çərşənbə günü, 21 oktyabr 2026
     

İsrail və İran hər ikisi "qalibdir", uduzan tapılmır - müharibə hər an başlaya bilər...

Image


İsrail və İran arasında gedən müharibənin 12-ci günündə atəşkəs elan edilməsindən sonra proseslərin necə cərəyan edəcəyi indi xüsusi müzakirə mövzusudur. Atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə etdiyi hava hücumlarına qarşı gözlənilən, əsasən simvolik və diqqətlə səhnələşdirilmiş qisas cavab əməliyyatından, sadəcə saatlar sonra baş verib.

Dağıdıcı hava zərbələri, raket hücumları və gizli əməliyyatlarla yadda qalan bu müharibə hər iki ölkəni sarsıdıb. Döyüşlər dərhal dayandırılsa da, bu qısa, lakin şiddətli müharibənin siyasi, hərbi və nüvə nəticələri indi üzə çıxmağa başlayır. Hər iki ölkə bu müharibədə uğur qazandığını bəyan edib. İsrail “Yüksələn Şir” kampaniyasının uğurunu bayram edir: bu kampaniya İranın nüvə və hərbi imkanlarını ciddi şəkildə zədələdi və yüksək rütbəli hərbi və elm adamlarını öldürdü. İsrail Trampa həm də keçmişdə bir çox Amerika prezidentlərinin çəkindiyini etdirdi. Atəşkəs təxminən iki illik müharibədən yorğun düşmüş israillilərə qarşı təzyiqi azaldacaq. Qəzzada HƏMAS-a qarşı dəqiq çıxış planı olmayan qarşıdurma davam etsə də, hakimiyyətə həm də iqtisadiyyatı yenidən canlandırmağa imkan verəcək. İran üçün bu, az qala davamlı bombardman altında olan və on minlərlə didərgin düşmüş adamın rahatlığa çıxması deməkdir. İndi vacib insfrastrukturun da daxil olduğu dağıdılmış yerlərin bərpası üçün uzun bir yol qət etmək lazım gələcək. Hərçənd, dərin iqtisadi böhran keçirən və ağır beynəlxalq sanksiyalar altında olan bir ölkə üçün asan iş deyil. Beləliklə, israillilər əməliyyatın hədəflərinə çatdığını iddia edib, iranlılar isə əsas rəqiblərini atəşkəsə məcbur etdiklərini bəyan edib. Ancaq rəsmi açıqlamaların fonunda analitiklər atəşkəsin kövrək olduğu, strateji tarazlığın dəyişdiyi və münaqişənin yenidən başlaması və ya təhlükəli eskalasiya riskinin yüksək olması barədə xəbərdarlıq edir. Cenevrə Beynəlxalq və İnkişaf Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Fərzan Sabet qeyd edir ki, İsrail əsas hərbi-strateji və hökumət hədəflərinə olduqca effektiv zərbələr endirə bilib. O deyir ki, bu münaqişə İsrailin İranın təhlükəsizlik aparatına sızmasının miqyasını üzə çıxarıb. Tədqiqatçının sözlərinə görə, İsrailin kəşfiyyat xidməti –“Mossad” "satqınlardan ibarət legionun yaratmağa nail olub və bu şəxslər müharibədə ən böyük zərərə səbəb olan amillərdən biridir.Lakin İsrail və ABŞ-nin bombardmanlarına baxmayaraq, İranın nüvə proqramı tamamilə sıradan çıxarılmayıb, müəyyən zənginləşdirmə qabiliyyəti və texniki bilik qorunub, həmçinin İranın gizli şəkildə nüvə silahı əldə etmə riski hələ də qalır. Nüvə silahlarının yayılmasının qarşısının alınması üzrə ekspert, Brukinqs İnstitutunun baş elmi işçisi Robert Eynhorn bildirib ki, İranın 60 faiz səviyyəsində zənginləşdirilmiş uran ehtiyatından 400 kiloqramdan çoxu başqa yerə köçürülüb və onun dəqiq harada yerləşdirildiyi məlum deyil: “Əgər bu ehtiyatlar hələ də İranın nəzarətindədirsə, onları hansısa gizli yerə aparmaq və nüvə silahı proqramında istifadə etmək mümkün ola bilər”. Politoloq İlan Qoldenberq də ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrinin onun nüvə proqramını dayandırmayacağını proqnozlaşdırıb: “Tehran yenə də risk edəcək və belə silahlar əldə etməyə çalışacaq”. Ekspertin fikrincə, İslam Respublikası “zəifləmiş, lakin daha radikal və ABŞ-a qarşı düşmənçilik edən, risk etməyə hazır rejim” olaraq qalacaq. O, Tehranın nüvə silahı istehsal etməyə davam edəcəyini, həmçinin bütün dünyada yerləşən Amerika bazalarına hücum edəcəyini istisna etməyib.

Bu arada CNN və “New York Times” qəzeti də İranın nüvə proqramın məhv olmadığını bildirib. ABŞ KİV-ləri kəşfiyyat mənbələrinə istinadən bildiriblər ki, hücum İranın nüvə proqramını yalnız bir neçə aya geri salıb. ABŞ prezidenti Donald Tramp CNN və “New York Times”ı ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbənin effektivliyini şübhə altına alan xəbərlərə görə yalan danışmaqda ittiham edib: “Saxta Xəbərlər Şəbəkəsi CNN və bədbəxt “New York Times” tarixin ən uğurlu hərbi əməliyyatlarından birini dəyərdən salmaq üçün birləşdilər”.ABŞ prezidenti dəfələrlə iddia edib ki, B-2 bombardmançıları və sualtı qayıqlarından istifadə etməklə İranın üç nüvə obyektinə endirilən zərbə Tehranın nüvə potensialını tamamilə məhv edib”. Indiki halda İran rəhbərliyi müharibədən qurtulsa da, bunun bədəli ağır olub. Onun nüvə, raket və dron arsenalı ciddi şəkildə zəifləyib; yüksəkrütbəli hərbi rəhbərliyin böyük bir hissəsi öldürülüb; hava müdafiəsi ölkəni İsrailin zərbələrindən qoruya bilməyib; İslam Respublikası siyasi baxımdan zəifləyib. Fərzan Sabet bunu İran üçün fəlakət adlandırıb. Eynhorn isə qeyd edib ki, İran indi iki həftə əvvəlkindən daha zəifləyib və beynəlxalq aləmdə daha çox təcrid olunub. İslam Respublikasının legitimliyinin əsas dayaqlarından biri olan milli təhlükəsizliyin təminatçısı iddiası ciddi şəkildə zəifləyib. Bunun əsas səbəbləri isə İsrailin hava hücumlarını dəf edə və müharibənin ilk günündə hərbi rəhbərliyini qoruya bilməməsi ilə bağlıdır. Müharibənin ən təhlükəli nəticələrindən biri onun İrana nüvə silahı əldə etmək üçün verdiyi stimul ola bilər. İran daha əvvəl bəyan etmişdi ki, nüvə silahı əldə etmək istəməsə də, ekzistensial təhlükə ilə üzləşərsə, doktrinasını yenidən gözdən keçirəcək. Bu müharibə İran rəhbərliyinə qarışıq siqnallar göndərir. İrandakı bəzi qruplar hücumları nüvə həddini keçməmək üçün xəbərdarlıq kimi qiymətləndirə bilər. Lakin onun çəkindirici qüvvəsi zəiflədiyi üçün başqaları nüvə silahını İrandakı sistemin sağ qalması üçün yeganə etibarlı təminat hesab edə bilər. Eynhorn bildirir: “Nüvə silahı potensialına sahib olmaq ölkə üçün çox, çox riskli ola bilər. İranda xarici hücumların qarşısını almaq üçün yeganə yolun nüvə silahı olduğuna inanan sərt xətt tərəfdarları olacaq. Bu qruplardan hansının qalib gələcəyi isə indiki mərhələdə bəlli deyil”. Amma Sabet İranın gizli nüvə silahı əldə etmə qabiliyyətinə və təşkilati potensialına şübhə ilə yanaşır, xüsusilə də onun nə dərəcədə zəifləmiş olduğunu nəzərə alaraq: “İslam Respublikası kimi tamamilə etibarsız və bacarıqsız bir sistemə çox etibar etməzdim. İran nüvə sınağı keçirsə, İrana qarşı nüvə eskalasiyası baş verə bilər ki, bu da mənim fikrimcə, çox təhlükəlidir”. Atəşkəs nəticəsində münaqişədə cüzi fasilə əldə olunub. İsrail hərbi qələbə iddia edə bilər, lakin siyasi və strateji oyun hələ də həll olunmamış qalır. İslam Respublikası sarsılıb və onun çəkindirmə qabiliyyəti azalıb, lakin ən azı indiyə qədər o, sağ qalıb. İsrail döyüşdə qalib gələ bilər, lakin müharibənin əsas dilemmaları - nüvə riski, regional qeyri-sabitlik və qarşılıqlı inamsızlıq hələ də qalır. Eynhornun sözlərinə görə, yalnız diplomatik səylər İranın nüvə materialını tam nəzarətdə saxlaya və regionu uçurumun kənarından geri çəkə bilər: “Yoxa çıxan 400 kiloqramlıq yüksək zənginləşdirilmiş uran... gizli nüvə silahı proqramının əsasına çevrilə bilər. Və bununla hərbi hücumla mübarizə aparmaq olmaz. Bunu ancaq diplomatiya yolu ilə həll etmək olar”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ