Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin sonuna qədər Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.
«Biz bu ilin sonuna qədər Azərbaycanla sülh sazişini imzalamağa hazırıq», - Paşinyan çərşənbə axşamı Avropa Parlamentində bildirib.
O qeyd edib ki, İrəvan ölkələrin suverenliyi əsasında, regional kommunikasiyaların açılmasına, Azərbaycandan yüklərinin və sərnişinlərin Ermənistan ərazisindən təhlükəsiz keçməsini təmin etməyə hazırdır.
«Bölgəmizin sülhə ehtiyacı var, regionun bütün ölkələrinin açıq sərhəd şəraitində yaşadığı bir vəziyyətə ehtiyacı var», - Paşinyan bildirib.