Koreya Siyasi Elm Assosiasiyasının vitse-prezidenti professor Gi Vung Jung bəyan edib ki, jurnalistlərin təhlükəsizliyi, müdafiə olunması ümumi məsələdir. Onun fikrincə bunun üçün ilk olaraq cəmiyyətlərdə sağlam düşüncənin olması vacibdir.
Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil olunan “Təhlükəsizlik məsələləri” adlı sessiyada jurnalistlərin təhlükəsizliyi məsələlərinin müzakirəsi zamanı çıxış edən koreyalı professor qeyd edib ki, əgər cəmiyyət sağlam düşüncədə olarsa, həmin vaxt jurnalistlərin təhlükəsizliyi probleminin həlli istiqamətində irəliləyişə nail olmaq mümkündür.
Koreyalı professor Şuşa Qlobal Media Forumunun keçirilməsinə görə Azərbaycan tərəfinə təşəkkürünü də ifadə edib.
Mətləb