Ermənistanda bir sıra tanınmış ictimai simalar, politoloq və QHT rəhbərləri hazırkı Nikol Paşinyan hakimiyyətini xalqı saymamaqda, sülh müqaviləsi barədə aparılan danışıqlar haqqında xalqa məlumat verməməkdə ittiham edirlər. "Alternativ layihələr" qrupunun eksperti Vahe Ohannisyan öz telegram kanalında yazır ki, Ermənistan hakimiyyəti bu gün cəmiyyətə heç bir şəkildə hesabat vermir: "Nə qədər çətin olsa da, vəziyyətimizə kənardan baxaq. Ermənistan hakimiyyəti bu gün cəmiyyətə heç bir şəkildə hesabat vermir. Hazırkı baş nazir danışıqların nəticələrini xalqa təqdim etməyi zəruri hesab etmir və biz razılaşmalar və mümkün inkişaflar barədə məlumatı heç kimin seçilməmiş eurochinesse Charles Michel-dən alırıq.
Bu gün bizə "hərbi əsir cəmiyyəti" kimi yanaşırlar. Bizə hansı həllər təklif olunur, yaxın gələcəkdə hansı inkişaflar mümkündür - heç nədən xəbərimiz yoxdur. Hakimiyyət cəmiyyətlə təmasdan tamamilə imtina etdi, artıq xalqa cavabdeh deyillər. Təxminən 330 min səs alan parlament müxalifəti praktik olaraq bir qurum olaraq mövcud deyil və bu gün yalnız 8-10 deputat fərdi fəaliyyətlə seçilir, artıq yoxdur.”-V.Ohannisyan fikirlərini belə yekunlaşdırıb.
Mətləb