Erməni cəmiyyəti həm hiyləgər, həm də xəstə təxəyyül sahibidir. Hər gün biz bu iki faktı bütün çılpağlığı ilə müşahidə edirik. Yuxarı eşolondan tutmuş ac-yalavac ermənisinə qədər hamısı bu xəstə təxəyyülün daşıyıcılarıdır. Təsəvvür edin: Hər gün Xankəndindən hər yerə gedib sərbəst şəkildə qayıdan bir ovuc ermənilər sən demə “blokadada” imişlər. Guya elə möhkəm “blokadadadırlar” ki, yeməyə ərzaqları belə çatmır. Amma Xankəndində hər gün neçə toy-büsat, kef məclisləri qurulur, marketlər gecələr də işıq saçır. Bu dəfə daha bu köhnəlmiş erməni yalanlarına avropadakıların özləri də inanmırlar. Heç bunlara fikir verən də yoxdur. Elə bunları da yandıran budur. Xüsusilə Avropa İttifaqının prezidenti Şarl Mişelin son bəyanatında dedikləri bunlara əməllicə “od qoyub”. İndi erməni mediasında Avropa İttifaqı “topa tutulur”, avropalı parlamentarilər riyakar və ikiüzlü adlandırılır. Bu yerdə deyiblər ki, “adımı sənə qoyum, səni də yana- yana qoyum”. Elə erməni politoloq Stepan Danielyan da öz Facebook səhifəsində Avropalı siyasətçilər barədə sərt sözlər sərf edib. O yazır ki, avropalı siyasətçilər Xankəndindəki “30 min erməni uşağının” taleyi ilə maraqlanmırlar (30 min uşaq harda peyda oldu???. Heç Xankəndində 10-15 min erməni yaşaya, ya da yaşamaya): "Avropa İttifaqının 50 deputatı Saakaşvilinin səhhətindən narahatdır, onu müalicə üçün Avropaya göndərməyə çağırır, lakin Artsaxdakı ermənilərin həyatı və sağlamlığı ilə maraqlanmırlar. Bu gün Avropada qərar qəbul edənlərin sivilizasiya deqradasiyası və ikiüzlülüyü haqqında bilmək lazım olan hər şey budur. Yeri gəlmişkən, Ermənistanda, xüsusən də hüquq müdafiəçiləri arasında və bu cür mühitdə belə deqradasiya olunanlar çoxdur. Avropalı münafiqlər məni bağışlasınlar ki, onları erməni kuklaları ilə müqayisə edirəm, heç olmasa ölkələrini satmırlar". Vəssalam, bu da erməni ictimai düşüncəsinin hazırkı rentgeni. Çürük yalana sarılıb nəsə möcüzə umurlar. Artıq avropadakıların özləri belə, bu yalanlara qapını bağlayıblarsa demək ki, erməni hiyləgərliyi süqutunun pis dövrünü yaşayır, başqa heç nə!
Mətləb Salahov