Brüssel formatını digər formatlardan (əsasən Moskva formatı) fərqləndirən Prezident İlham Əliyevin Şuşa forumundakı bəyanatını necə başa düşmək olar və bəyanatın hansı mesajları var?.. Prezident bildirib - Brüssel formatı Azərbaycan və Ermənistan liderlərinin təmaslar qurması üçün əlavə dəstəkçi mexanizmdir...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
1. Azərbaycan Prezidenti bu fikri söyləməklə həm üçtərəfli, həm də ikitərəfli dialoqa çox önəm verdiyini nümayiş etdirir ki, bu da ABŞ-ın son ilyarımda təşfiq etdiyi Azərbaycan-Ermənistan normallaşma mexanizminə çox uyğundur.
2. Prezident Əliyev Moskva formatı ilə müqayisədə Brüssel formatının Bakı-İrəvan təmaslarına daha intensiv xarakter verməyə çalışdığını biruzə verir...
3. Prezident Əliyev Brüssel formatı çərçivəsində ikitərəfli Əliyev - Paşinyan görüşlərinin intensiv xarakter ala biləcəyini istisna etmir.
4. İlham Əliyev ikitərəfli təmaslardan və danışıqlardan qətiyyən çəkinmədiyini və buna həmişə hazır olduğunu biruzə verir...
5. Bu bəyanatdan başa düşmək olur ki, Moskva formatı Azərbaycan - Ermənistan təmaslarını həmişə müəyyən çərçivədə və nəzarətdə saxlamaqda maraqlıdır, daha doğrusu Moskva ikitərəfli təmaslara imkan vermək istəmir...
Tahir TAĞIYEV