Cümə günü, 07 avqust 2026
     

Azərbaycan Qəzza ilə bağlı qəti mövqe ortaya qoydu – İƏT-in reaksiyası…

Image


Əli Orucov: “Bu, İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə heç bir mənfi təsir göstərməyəcək”

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Qəzza məsələsi ilə bağlı bildirib ki, Azərbaycan ərazisindən kənarda hərbi əməliyyatlarda iştirak nəzərdə tutulmur. Prezident qeyd edib: “Azərbaycanlıların həyatını və sağlamlığını başqaları üçün risqə atmaq niyyətimiz yoxdur.”

O vurğulayıb ki, Azərbaycan heç bir sülhməramlı və ya hərbi əməliyyata qoşun göndərməyəcək və bu barədə hər hansı razılıq verməyib. Başqa sözlə, Prezident müsahibəsində Qəzzaya qoşun göndərmək fikrinin olmadığını və belə bir əməliyyatda iştirak etməyəcəyini açıq şəkildə bəyan edib.

Bir müddət əvvəl ABŞ-ın NATO-dakı nümayəndəsi Azərbaycanın Qəzzaya sülhməramlı kontingent göndərəcəyi barədə açıqlama vermişdi. Prezidentin köməkçisi Hikmət Hacıyev isə bu məlumatı təkzib edərək bildirmişdi ki, belə bir razılaşma mövcud deyil.

Xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında qeyd edib ki, bu məsələ ilə bağlı ABŞ hökumətinə suallar ünvanlanıb və həmin sualların cavablarından asılı olaraq qərar veriləcək. Prezident İlham Əliyev də müsahibəsində vurğulayıb ki, Amerika hökumətinə bu mövzu ilə bağlı 20-yə yaxın sual ünvanlanıb, lakin Azərbaycanın bu missiyada iştirak etmək niyyəti yoxdur.

İsrail mediası da Prezident İlham Əliyevin açıqlamalarına istinad edərək yazıb ki, Azərbaycan Qəzzaya qoşun göndərməyəcək.

Azərbaycanın Yaxın Şərqin ən qaynar nöqtələrindən biri olan Qəzza bölgəsinə qoşun göndərməkdən imtina etməsi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və onun üzv dövlətləri ilə münasibətlərə mənfi təsir göstərə bilərmi?

Politoloq Əli Orucov məsələyə münasibət bildirərkən baki-xeber.com saytına deyib ki, Azərbaycanın Qəzzaya sülhməramlı hərbi kontingent göndərməməsi ilə bağlı Prezident İlham Əliyevin qərarı doğru qərardır və təqdir edilməlidir:

“Ötən ilin 13 oktyabrında ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Misirdə keçirilən Qəzza Sülh Sammitində irəli sürülən 20 bəndlik plan razılaşdırılsa da, sonradan münaqişə tərəfləri həmin razılaşmaları pozdular. Hərbi əməliyyatlar bərpa olundu və HƏMAS silahı təhvil verməkdən imtina etdi. Aktiv döyüş əməliyyatlarının getdiyi bir bölgəyə Azərbaycan əsgərinin göndərilməsi, əlbəttə ki, böyük risqlər yaradır. Ora yerləşdiriləcək hərbi kontingent çarpaz atəş altında qala bilər.

Trampın irəli sürdüyü 20 maddəlik sülh planı tam icra olunarsa, o zaman bu məsələyə qayıtmaq olar. Bildiyim qədər, Qəzza zolağında sülhyaratma missiyasında iştirak edəcəyi nəzərdə tutulan Pakistan və İndoneziya da öz silahlı qüvvələrini göndərməyə ehtiyatla yanaşır və konkret qərar verməkdən çəkinir.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, sülhyaratma prosesi ilə bağlı yaranan suallara hələ də aydınlıq gətirilməyib. Texniki və maddi-texniki təminat məsələləri dəqiqləşdirilməyib. Ən vacibi isə, həmin qüvvələrin beynəlxalq statusu və təhlükəsizliyi ilə bağlı mühüm detallar hələ də həll olunmamış qalır.

ABŞ Əfqanıstanı bir günün içində tərk etdikdə, sülhyaratma missiyasının tərkibində xidmət keçən Azərbaycan hərbçiləri Talibanla faktiki olaraq təkbaşına buraxıldı. Rəsmi Bakı böyük çətinliklə Türkiyə ilə koordinasiyalı şəkildə öz hərbçilərini təhlükəsiz formada evakuasiya edə bildi".

Orucovun fikrincə, Azərbaycanın Qəzza zolağına sülhməramlı göndərməməsi ilə bağlı verdiyi qərar haqlıdır və bu, İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə heç bir mənfi təsir göstərməyəcək. "Azərbaycan hər zaman Fələstin xalqının yanında olub və onun dərdinə şərik çıxıb. Bakı İsrail-Fələstin münaqişəsinin həllini iki dövlət prinsipi əsasında, tam ədalətli şəkildə dəstəkləyir. Şərqi Qüds paytaxt olmaqla müstəqil Fələstin dövlətinin qurulmasının tərəfdarıdır.

Azərbaycan İƏT üzv dövlətləri arasında fəallığı və prinsipial mövqeyi ilə seçilən ölkələrdən biridir və təşkilat üçün böyük fayda yaradır”, - deyə ekspert fikrini yekunlaşdırdi.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Ermənistan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

06.08.2026 / 16:32
Ceyhun Bayramov İrpen şəhərinə gedib

06.08.2026 / 16:25
Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

06.08.2026 / 16:21
İranda yeni inqilab başlayır - qorxulu daxili böhran...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ