“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ABŞ, Rusiya və Fransa prezidentlərinə açıq məktub ünvanlamasına münasibət bildirib.
A.Quliyev bununla bağlı Facebook səhifəsində yazır:
Serj Sarkisyan Putinə, Makrona və Baydenə açıq məktub yazıb. Əsas qayəsi guya Qarabağda ermənilər üçün "genosid mühiti" yaradıldığına onları inandırmaq və kömək əli uzatmalarına nail olmaqdır. Görün onlara nə yazır... Bir neçə fikrini xatırlayaq.
1. Sarkisyan yazır ki, 2018-ci ildə erməni xalqı emosional vəziyyətdə hakimiyyəti dəyişdi...
Mənim şərhim - Bəs iddia edirlər ki, Ermənistanda hakimiyyətlərin siyasi yolla dəyişdirilməsinə imkan verəcək həddə qədər demokratik mühit var?!..
2. Sarkisyan yazır ki, mənim hazırda sizinlə əlaqə saxlamaq üçün bundan başqa imkanım yoxdur, çünki təzyiq altındayam.
Mənim şərhim - əsas müxalifət kimi özünü qələmə verən şəxsin xariclə əlaqə imkanlarından məhrum edilməsi hansı demokratiyanın əlamətidir?..
3. Sarkisyan yazır ki, müxalifət liderlərinin çoxu həbsdədir.
Mənim şərhim - Müxalifət liderləri həbsdə yatırılan ölkə demokratik sayıla bilərmi?...
Sarkisyanın məktubundakı tək bu üç fikir "Ermənistan demokratiyasının" mahiyyətini ifşa etmək üçün yetərlidir...
Tahir TAĞIYEV