Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiyanın KTMT üzrə ən etibarsız müttəfiqi - İrəvana Qarabağ təzyiqləri artır

Image


Ermənistanda son günlərdə Rusiyaya qarşı çağırışların daha geniş vüsət alması müşahidə edilməkdə, bunun Moskva-İrəvan münasibətlərini ciddi surətdə zədələyəcəyinə dair proqnozlar artmaqdadır. Məhz belə bir vaxtda Nikol Paşinyana yaxınlığı ilə tanınan siyasətçi Aram Sarkisyan yenidən olduqca maraqlı açıqlama verib.

O qeyd edib ki, ölkədə Rusiya müdaxiləsindən azad parlament formalaşdırılmalıdır: “Ermənistan parlamenti Rusiyanın müdaxiləsindən azad edilməlidir. Biz nə müharibə, nə sülh şəraitindəyik. Müharibələrdə ordu yox, dövlət qələbə qazanır. Biz xarici siyasətimizi diversifikasiya etməliyik. Biz çoxlu siyasi qüvvələrin olduğu və Rusiya müdaxiləsindən azad parlament formalaşdırmalıyıq”.

Paşinyana müxalif mövqedə dayanan Ermənistan Respublika Partiyası isə proseslərə belə şəkildə yanaşmanın yanlış olduğunu bildirərək, baş verənlərin ölkəyə böyük problemlər yaradacağını, Dağlıq Qarabağ məsələsində İrəvanın mövqeyinin əhəmiyyətli dərəcədə sarsılmasına gətirib çıxaracağını bəyan edir. Partiyanın seçki siyahısına rəhbərlik edən keçmiş müdafiə naziri Vigen Sarkisyan bu xüsusda Ermənistan hökumətinin ciddi səhvlər buraxdığını və bunlardan birinin də KTMT-yə sədrlik məsələsinin əldən verilməsi olduğunu bildirib. Onun sözlərinə görə, Moskva bu məsələni İrəvana bağışlamayacaq və bu hal Qarabağ məsələsində də mütləq şəkildə özünü göstərəcək. Yeri gəlmişkən qeyd edək ki, belə bir vaxtda sosial şəbəkələrdə Nikol Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın KTMT məsələsi ilə bağlı telefon danışığının səs yazısı yayılıb. Telefon danışığı zamanı onlar KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. O, Paşinyana daha sonra əvvəlcə sabiq prezident Robert Köçəryanla bağlı işi bitirməyi, Xaçaturovu isə sonraya saxlamağı təklif edib. Ermənistan mətbuatının iddiasına görə, tərəflər arasında ilk danışıq Paşinyanın Peterburqa səfəri zamanı baş tutub. Bu səfər zamanı Vanetsyan daha bir neçə dəfə Paşinyana zəng edib. Telefon zəngi zamanı Vanetsyan Xaçaturovun həbsinə görə artıq onu rus kəşfiyyatçılarının ziyarət etdiyini deyib: “Məni Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidmətininin nümayəndələri ziyarət ediblər. Onlar deyirlər ki, biz bunu etməməliyik. Deyirlər ki, heç olmasa KTMT rəhbərliyindən adamınızı çəkib sonra həbs edin, əks təqdirdə bu, KTMT-nin avtoritetinə zərbə vuracaq”. Xatırladaq ki, daha əvvəl Vanetsyanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyanla da səs yazısı yayılıb. Burada Vanetsyan Xaçaturov və Köçəryanın həbsini Federal Təhlükəsizlik Xidmətinin rəhbəri ilə müzakirə etdiyini və situasiyanın çox çətin olduğunu bildirib. Erməni mediası yazır ki, bütün bu səs yazıları Paşinyanın Moskvaya qarşı olmasının təsdiqidir və elə rusların özləri tərəfindən mediaya ötürülür. “Jamanak” qəzeti isə yazır ki, Rusiyanın Paşinyanın Moskvaya yönəlik siyasət yürüdəcəyinə dair ümidləri puç olur: “Paşinyan Moskvanın istəklərini yerinə yteirməkdən qaçır və hələ də Qərbə doğru meyllənir. Moskva parlament seçkilərinin nəticəsindən asılı olaraq bu xüsusda Paşinyanı ağıllandırmaq üçün hansı addımlar atacağını müəyyən edəcək. Yəqin ki, Kreml daha çox təzyiqlərdən istifadə edəcək və siyasi, hərbi, iqtisadi təsirlərini artıracaq. Həmçinin, Qarabağ məsələsində Rusiyanın Azərbaycana yaxınlaşması da Ermənistan üçün böyük problem olacaq. Hər halda, vəziyyət İrəvanın lehinə sayıla bilməz”.

Baş verənlərə geosiyasi ziddiyyətlər fonunda yenidən nəzər salan Amerikanın özəl kəşfiyyat-analitik mərkəzi “Stratfor” da Moskvanın Paşinyana qarşı hərəkət edəcəyini yazır. “Stratfor”un təhlilinə əsasən, cənubi Qafqazda Rusiyanı sıxışdırmaq istəyən ABŞ-ın diqqəti ilk növbədə Moskvanın regiondakı yaxın müttəfiqlərinə - KTMT hərbi blokunun və Avrasiya İqtisadi Birliyinin üzvlərinə yönəlib. Mərkəzin analitikləri hesab edir ki, Belarusu Rusiyadan tam qoparmaq çətindir, ona görə də ABŞ əsas diplomatik səylərini Mərkəzi Asiya və Cənubi Qafqaza yönəldəcək. Amma Minsk də diqqətdən kənarda qalmayacaq. Yaxın vəzifə kimi Ağ Ev qarşısına Ermənistanla sıx qarşılıqlı münasibətlər yaratmağı qoyub. Amerikalı kəşfiyyat analitikləri qeyd edirlər ki,  Birləşmiş Ştatlar administrasiyası Moskvanın yaxın müttəfiqlərini ondan qoparmaqla  zəiflədilməsinin zəruriliyini dərk edib. Və bu məsələdə uğur qazanacağını hesablayır. Analitiklərin fikrincə, KTMT hazırda zəif hərbi-siyasi alyansdır. Blokun yaradılmasına dair müqaviləyə nə vaxtsa yenidən baxılmalı və o konkretləşdirilməlidir. Əks halda təşkilat gec-tez dağılacaq.

Qeyd olunur ki, KTMT heç vaxt üzvlərindən hansısa birinə hərbi dəstək verməyib: “2010-cu ildə Qırğızıstan hökuməti ölkə daxilində baş qaldırmış münaqişəni, xalq üsyanını yatırmaq üçün KTMT-dən qoşun göndərilməsini xahiş etdi, amma rədd cavabı aldı. Ermənistana isə müttəfiqlərindən heç biri Qarabağ müharibəsində kömək etmir. Hətta Azərbaycan ordusu ilə aprel döyüşlərində İrəvan dəstəksiz qaldı. Bundan əlavə, Ermənistanın KTMT üzrə müttəfiqləri Rusiya, Belarus və Qazaxısan Azərbaycana silah satır. Çünki müqavilədə blok üzvlərinin silah alverinə qadağa qoyulmur. Yəni orada blok üzvləri ilə münaqişədə olan hansısa ölkəyə silah satılmasına qadağa yoxdur. Yeri gəlmişkən, Moskva özü də yaxın dostlarının dəstəyindən tez-tez məhrum olur. İndiyə qədər KTMT üzvlərindən heç biri Krımı Rusiya ərazisi kimi tanımayıb. O cümlədən, Rusiyanın faktiki ilhaq etdiyi Cənubi Osetiya və Abxaziyanın da müstəqilliklərini Moskvadan başqa KTMT üzvlərindən heç kim tanımır. Suriyadakı müharibəni də Rusiya üç ildir tək aparır. Baxmayaraq ki, KTMT çərçivəsində hər il bahalı təlimlər keçirilir, operativ qərargah yaradılıb, kollektiv çevik reaksiya qüvvələri, hava hücumundan vahid müdafiə sistemi, qoşunların vahid mərkəzdən idarə olunması sistemi və sair yaradılıb. Amma təşkilatın real monolitliyi əldə olunmasa, kritik məqamlarda bunların heç biri işə yaramayacaq”.

“Stratfor” qeyd edir ki, Moskva  üçün hazırda KTMT üzvlərindən ən etibarız müttəfiqi Ermənistandır: “Halbuki, Ermənistan bu yaxınlara qədər Rusiyanın ən yaxın müttəfiqi hesab edilirdi. Amma orada da məxməri inqilab qalib gəldi və amerikalılar bundan istifadə edib dərhal öz emissarları Con Boltonu İrəvana göndərdilər. Ermənistanın yeni lideri Boltonun Amerikanın İrəvana silah sata biləcəyi haqda təklifini eşidib belə dedi: “Hökumət bu məsələdə heç bir məhdudiyyətlərlə bağlanmayıb. ABŞ-dan yaxşı təklif daxil olsa, biz onu müzakirə etməyə hazırıq”. Bundan əlavə, KTMT baş katibi Yuri Xaçaturova və “Qazprom-Ermənistan” şirkətinə qarşı cinayət işi qaldırıldı. İrəvanla Moskva arasında münasibətlər dərhal gərginləşdi. Məhz bu şəraitdə Rusiyanın Ermənistana qarşı təzyiq kampanyiasına start verməsi, Qarabağ kartından yararlanması tamamilə gözləniləndir“.

Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert Stanislav Tarasov da “Stratfor”un mövqeyini bölüşür. Onun sözlərinə görə, Rusiya Nikol Paşinyanın simasında Ermənistan hakimiyyətinə ehtiyatla, inamsızlıqla yanaşır. O bildirib ki, Paşinyan yeni, standartdankənar siyasətçidir, onun Avrasiya İqtisadi Birliyi və KTMT-dəki həmkarları isə buna görə ona ehtiyatla yanaşırlar: “Bəli, Ermənistan Yuri Xaçaturov məsələsində ciddi səhvə yol verdi və ona qarşı cinayət işi qaldırdı. Ermənistana KTMT lazımdır, KTMT İrəvanın yeganə təhlükəsizlik qarantıdır. Ermənilər bizə elə baxır ki, sanki biz imperialistik. Ermənilər azad olmaq istəyirsə, qoy azad olsunlar, bizim elə kompleksimiz yoxdur. Müasir Rusiya SSRİ deyil, imperiya da deyil. Biz abxazları və osetinləri xilas etdik. İndi ermənilər istəmirsə ki, biz onlara türklərlə bağlı problemlərdə yardım edək, onda biz qatara oturub gedərik. Bax, onda Ermənistan hansı böyük səhvlərə yol verdyini görəcək, Qarabağı daha tez Azərbaycana qaytarmalı olacaq”.

Erməni politoloq Suren Sarkisyan da bu mövqedən çıxış edir və bildirir ki, əslində Rusiya ilə münasibətləri korlayan Paşinyan ABŞ-la da bağlı səmərəli mövqe tutmur. Politoloq bununla bağlı Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Anlaşması” blokuna müraciət edib: “Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistan baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan öz proqramında ABŞ-la münasibətlərə o qədər də əhəmiyyət verməyib. Baş nazirin “Vətəndaş Anlaşması” bloku bir məsələyə aydınlıq gətirsə, yaxşı olardı. Blokun proqramında Birləşmiş Ştatlarla münasibətlərimiz üzrə yalnız bu qeyd var: “Biz iqtisadiyyat, elm və təhsilin müxtəlif sahələrində Birləşmiş Ştatlarla dostluq, tərəfdaşlıq əlaqələrini inkişaf etdirəcəyik”. Niyə biz siyasi münasibətləri, Konqres də daxil olmaqla hərbi, o cümlədən Pentaqon, xüsusi xidmət orqanları daxil olmaqla və terrorizmə qarşı mübarizədə əməkdaşlığı inkişaf etdirməyəcəyik? Bunu başa düşmək istərdim. Vaşinqton bizə müxtəlif proqramlar vasitəsilə hərbi yardım göstərir və Kanzas Qvardiyasını xatırlatmır.  Bu, Con Boltonun Ermənistan əleyhinə səsləndirdiyi ifadələrə cavabdırsa, o zaman ortada başqa məqamlar var”.

Suren Sarkisyan ABŞ prezidentinin müşaviri Con Boltonun İrəvanda olarkən Nikol Paşinyanın ona verdiyi vədləri xatırladır və indi də bu vədləri yerinə yetirməkdən boyun qaçırdığını bildirir. Ekspert vurğulayır ki, bu vəziyyətdə Ermənistan, Rusiya ilə yanaşı, ABŞ-ın da təzyiqləri alıtna düşəcək: “Onda bizi Azərbaycan və Türkiyənin təzyiqlərindən kimlər qoruyacaq? Təkbaşına bu ölkələrə qarşı, çətin ki, müqavimət təşkil edə bilək“. Bütün bunlar Ermənistanın üzərində təzyiqlərin artmaqda olduğunu göstərir və bu halda İrəvanın Qarabağ münaqişəsi ilə bağlı müqaviməti də sürətlə tükənir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ