çərşənbə axşamı günü, 25 avqust 2026
     

3 müqavilə Azərbaycanın taleyini həll etdi...

Image


Məhərrəm Zülfüqarlı: "Türkmənçay" müqaviləsindən sonra ermənilər Qarabağa köçürülməsəydi 1988-ci il işğalı baş verməzdi, 1988-ci ildən sonra o faciələr, o işğallar yaşanmazdı"

"Bura (Xankəndi) bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub, onun adı onu göstərir - Xanın kəndi". 

Bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.

XIX əsrin əvvəlində bağlanmış "Kürəkçay", "Gülüstan" və "Türkmənçay" müqavilələrinin faktiki olaraq sonrakı işğalı da şərtləndirdiyini xatırladan Prezident Əliyev qeyd edib:

"Çünki heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər bu müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi surətdə buraya köçürülməyə başlanıldı. Bu həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olublar".

Prezident bildirdi ki, "Kürəkçay", "Gülüstan", "Türkmənçay" müqavilələri sonrakı işğalları da şərtləndirdi.

Bu nə deməkdir? Prezident bununla hansı tarixi faktlara diqqət çəkdi?

"Bizim sonrakı mərhələlərdə torpaqlarımızın işğal edilməsi bu müqavilələrin nəticəsidir"

Professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində bildirdi ki, Prezident Əliyev çox vacib və aktual bir məsələni gündəmə gətirib və  torpaqlarımızın işğal tarixini, ermənilərin bizim ərazilərə köçürülməsinə səbəb olan amilləri vurğulayıb. "Prezidentin "Kürəkçay", "Türkmənçay"və "Gülüstan" müqavilərini xatırlaması və onların gətirdiyi faciələri qeyd etməsi, sonrakı proseslərin torpaqlarımızın işğalını şərtləndirən amil olduğunu bildirməsi təsadüfi deyil. Gənclərimiz bütün gerçəklikləri bilməlidir və həqiqətləri Prezidentin dilindən eşitmək gəncləri tarixi keçmişimizə daha etibarlı bağlarla bağlayır"-deyə M. Zülfüqarlı qeyd etdi.

M. Zülfüqarlının bildirdiyinə görə, Prezident bu fikri söyləməklə bildirir ki, bu müqavilələrlə bizim faciələrimiz başlayıb. Alim qeyd etdi ki, "Gülüstan" müqaviləsi ilə Azərbaycan ərazisi Qacarlarla Çar Rusiyası arasında bölüşdürülüb. "İkincisi də Türkmənçay müqaviləsidir ki, daha ağır şərtlərlə, İrəvan və Naxçıvan xanlıqları da buna əlavə olmaqla Azərbaycanın Şimal xanlıqları Rusiyanın tərkibinə keçib. Mənə elə gəlir ki, Prezident bu müqavilələrdən sonra digər işğalların başlandığını diqqətə çatdırmaqla Cumhuriyyətin işğalını, Sovet dövründə isə Göyçə, Zəngəzur, Qərbi Azərbaycan torpaqlarının zaman-zaman ermənilərə verilməsi prosesinin məhz həmin müqavilələrin nəticəsi olduğunu vurğulayıb. Bizim sonrakı mərhələlərdə torpaqlarımızın işğal edilməsi bu müqavilələrin nəticəsidir. Yəni Azərbaycan "Türkmənçay", ondan əvvəl "Gülüstan", onlardan da əvvəl "Kürəkçay" müqaviləsi bağlanmasaydı, Qacarlar qalib gəlsəydi, əlbəttə ki, bu proseslər baş verməyəcəkdi. Cumhuriyyət dövründə 113 min kvadrat kilometr ərazimiz sonradan 86, 6 min kvadrat kilometrə düşməzdi. Bu da zaman-zaman işğallar nəticəsində baş verib. Biri var müharibə ola, müharibə zamanı torpaqlar işğal ola, biri də var torpağın bu şəkildə bölünə, parçalana. Bunlar fərqli məsələlərdir. 

XI qırmızı ordunun işğalı məhz həmin müqavilələrdən sonrakı işğaldı. Sovet hakimiyyəti dövründə Azərbaycan torpaqlarının müharibəsiz, davasız, sakit şəkildə bölünüb ermənilərə verilməsi prosesi Kremlin siyasətinə uyğun davam edib. Bu da işğaldı, amma sakit, müharibəsiz həyata keçirilən işğaldı. Və nəhayət, 1988-ci ildə keçmiş "Dağlıq Qarabağın" ermənilər tərəfindən işğalına başlanılması da, məhz həmin müqavilələrin nəticəsidir. Yəni əgər  "Türkmənçay" müqaviləsindən sonra ermənilər Qarabağa köçürülməsəydi 1988-ci il işğalı baş verməzdi, 1988-ci ildən sonra o faciələr, o işğallar yaşanmazdı. Nəticədə 27 il Azərbaycan torpaqları işğal altında qalmazdı". 

M.Zülfüqarlının sözlərinə görə, "Gülüstan" və "Türkmənçay" müqaviələrinin bağlanmasından sonra bizim faciələrimiz başlayıb, torpaqlarımız bölünüb. "Əgər bu müqavilələr olmasaydı və onların ağır şərtlərinə uyğun olaraq ermənilər bizim ərazilərə köçürülməsəydi başımıza sonrakı faciələr gəlməzdi. Erməni separatizminin Qarabağda qol-qanad açmasının səbəbi həmin müqavilələr olub. Bu müqavilələr bizə torpaqlarımızın   işğalını, itkisini yaşatdı. 

44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror tədbirləri ilə biz bu torpaqları tamamilə erməni işğalçılarından azad etdik, bununla da Azərbaycan öz gücünü dünyaya göstərdi.

Bundan sonra da Azərbaycan digər ərazilərini də yaddan çıxarmamalıdır. Düzdür, biz BMT nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyünü tanıyırıq. Ancaq biz gənc nəslə həqiqətləri deməliyik ki, indiki Ermənistan tarixi Qərbi Azərbaycan ərazisidir, Gürcüstan Respublikasında Borçalı Azərbaycan torpağıdır, Dağıstanda Dərbənd Azərbaycan şəhəridir. Yəni tarixi ərazimizi yaddan çıxarmayaq.

Çünki bunların çoxu o müqavilələrdən sonra işğal olunub. Deyə bilərsiz ki, Borçalı Nadir şahın vaxtında gürcülərə verilib. Xeyr. Nadir şah o dövrdə Gəncə-Qarabağ bəylərbəyliyini cəzalandırmaq üçün idarəçiliyi bu bəylərbəyilikdən alıb ondan asılı olan, bilavasitə nümayəndəsi olan gürcü knyazına verib. Sonradan tale elə gətirib ki, Borçalı indiki Gürcüstan ərazisində qalıb. Bunun da hamısı, dediyimiz kimi, Birinci və ikinci Rus - Qacar müharibəsi  nəticəsində bağlanmış "Gülüstan" və "Türkmənçay" müqavilələrinin nəticəsidir.

"Kürəkçay" müqaviləsi bunlardan bir az fərqlidi, o işğalın çox az bir hissəsini əhatə edib. Yəni 1805-ci ilin may ayında Qarabağ xanlığı işğal olunur, belə deyirlər, Rusiyanın təbəəliyinə keçir. Sonradan Qarabağ xanının yaxın qohumu olan Şəki xanı eyni şərtlərlə müqavilə bağlayır. Sonra isə Şamaxı xanlığı bu müqaviləni bu şərtlərlə bağlayır. Yəni üç xanlıq müqavilə ilə Rusiyanın işğalı altına düşür. Sonradan isə, bildiyimiz kimi, "Gülüstan" müqaviləsinə əsasən Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla digər xalqlarımız, 10 xanlıq da Rusiya tərəfindən işğal olunur. "Türkmənçay"da isə iki xanlıq da əlavə olundu. Tamam Şimali Azərbaycan xanlıqları Çar Rusiyasının işğalı altında qaldı".

M.Zülfüqarlı qeyd etdi ki, indiki dövrdə artıq Qarabağda universitetin açılması çox əlamətdar haldır və burada gənclərimiz bilavasitə vətənpərvərlik ruhunda tərbiyə olunacaq. "Azərbaycanın dövlətçiliyinin əsas dayaqlarından biri olan Xankəndi və Şuşada məhz böyük təhsil ocağının olması Azərbaycan dövlətçiliyinin güclənməsinə xidmət edəcək"-deyə M.Zülfüqarlı bildirdi. 

İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:47
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ