Prezident İlham Əliyev E.O.Əmirbəyovun Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
Qeyd edək ki, dövlət başçısının imzaladığı digər sərəncamla Elçin Əmirbəyov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.