Bazar ertəsi günü, 09 noyabr 2026
     

İrəvanın Qarabağ təcavüzkarlığı qəti geosiyasi iflas həddinə çatdı...

Image


Rusiya və Ermənistan arasında getdikcə daha gərgin xarakter almağa başlayan münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin gedişinə göstərəcəyi təsirlər düşmən ölkədə yenidən xüsusi diqqət mərkəzində yer almağa başlayır.

Digər tərəfdən, hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Qarabağda məskunlaşan separatçı rejim parlament seçkiləri kampaniyası çərçivəsində Dağlıq Qarabağ mövzusunu daha çox gündəmdə saxlayır. Daha dəqiq desək, Dağlıq Qarabağ məsələsi ilə bir-birilərini “vurmağa” çalışırlar. Belə ki, Paşinyanın devirdiyi Respublika Partiyası ona qarşı istifadə etmək üçün bütün gücünü səfərbər edib. Serj Sarkisyanın partiyasının əsas tezisi bundan ibarətdir ki, Paşinyanın Qarabağ məsələsində hansısa güzəştlərə getmək kimi gizli planı var.

Paşinyan isə bunları təkzib edərək  bildirib ki, parlament seçkilərindən sonra Dağlıq Qarabağdakı separatçı rejimlə bağlı köklü dəyişikliklər aparacaq. Artıq separatçı rejimin təmsilçiləri də çıxışlar etməyə başlayıblar ki, Paşinyanın komandasının Dağlıq Qarabağda hər hansı dəyişiklik etməsinə yol vermək olmaz. Bütün bu proseslər onun göstəricisidir ki, İrəvanla Xankəndi arasında ziddiyyətlər dərinləşir.

Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, belə vəziyyətdə Rusiya ilə də artan ziddiyyətlərin Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcəyi Ermənistanda xüsusi narahatlıq yaradır. Bunu Rusiyanın  “rosbalt.ru” portalı da istisna etmir. Qeyd edilənlərlə bağlı portal yazır: “Ermənistanda inqilab bitib, amma respublika qaynamaqdadır. Təəccüblü deyil: dekabrın 9-da orada bu gün nəticələrini heç kimin proqnoz etmək bacarığında olmadığı erkən parlament seçkiləri keçiriləcək. Müxtəlif siyasi güclər, onların təşəbbüsləri və təcavüzkarlığı seçkiöncəsi dönəmi fəallaşdırıb. Bu təkcə ölkəiçi opponentlərə deyil, həm də Rusiyaya yönəlib. Yəni Ermənistanda heç kim Rusiyanın pul və silahından imtina etmək istəmir, amma budur, çoxları Rusiya hərbi bazasının Gümrüdə mənzillənməsinə qarşı fəal çıxış edir. Onları, əslində gizlədilməyən iki mühüm məqam ruhlandırıb:  Donald Trampın Vladimir Putinlə görüşdən imtinası və Gürcüstanda prezident seçkilərində Salome Zurabişvilinin qələbəsi. Bu “məntiqlər”in ayrıntılarından aşağıda danışılacaq.

Burada isə qeyd edək ki, respublikanın təhlükəsizliyini onun ərazisində Rusiya hərbi bazası yerləşmədən düşünməyən Ermənistan Kommunist partiyası parlament seçkilərinə boykot elan edib, çünki, birincisi, bütün siyasi güclər üçün bərabər start şərtləri təmin edilmir. İkincisi, kommunistlər boykotun səbəbi kimi ölkədə “antiruisya qüvvələri”nin pislədikləri fəaliyyətini və Rusiya şirkətlərinin cinayət təqibini göstəriblər. Yəqin ki, kompartiya sadəcə rüsvay olmamaq qərarına gəlib, çünki mövcud siyasi durumda parlamentə girmək şansı yoxdur. Amma “etiqad”ını satmır və hətta onun uğrunda fiziki vuruşur. İrəvan Ermənistanın sovetləşməsi günündə əvvəllər dava-dalaş görməyib, amma noyabrın 29-da buna şahid olub.

Kommunistlər 98 il əvvəl Qırmızı ordunun respublikaya daxil olduğu günü ənənəvi şəkildə qeyd etməyi qət ediblər. Amma Avropa kursunun tərəfdarları da bu günə laqeyd qalmayıblar. Ermənistan KİV-inin xəbər verdiyi kimi, Birləşmiş Mütərəqqi Kommunist və Sosialist Yolu partiyalarının qoşulduğu kommunistlər “avropalılar”dan çox olublar. Onlar inqilabçı Şaumyanın abidəsi önünə və Qırmızı ordu döyüşçülərinin memorialına gül qoyublar, amma bu zaman Avropa inteqrasiyası tərəfdarları polislərin müşayiətilə Gümrüdən Rusiyanın 102-ci bazasının çıxarılması plakat-çağırışlarıyla onlara basqın edib. Plakatlarda göstərilib ki, “sovetlər” Ermənistanı azad etməyib, işğal ediblər. Ümumiyyətlə, onlar SSRİ və Rusiya arasında fərq görməyib və uyğun çıxışlara təhrik ediblər. Kommunistlər qəzəblənib, vurhavur başlanıb. Polis dalaşqanları aralaşdıra bilib, amma bunun üçün əlavə güc çağırmalı olub. Ancaq  kommunistlər üstün gəlib – abidəni “bağlamaq” hədəsi gələn “avropalılar”ı ora buraxmamağa nail olublar. Belə olduqda onların ideoloji düşmənləri Ermənistanın “işğalıyla” bağlı etiraz notasını çatdırmaq üçün Rusiya səfirliyinə sarı hərəkətləniblər. Amma kommunistlər polislərlə birgə onların yolunu kəsib. Ümumiyyətlə, gözəl bir “bayram” ilk dəfə şapalaqlaşma ilə keçib.

Amma indi özgə bir zəmanədir. Birincisi, respublikanın başında artıq “Kremlin əlaltısı” Serj Sarkisyan, ya “Rusiyayönlü” başqa siyasətçi durmur. İrəvanda çoxlarının hesab etdiyi kimi, Rusiya  prezidenti “dilini dişinə sıxıb” ABŞ prezidentindən gələn təhqirə dözməli olur. Məsələn, “Lragir” yazır ki, ABŞ Rusiyanı “təsadüfən nüvə silahı olan üçüncü dünya ölkəsi kimi” qəbul edir. … İndi Putinə göstərirlər ki, Qərbin zəkasına haçansa təsir edən ötkəm obrazı keçmişdə qalıb. Və başlıcası – “Putin rus torpaqlarını toplayan kimi” layihəsi bitib. Bunu həm Ukrayna, həm də “prezident seçkiləri başa çatandan sonra AB və NATO-ya sözsüz kursdan danışmağa başlayan və Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin Rusiya ilə yalnız AB və ABŞ-ın dəstəyi ilə danışacağını deyən” qonşu Gürcüstan təsdiqləyir. Həqiqətdə, Gürcüstan özünün xarici siyasət yönünü heç vaxt gizlətməyib və Zurabişvili yeni heç nə demir. Amma Ermənistan Gürcüstana tay deyildi, indi isə anlaşılan səbəblərdən olub. Baş vermiş inqilabdan savayı Ermənistan həm də bundan ruhlanır ki, Rusiya qoşunlarının Gürcüstandan çıxarılması indi prezident postunu tutası xanımın mövqeyilə səsləşir. Belə ki, o, təcrübəsini qonşu ölkə ilə bölüşəcək və ona kəsərli yardım göstərəcək. Lakin burada ciddi bir “əmma” var. Erməni nəşrinin yazdığı kimi, Zurabişvili BBC-yə müsahibəsində “maraqlı bir qeyd” edərək deyib ki, 2004-2005-ci illərdə o, Gürcüstan xarici işlər  naziri olarkən Putin “başqaydı”: “Biz o zaman onu Gürcüstandan bazaları çıxarmağa dilə tuta bildik”.

Rusiya prezidenti indi necədir? Ermənistan nəşrinin versiyasına görə, “güzəştə gedəndir” ki, bunu da Rusiyanın böyük dövlətçilik elitası mühitindəki boğuq donqultulardan görmək olar. Xüsusi xidmətlərə və “zadəganlar”a yaxın çevrələrdə dəyişilmək vaxtı artıq çatan “qocalmış” Putindən danışırlar. Hətta Medvedyevlə müqayisə artıq Putinin xeyrinə aparılmır”. Habelə sual səslənib: “ Rusiya Trampın acı həb udmağa vadar etdiyi “yeni” Putinin dönəmində yeni Ermənistana necə yanaşacaq? Təsadüfi deyil ki, Ermənistanın sərhədlərini müəyyən edən Rusiya-Türkiyə müqavilələrinin denonsasiyası mövzusu Ermənistanın seçkiqabağı kampaniyasında aktuallaşıb. Ermənistan parlamentinə kimlərin daxil olacağı və yeni güclərin Rusiya bazasının Ermənistandan çıxarılmasını tələb edib-etməyəcəyi haqda Rusiyanın narahatlığı təsadüfi deyil”.

Qeyd edək ki, bütün bunlar tam ciddiliklə yazılır və deyilir. Yəni Putin doğrudan da “dəyişilib və qocalıbsa”, hesab oldunduğu kimi, durum Ermənistanın xeyrinə biçimlənəcək və baza çıxarılacaq. O ki qaldı “yeni güclər”in tələblərinə, bu, cari siyasi gerçəkliklərdən qoparaq getdikcə daha ucadan səslənəcək. Nüvəsi 2016-cı ildə İrəvanda polis alayını ələ keçirən, üç asayiş keşikçisinin ölümünə səbəb olan eyniadlı silahlı qrupdan olan “Sasna tsrer” partiyasının təmsilçiləri parlamentə düşərsə, “lehinə” səslər güclənəcək. Qrup üzvləri inqilabdan sonra azadlığa buraxılıb və indi parlament seçkilərinə qatılmaq niyyətindədirlər. Partiyanın proqramında digərlərilə yanaşı bölgəsəl qarşılıqlı münasibətlərin tam təftişi, Ermənistanın xarici siyasət kursunun dəyişilməsi və ümumiyyətlə, bölgənin siyasi xəritəsinə “yenidən baxılması” qeyd olunub.

Rusiyanın özünə gəlincə, “Sasna tsrer” hələ bu yaxınlarda onun bazasının Ermənistan ərazisindən çıxarılması, respublikanın sovetsonrası bütün inteqrasiya layihələrindən çıxması, Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması və sair uğrunda çıxış edib. O, indiki mərhələdə isə Rusiya ilə “bərabərhüquqlu və qarşılıqlı sayğı” prinsipilə münasibət qurmağı təklif edir. Belə yayğın formulun açılışı ən gözlənilməz ola bilər, amma çətin ki, Moskvanı qane etsin. Amma bax, partiya İran və ABŞ-la strateji tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir. Yəqin ki, hər kəs maraqlanacaq: “Bu necə olur?” Və ümumiyyətlə, Ermənistan siyasətində “Bu necə olur” sualı tez-tez verilir və hələlik heç kim cavablandırmır.

Onu KTMT-nin ermənistanlı baş katibinin səlahiyyətləri (vətənində ona açılan cinayət işi üzündən) dayandırılandan sonra öz respublikasının təmsilçisindən savayı bu postda heç kimi görməyən və hətta Belarus və Qazaxıstanın narazı prezidentlərindən “izahat tələb etməyə” hazırlaşan inqilabçı baş nazir vəsifəsini icra edən Nikol Paşinyana da vermək olar. Lakin Paşinyan bilməlidir ki, Putin “tam başqa bir adam olmayacaq” – bu dəqiqdir. Amma bax, Paşinyan artıq Ermənistanda işləyən təkcə Rusiya şirkətlərinə basqın edir, başqalarını buna dadandırır. Moskva buna çətin göz yumsun və Ermənistanı cəzalandırmaq üçün, Qarabağ məsələsi də daxil olmaqla, bir çox vasitələrdən istifadə hələ də aktualdır. O da dəqiqdir ki, Rusiya hərbi bazasını Ermənistandan çıxartmağa başlamayacaq. Bircə  respublikadakı durum radikal dəyişilsə, onu cəzalandırmaq üçün Rusiya hərbçilərini Gümrüdən çıxarmaq qərarına gələ bilər. Onda Ermənistan Azərbaycan üçün daha asan hədəf olacaq”. Bütün bu qeyd edilənlər, əslində, Ermənistan üçün həm də çox ciddi sıxıntılar deməkdir. Belə görünür ki, İrəvanın gedişləri Moskvanı daha çox narazı salır və bu vəziyyətdə Kreml Ermənistanı cəzalandırmaq üçün Qarabağ kartından yararlanmağı da düşünür. Belə vəziyyət, öz növbəsində, Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin Azərbaycanın lehinə daha böyük sürətlə dəyişməsini istisna etmir. Digər tərəfdən görünən həm də budur ki, Azərbaycan vəziyyəti öz istədiyi axara yönəltmək üçün güc varinatını da işə salmağa hazırdır və bu məsələdə Rusiyanın da ölkəmizə müəyyən yardımları gözləniləndir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ