Ermənistanda təkcə Nikol Paşinyan deyil, demək olar ki, bütün erməni cəmiyyəti başını tamamilə itirmək həddinə çatıb. Guya Qarabağ ərazisindəki ermənilərin “blokadada saxlanılması” barədə gülünc iddialar və etiraz aksiyaları təşkil edən erməni qruplar, dünən axşam bu aksiyalardan daha bir neçəsini keçiriblər. Öncə Fransa səfirliyi qarşısında “ağlayıb-sızlayan” erməni fəallar, daha sonra üz tutublar ABŞ-ın Ermənistandakı səfirliyinə tərəf.
panoram.az saytının yazdığına görə, aksiya iştirakçıları səsgücləndirici vasitəsi ilə Amerika səfirliyi qarşısında bildiriblər ki, ABŞ-dan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Artsaxın öz müqəddəratını təyinetmə hüququnu həyata keçirmək və “Artsaxın qanunsuz blokadasını” aradan qaldırmaq üçün tədbirlər görməyi tələb edirlər. Erməni “fəallar” daha sonra lap irəli gedərək ABŞ-ı Azərbaycan və Türkiyə qarşısında diz çökməkdə ittiham ediblər. Sitat: "Hamınız Türkiyə-Azərbaycan tandemi qarşısında diz çökdünüz, siz super güclər deyilsiniz, siyasi super oyunlar təşkil edən ölkələrsiniz", – nümayişçilər bildiriblər. ABŞ əleyhinə etirazlar bu istiqamətdə davam etsə deyəsən qoca Cozef Bayden də bunlara “rədd olun” ismarıcı yollayacaq...
Mətləb