Ermənilər Avropa deputatlarını ittiham ediblər ki, Saakaşvilinin azadlığı üçün əldən-ayaqdan gedirsiniz, ancaq 30 min(?) qarabağlı erməni uşağının səsini eşitmirsiniz. Avropa deputatlarından biri ermənilərə çox maraqlı cavab mesajı göndərib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
"Cavab belədir:
Əvvəla, Qarabağda 30 min erməni uşağının olduğuna inanmırıq. Bu qədər uşaq varsa, orada gənc, orta və qoca yaşlı ermənilər nə qədərdir?! Dediyiniz kimi, Qarabağda aclıq və susuzluqdursa, bu qədər erməni orada necə qalıb?
İkinci, Saakaşvili Saakaşvilidir, demokratiya fədaisi Saakaşvilini gələcəkdə kim olacaqları hələ bilinməyən erməni uşaqlarının ayağına verə bilmərik. Siz Qarabağda 30 min(?) separatçı, militan bəsləyirsiniz, sizin separatizminizdən az çəkmədik. Bizdən yox, öz əməllərinizdən küsün"... - A.Quliyev yazır:
Tahir TAĞIYEV