Bazar ertəsi günü, 09 noyabr 2026
     

Dünya miqyasında Ermənistana total Qarabağ tələblərinin sürətlə artdığını erməni siyasətçilər də etiraf etməyə başladı…

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə mümkün qədər tez həllinin vacibliyi İtaliyanın Milan şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclasında yenidən xüsusi diqqət mərkəzində oldu. Ekspertlər bunu vacib məqam sayaraq bildirirlər ki, Milanda aparılan müzakirələr Qarabağ münaqişəsinə yenidən beynəlaxl diqqətin artırılması baxamından mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Milanda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla görüşü də olub. Məlumatlara görə, üç saatadək davam edən görüşdə tərəflərin bir-birinin mövqeyini daha yaxşı anlaması baxımından faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub. Elmar Məmmədyarov qeyd edib ki, Zöhrab Mnatsakanyanla baş tutan görüşdə olduqca intensiv məsləhətləşmələr, fikir mübadiləsi aparılıb: “Mən bu cür görüşlərin olduqca faydalı olduğunu düşünürəm”. Məmmədyarov onu da vurğulayıb ki, son illər ərzində ilk dəfə tərəflər görüşün yekunlarına dair bəyanatın mətnini razılaşdıra bilib. Bu isə İrəvanın tədricən Bakı və Minsk Qrupunun mövqeyi ilə razılaşmaq məcburiyyətində qalacağının ilkin əlamətləri sayılır. Yeri gəlmişkən qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətlərinin rəhbərlərinin Milan görüşü ilə bağlı birgə bəyanatı da yayılıb. Burada həmsədr ölkələr atəşkəsin pozulması hallarının xeyli azalmasına diqqət çəkərək bildirir: “Həmsədr ölkələr tərəflərə sentyabrda Düşənbədə keçirilmiş MDB sammitində Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar çərçivəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsini davam etdirmək və əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görmək xahişi ilə müraciət edib. Həmsədrlər yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında münaqişənin ədalətli və davamlı həlli üçün konkret nəticələrə yönəlmiş intensiv dialoqun bərpa olunacağına ümid etdiklərini bildiriblər”. Birgə bəyanatda deyilir ki, Azərbaycanın xarici işlər naziri və Ermənistanın xarici işlər naziri əvəzi bəyanatda münaqişənin sülh yolu ilə həllinə töhfə vermək və gərginliyin daha da azaldılması üçün intensiv işlərə sadiq olduqlarını təsdiqləyib. “Bu məqsədlə və yüksək səviyyəli danışıqlara töhfə vermək məqsədilə onlar 2019-cu ilin əvvəlində də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi ilə görüşməyə razılaşıblar”.

Beləliklə, bəyanatdan aydın görünür ki, Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə gələn il ərzində Azərbaycan və Ermənistan arasında konfliktin həlli istiqamətində danışıqlar davam etdiriləcək. Özü də bunlar o fonda baş verir ki, həmin vaxtda Ermənistanda parlament seçkiləri başa çatacaq və hökumətin formalaşması sona yetəcək. Məhz bundan sonra Azərbaycan İrəvandan artıq Qarabağ münaqişəsi ilə bağlı konkret addımlar atmağı tələb edə biləcək. Özü də burada nəzərə almaq lazımdır ki, münaqişənin həllinin tezləşməsinə dair Ermənistana çağrışlar artır. Bunu elə Milanda konfliktlə bağlı verilən açıqlamalardan da aydın görmək olar. Məsələn, Milanda verdiyi açıqlamada Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkəsi  Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in səylərini dəstəkləyir və konfliktin sülh şəraitində tezliklə çözümünü istəyir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının illik toplantısında bildirib ki, təmisl etdiyi qurum Gürcüstandakı, Moldovadakı münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tam töhfə verməyə davam edəcək. O deyib ki, ATƏT məkanında münaqişələrin həllində konfrontrasiyaya yer yoxdur və yalnız əməkdaşlıq təşkilat daxilində sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edə bilər.

ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli də  Cənubi Qafqazdakı münaqişələrin həllinin tezləşməsini vacib saydığıın bildirir: "Cənubi Qafqaz regionundakı uzadılan münaqişələrlə bağlı vəziyyətdə irəliləyiş yoxdur.  Rusiya ilə Gürcüstan arasında münaqişənin, yaxud Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmadığını görürük. Mən ATƏT Xarici İşlər Nazirləri Şurasının təmsilçilərindən bir daha onların həllində daha böyük siyasi iradə göstərməyi xahiş etmək və ATƏT-i bu istiqamətdə daha çox zəruri məsələlərə dair səyləri artırmağa çağırmaq istəyirəm”. ATƏT-in fəaliyyətdəki sədri, İtaliya xarici işlər naziri Enzo Moaveri-Milanezi də bu mövzuya toxunaraq bildirib: “ATƏT məkanında mövcud olan istər hazırkı böhran vəziyyətlərin, istərsə də çoxdandır uzadılan münaqişələrin həlli tapılmalıdır. ATƏT-in hələ də üzləşdiyi çətinliklər, böhran vəziyyətləri aradan qaldırılmalıdır. ATƏT məkanında mövcud olan istər bu yaxınlardakı Azov dənizindəki böhran kimi hazırkı münaqişələrin və böhran vəziyyətlərin, istərsə də çoxdandır uzadılan münaqişələrin, məsələn, qarşımızda hələ də duran Dağlıq Qarabağ münaqişəsinin, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli tapılmalıdır”.

ATƏT təmsilçilri ilə yanaşı, ABŞ da Qarabağ konfliktinin dinc yolla mümkün qədər tez həllinin vaciblyini indi daha çox gündəmə gətirir. Məsələn, ABŞ müdafiə naziri müavininin müşaviri xanım Laura Kuper bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə olan öhdəliyi var və ABŞ konfliktin həllinin tezləşməsində maraqlıdır. O, münaqişənin həllinin gücün və təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü və insanların müqəddaratını müəyyən etmə hüququ da daxil olmaqla Helsinki Yekun Aktına əsaslanmasını vurğulayıb. ABŞ dövlət katibinin Avrasiya və Avropa məsələləri üzrə köməkçisi Ues Mitçell də Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclasında bu məsəəlyə toxunaraq bildirib: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləri davam etdirmək lazımdır”.

Fransa Senatında Fransa-Qafqaz dostluq qrupunun, Xarici işlər, müdafiə və silahlı qüvvələr üzrə Komissiyanın üzvü, senator Jan-Mari Bokel isə qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin çözümü Avropanın özü üçün də çox vacibdir: “Mən çox arzu edirəm ki, Fransa Minsk Qrupunun həmsədri kimi öz rolunu yerinə yetirsin və Dağlıq Qarabağ münaqişəsi həqiqətən öz həllini tapsın. Fransada hər dəfə yeni prezident seçilərkən bu məsələdə canfəşanlıq göstərir, iclas keçirir, lakin siyasi fikirlər ortaq məxrəcə yaxınlaşdığı zaman münaqişə həll olunmamış qalır. Mən bina çox heyfsilənirəm. Çünki sülhün bərpa olunması üçün bütün lazımi elementlər var, razılıq mövcuddur, sadəcə siyasi qüvvələrin buna cavab vermələri qalır. Xüsusilə Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün məsuliyyət daşıyan bir ölkə kimi Ermənistanla, hər iki tərəflə məsafə saxlamağı bacarmalıdır. Fransa bəzilərinin bizdən tələb etdiyi kimi sistematik olaraq tərəf saxlamamalıdır”.

Beləliklə, qeyd edilənlər bir daha göstərir ki, dünya Qarabağ münaqişəsinin həllinin tezləşməsini istəyir və bunun üçün əsas məsuliyyət də erməni tərəfinin üzərinə düşür. Ermənistan parlament seçkiəlrindən sonra bu istiqamətdə əməli addım atmasa, münaqişənin hərbi həlli qaçılmaz olacaq. Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan bu fonda bildirir ki, hazırda Qarabağ məsələsində İrəvana xaricdən təzyiqlər artır və bu indi özünü Rusiyanın timsalında daha çox büruzə verir. Lakin o, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın bu vəziyyətdə müvafiq addımlar ata biləcəyinə şübhə ilə yanaşdığını da gizlətmir. O bildirib ki, ölkəsi Ermənistan-Rusiya münasibətlərini məqsədyönlü və ardıcıl şəkildə pozur və Dağlıq Qarabağ münaqişəsini həll etmək gücünə malik deyil. Siyasətçinin sözlərinə görə, Paşinyanın bir yox, iki “Axilles dabanı” var: “Bunlar xarici siyasət və Qarabağ problemidir. Respublika Partiyası iqtidarda olarkən Rusiya-Ermənistan əlaqələrinin möhkəmlənməsi istiqamətində çox işlər görüb, ölkəyə rus sahibkarların sərmayələrini cəlb edib, Moskva ilə bir sıra beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edib. Lakin Paşinyan təqsirsizlik prezumpsiyasını pozaraq Rusiyanın Ermənistandakı törəmə şirkətlərini, xüsusən “Qazprom Armeniya” və “YKJD” firmalarını təqib etdirir, ölkəyə xarici sərmayələrin cəlb olunmasının qarşısını alır. Dağlıq Qarabağ məsələsində də Paşinyan vəziyyətə nəzarət edə bilmir və münaqişənin həllinə dair dəqiq mövqeyə malik deyil. Yeni hökumət danışıqlar prosesinə zərbə vurub”. Armen Aşotyan məhz bu vəziyyətdə Rusiyanın İrəvana Qarabağ təzyiqlərinin daha da artacağını bildirib. Ermənistanın “lragir” saytı da bu mövqedən çıxış edir və yazır ki, MDB dövlət başçılarının və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin Sankt-Peterburqda keçirilən sammitində baş vernələr də bunun təsdiqidir. Belə ki, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin rəhbərlərinin iclasından sonra Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda qeyri-rəsmi şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katibin seçildiyini bəyan edib:
“Biz az qala gözlənilmədən KTMT-nin iclasını keçirdik və prinsip etibarilə baş katibin təyinatı problemini həll etdik”. Lukaşenko baş katibin Belarus nümayəndəsi olacağını təsdiqləyib.
Qeyd edək ki, məlum Astana sammitindən sonra baş katibin seçilməsi üçün növbəti iclasın dekabrın 6-da Sankt-Peterburqda keçiriləcəyi gözlənirdi. Lakin Rusiya prezidenti Vladimir Putinin təklifi ilə iclas təxirə salındı. Ehtimallara görə, iclas dekabrın sonunda keçirilə bilər. Əslində iclasın təxirə salınmasını Nikol Paşinyan xahiş etmişdi. Çünki o, baş katiblik məsələsində məğlub olacağını və bu məğlubiyyətin seçki öncəsi reytinqinə zərbə vuracağını anlayırdı. Ermənistanda belə bir süni inam yarandı ki, KTMT-nin baş katibi məsələsi hələ həll olumayıb və İrəvanın hələ də şansları var.

Lakin Sankt-Peterburqda keçirilən görüşdə baş verənlər və Lukaşenkonun açıqladıqları kulislərdə hər şeyin həll edildiyini deməyə əsas verir.
Ermənistan baş nazirinin mətbuat katibi Lukaşenkonun dediklərini təkzib edib. Lakin erməni şərhçilər Azərbaycanın Belarus və Qazaxıstanın vasitəsilə Ermənistanı məğlub etdiyini hesab edirlər. “Lragir” saytı yazır: “Görünür, Qazaxıstan və Belarus öz oyunlarına davam edir. Azərbaycan istədiyinə nail olur və bu, gələcək müharibədə KTMT-nin Ermənistana dəstək verə biləcəyi ehtimalını sıradan çıxarır”. Qeyd olunur ki, Ermənistanda seçkilərdən sonra Qarabağ məsələsində KTMT-nin İrəvana təzyiqləri daha da artacaq və Bakı istədyini əldə edəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ