdən daha kiçikdir. Bölgədəki mövqeyimiz zəifləməkdədir. Eyni zamanda, parlament seçkiləri olduqca tələsik bir atmosferdə keçirildi. Bu da siyasi sahədə möhkəmlənməmizə ciddi mane olur və demokratik proseslərin inkişafının, güclənməsinin qarşısını alır”. Erməni siyasəti Naira Zöhrabyan isə bildirir ki, Paşinyan istədiyi nəticəyə nail olmaq üçün administartiv resurslardan istifadə etməkdən belə çəkinməyib: “Məsələn, Ermənistanın Sünik vilayətinin qubernatoru Unan Poqosyan bütün şəhər merlərinə və icma rəhbərlərinə vətəndaşları Nikol Paşinyanın “Mənim addımım” blokuna səs verməyə çağırmalarını tapşırıb. "Mənim addımım" blokuna səs vermələri üçün vətəndaşlara pul təklif olunması barədə məlumat var”.

Lakin istənilən halda görünən budur ki, saxtakarlıq yolu olsa da, Paşinyan istəklərinə nail olub. Maraq doğuran məqam onun bundan sonra atacağı addımlardır. Hesab edilir ki, Paşinyan üçün əsas problem ölkədə sosial-iqtisadi vəziyyətlə bağlı olacaq. Bu sahədə vəziyyətin yaxşılaşması üçün o, Azərbaycan, Türkiyə kimi ölkələrlə razılığa gəlməli, işğal siyasətinə son qoymalıdır. Əks təqdirdə Ermənistanda sosial problemlər daha da dərinləşəcək və bu da Paşinyanın sonunu gətirəcək. Xarici siyasət sferasında Paşinyanı gözləyən ən böyük problemlərdən biri də Rusiya amili ilə bağıldır. Gözlənir ki, Paşinyan Qərbyönlü siyasi kursunu gücləndirəcək və Moskva buna daha ciddi şəkildə müqavimət göstərməyə çalışacaq. Ermənistanın Rusiya üçün təhlükə mənbəyi olmasını Kreml İrəvana bağışlamayacaq.  Bu isə İrəvanı artıq daha böyük problemlər gözlədiyini deməyə əsas verir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ