Ermənistanın ikinci prezidenti Robert Koçaryanın başı dərddədir. Azərbaycan xalqına qarşı qatı düşmənçiliyi ilə seçilən, minlərlə azərbaycanlının xüsusi qəddarlıqla öldürülməsinə rəhbərlik edən bu qatı müharibə canisi, düşmənçilik münasibətində olduğu Nikol Paşinyan tərəfindən yenə “məhşər ayağına” çəkilir. İndi də Ermənistan Baş Prokurorluğu R.Köçəryanın ailə üzvlərinin var-dövlətini müsadirə etməyə qərar verib. Artıq onun bütün yetkin ailə üzvləri avqustun 1-də Baş Prokurorluğa dəvət olunublar. Özünün, arvadının, oğlanlarının, qızlarının və kürəkənlərinin nəzarətində olan əmlaklarla bağlı xüsusi araşdırma aparılır. Müvafiq çağırışlar Ermənistan Ədliyyə Nazirliyinin saytında dərc olunub. Azdarar.am saytının yazdığına görə, xüsusilə Prokurorluğa Robert Koçaryan və Bella Koçaryan, böyük oğlu Sedrak Koçaryan və həyat yoldaşı Zarui Badalyan, kiçik oğlu Levon Koçaryan və həyat yoldaşı Siranuş Koçaryan, qızı Qayana Koçaryan və həyat yoldaşı Vigen Çatinyan dəvət olunublar. "Qanunsuz mənşəli əmlakın müsadirə edilməsi haqqında" qanunun 16 - cı və 17-ci maddələrini rəhbər tutaraq bildirirəm ki, Ermənistan Baş Prokurorluğunun qanunsuz mənşəli əmlakın müsadirə edilməsi haqqında İşlər İdarəsində Robert Sedrakoviç Koçaryan və Sdrak Robertoviç Koçaryana məxsus əmlakla bağlı araşdırmalar aparılır."- Baş Prokurorluqdan belə deyiblər.
Mətləb