Bazar ertəsi günü, 09 noyabr 2026
     

QHT-lər Ermənistanın ekoterroru ilə bağlı beynəlxalq ictimaiyyətə və BMT-yə müraciət etdi

Image


Azərbaycanda fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatları (QHT) Beynəlxalq İctimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.

Müraciətdə deyilir:

Biz aşağıda imzası olan Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə müraciət edirik ki, Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer Kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilsin (sübutlar və əsaslandırılmış faktlar əlavə olunur). Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib və bu, yalnız Ermənistanın ətraf mühiti üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törədərək transsərhəd təsir göstərir.

Ermənistanın dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlılığı olmayan istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir. Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir.

Bu tullantıların Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır. İçməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər.

Hazırda Ermənistan Avropa İttifaqından Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üzrə “EU4Environment” proqramı çərçivəsində qrantlar alır. Biz Avropa İttifaqına müraciət edirik ki, bu maliyyə vəsaitindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlərin icrası üçün deyil, təyinatı üzrə istifadə olunması təmin edilsin.

Ermənistan BMT-in bir sıra konvensiyalarının, o cümlədən “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” protokolunun, o cümlədən, BMT-nin “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensiyanın, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının (Espoo Konvensiyasının) tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur.

Biz bilirik ki, Birləşmiş Millətlər Təşkilatı və aşağıda adları sadalanan beynəlxalq, regional qurumlar ekoloji problemlərin həllində mühüm rol oynayır və Ermənistanın yaratdığı ekoloji problemlərin həllində dəstək göstərə bilərlər. Biz inanırıq ki, BMT və digər qurumlar ekoloji problemləri həll etmək üçün təsirə məruz qalan ölkələr arasında diplomatik danışıqları və dialoqları asanlaşdıra bilər. Onlar qarşılıqlı faydalı həllərin tapılmasında dialoqu və əməkdaşlığı inkişaf etdirmək üçün vasitəçi kimi çıxış edə, həmçinin beynəlxalq QHT-ləri və region ölkələrindən (Gürcüstan və Azərbaycan QHT-ləri də daxil olmaqla) vətəndaş cəmiyyəti nümayəndələrini cəlb edərək zərərin dərəcəsini və potensial həll yollarını anlamaq üçün ətraf mühitin qiymətləndirilməsini həyata keçirməklə, texniki ekspertiza təklif edə bilərlər. Biz bu təşkilatlara müraciət edirik ki, Ermənistanı mövcud ekoloji konvensiyalara əməl etməyə çağırsınlar. Biz onlardan Ermənistandakı sənaye müəssisələrinin fəaliyyətini izləməklə, beynəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini xahiş edirik.

Biz müraciət edirik:

Birləşmiş Millətlər Təşkilatının Baş katibi

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD)

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP)

Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP)
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR)

BMT-in Qadın Agentliyi

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE)

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)

BMT-nin insan hüquqları və ətraf mühit üzrə xüsusi məruzəçisi

BMT-nin zəhərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi

BMT-nin iqlim dəyişikliyi kontekstində insan hüquqlarının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi

Avropa Komissiyası

Avropa Şurası

Avropa Parlamenti

Avropa Ətraf Mühit Agentliyi

Avropa Şurası

Ümumdünya Vəhşi Təbiət Fondu (WWF)

Qlobal Ətraf Mühit Fondu (GEF)

“Friends of Earth” təşkilatı

İnsan Hüquqları Təşəbbüsü Birliyi (CHRI)

“Greenpeace” təşkilatı

SÜBUTLAR VƏ ƏSASLI FAKTLAR

Ermənistan Qafan dağ-mədən kompleksinin fəaliyyəti nəticəsində yaranan, tərkibində ağır metallar olan mədən tullantılarının transsərhəd çayları olan Oxçuçay və Araz çaylarına axıdılmasına göz yumur. 270 milyon kvadratmetr ərazini əhatə edən və mədən tullantıları hovuzu kimi istifadə olunan Artsevanik su anbarı bütün region üçün ciddi təhlükə yaradır.

Ermənistanın Qafan mədən kompleksi daxilində 4,6 milyon kvadratmetr ərazini əhatə edən Qutqum (Qeqanuş) mədən tullantıları yatağı region üçün ciddi təhlükə yaradır. Əkərək (Aqarak) Mis-Molibden kombinatının tərkibində ağır metallar olan mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayında çirklənmə problemini daha da artırır.

İldə təxminən 10.000 unsiya qızılın emal edildiyi Göycə (Sevan) Daşdəm Qızıl Mədənində davam edən əməliyyatlar davamlı çirklənməyə səbəb olub və zəhərli çirkab suları yaxınlıqdakı çayları, o cümlədən Bərgüşad (Vorotan) çayını çirkləndirib. Bərgüşad çayı da öz növbəsində transsərhəd Araz çayına tökülür.

Ermənistanın Lori bölgəsində Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun hasil edir ki, bu da yaxınlıqdakı Tona (Debed) çayının çirklənməsinə səbəb olur. Tona çayı daha sonra Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə Ermənistanın vətəndaş cəmiyyəti, ekoloji fəallarının təzyiqlərinə nəticəsində hökumət tərəfindən ekoloji narahatlıqlara görə bağlanıb, lakin təəssüf ki, o, 2020-ci ildə istismarı bərpa edilib.

İldə təxminən 1,5 milyon ton filiz hasilatı ilə manqan filizi, manqan dioksidi və digər manqan məhsullarının istehsalına cavabdeh olan Qafan Manqan Zavodu Cənubi Qafqaz regionu üçün mühüm içməli su mənbəyi kimi istifadə olunan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir. Bu çirkləndiricilər müxtəlif sağlamlıq problemlərinə, o cümlədən tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəngə səbəb olur.

Mis, sink və qurğuşun istehsalı ilə məşğul olan Ellər (Qotayq) metallurgiya zavodu mühüm içməli su mənbəyi olan Arpaçayın mis, qurğuşun və kadmium kimi ağır metallarla çirkləndirilməsinə səbəb olur. Bu, ilk növbədə kükürd dioksidi, azot oksidləri və hissəciklərinin daxil olduğu havanın ciddi şəkildə çirklənməsi ilə insan sağlamlığına zərərli təsir göstərir.

İldə təqribən 100 min ton mis emal edən Göyçə (Geqarkunik) Mis Əritmə Zavodu atmosferə əhəmiyyətli miqdarda kükürd qazı və digər çirkləndiricilər buraxır. Bu, havanın çirklənməsinə və turşulu yağışların yaranmasına səbəb olur. Ellər zavodu kimi Göyçə Mis Əritmə Zavodunun da tullantı suları əsas içməli su mənbəyi olan Arpaçaya axıdılır. Nəticədə, Arpaçayın daşıdığı çirkləndiricilər sonda Araz çayına çatır.

Azərbaycan Respublikası ilə Ermənistanın sərhəddində - Arazdəyən (Yerasx) adlı ərazidə həyata keçirilən nəhəng metallurgiya zavodunun tikintisi dayandırılmalıdır. Bu zavodun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsiri böyük olacaqdır. İçməli su təchizatının bu cür çirklənməsi sərhədyanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artırır, həm Azərbaycana, həm də Ermənistana təsir edən əhəmiyyətli ictimai səhiyyə böhranı yarada bilər.

Amuldağ (Amulsar) qızıl yatağında aparılan əməliyyatlar nəticəsində tərkibində ağır metallar olan mədən tullantıları Qafqaz dağlarında eroziya prosesini xeyli sürətləndirir. Yatağın tullantıları Bərgüşad (Vorotan) və Həkəri çayları vasitəsilə Araz çayına axıdılır. Yataq həm də Azərbaycan ərazisindən keçən Arpaçay və Bazarçay çayları arasındakı ərazidə yerləşir. Bu sənaye tullantıları son nəticədə Araz çayı ilə birləşən Kür çayı vasitəsilə Xəzər dənizi hövzəsi üçün ciddi təhlükə yaradır. Nəticədə təkcə Azərbaycana deyil, İrana və digər Xəzəryanı ölkələrə də böyük ekoloji ziyan vurur.

Yuxarıda qeyd olunan sənaye müəssisələrinin çirkab suları suda yaşayan canlılar aləminə mənfi təsir göstərir, həm ekosistem, həm də insanlar üçün ciddi təhlükə yaradır.

Ermənistanda dağ-mədən sənayesi ekoloji norma və standartların əksəriyyətini, habelə BMT Konvensiyalarını pozur, o cümlədən:

BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası - 17 mart 1992-ci ildə qəbul edilmiş Helsinki Konvensiyası ümumi su obyektlərin, beynəlxalq göllərin mühafizəsi və istifadəsinə yönəlmişdir. Konvensiya qəbul edir ki, insan fəaliyyəti nəticəsində transsərhəd sularda baş verən dəyişikliklər ətraf mühitə hər hansı əhəmiyyətli mənfi təsir etdiyi zaman tərəflər danışıqlar aparmalıdır. Bununla belə, Ermənistan transsərhəd su axarlarına ekoloji ziyan vurmaqla, bu Konvensiyanın qaydalarını və prinsiplərini pozur;

BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasının tərkib hissəsi olan “Su və sağlamlıq haqqında” protokol su ekosistemlərinin qorunmasına, su ilə əlaqəli xəstəliklərin qarşısının alınmasına, onlara nəzarət edilməsinə və təsirlərin azaldılmasına xüsusi diqqət yetirir. Konvensiyanın məqsədlərinə nail olmaq üçün protokolda iştirak edən tərəflər içməli suyun keyfiyyəti, axıdılma keyfiyyəti, su təchizatı və tullantı sularının təmizlənməsi sistemlərinin səmərəliliyi üçün milli və yerli hədəfləri müəyyən etməlidir. Protokolu imzalayan tərəf kimi Ermənistan transsərhəd su axarlarına və göllərə ziyan vuran mədən əməliyyatları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir;

BMT-nin Avropa İqtisadi Komissiyası təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət haqqında Bazel Konvensiyasının əsas məqsədi insan sağlamlığını və ətraf mühiti təhlükəli tullantıların mənfi təsirlərindən qorumaqdır. Konvensiyaya imza atan Ermənistan yuxarıda qeyd olunan dağ-mədən sənayesinin təhlükəli tullantıları ilə ətraf mühitə zərər vuraraq konvensiyanın tələblərinə əməl etmir;

Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair BMT Konvensiyası havanın çirklənməsi siyasətinin beynəlxalq koordinasiyasına dair çərçivə təmin edir. Konvensiyanın və onun protokollarının ratifikasiyası və həyata keçirilməsi bir çox tərəflər üçün sağlamlıq və ətraf mühitə təsirləri birtərəfli tədbirlərlə daha səmərəli şəkildə azaltmaq məqsədi daşıyır. Ermənistan indiyədək apardığı mədən sənayesi işləri ilə bağlı atmosferin uzunmüddətli çirkləndirilməsi ilə əlaqədar danışıqların aparılması üçün təşəbbüs göstərməmişdir;

BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası (Espo Konvensiyası) da Ermənistan tərəfindən pozulan sənədlərdən biridir. Espo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını etiraf edir və bu məsələlərin transsərhəd bir neçə dövlətə təsir etdiyi halda, beynəlxalq danışıqların zəruriliyini vurğulayır. Azərbaycan tərəfinin qarşılıqlı razılaşması olmadan Ermənistan tərəfindən sərhəddə aparılan tikinti işləri transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci il Espo Konvensiyasının açıq şəkildə pozulmasıdır;

Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, xüsusən də “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz Su və Sanitariya” üzrə 6-cı, “Məsuliyyətli İstehsal və İstehlak” üzrə 12-ci, “İqlim dəyişikliyinin nəticələri ilə mübarizə” üzrə 13-cü və “Yer Ekosisteminin Mühafizəsi” mövzusunda 15-ci hədəflərin də əleyhinə çıxır;

BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri mədən sənayesi də daxil olmaqla biznesdə məsuliyyətli davranışı təşviq etmək üçün çərçivə müəyyən edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarını qorumaq, ətraf mühitə mənfi təsirlərin qarşısını almaq və təsirə məruz qalmış icmalarla şəffaf, inklüziv şəkildə ünsiyyət qurmaq ehtiyacını vurğulayır. Biz həmçinin şirkətləri yuxarıda qeyd olunan riskləri qəbul etməyə və ətraf mühitə böyük mənfi təsirləri olan dağ-mədən sənayesinə dəstəyini dayandırmağa çağırırıq;

Orhus Konvensiyası ətraf mühit məsələlərində informasiyaya çıxışın, ictimaiyyətin iştirakının və ədalətin təmin edilməsində mühüm rol oynayır. Bu Konvensiyanı imzalayan Ermənistan zərər çəkmiş regionun əhalisinin mədən fəaliyyəti, qərarların qəbulu proseslərində iştirakı və ətraf mühitə dəyən zərərin aradan qaldırılması yolları haqqında məlumat əldə etməsini təmin etməklə, öz öhdəliklərini yerinə yetirməlidir.

Biz beynəlxalq norma və prinsiplərin pozulmasını nəzərə alaraq, BMT və digər beynəlxalq, regional təşkilatları Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağı təmin etməyə, yuxarıda sadalanan ekoloji fəlakətlərə adekvat reaksiya verməyə çağırırıq.

İmzalar:

 

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

Sabit Bağırov

 

“Sağlamlığa Xidmət” İctimai Birliyi

Pərvanə Vəliyeva

 

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi

İsrayıl İskəndərov

 

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti

Novella Cəfərova

 

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi

Qəmzə Yusubova

 

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi

Ramil İsgəndərli

 

“Sudan İstifadə Sahəsində Ekspertlər” İctimai Birliyi

Amin Məmmədov

 

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi

Zaur İbrahimli

 

Konstitusiya Araşdırmalar Fondu

Əliməmməd Nuriyev

 

Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyi

Günel Səfərova

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

Sahib Məmmədov

 

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi

Xalid Kazımov

 

İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

Səltənət Qocamanlı

 

Neft Araşdırmalar Mərkəzi

İlham Şaban

 

“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi

Əhməd Abbasbəyli

 

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi

Səadət Bənənyarlı

 

Demokratiya və İnsan Hüquqları Komitəsi

Çingiz Qənizadə

 

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi

Anar Xəlilov

 

“Elmi Araşdırmalar” İctimai Birliyi

Telman Qasımov

 

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi

Elman Cəfərli

 

Biosfer İctimai Birliyi

Qorxmaz İbrahimli

 

Sosial-iqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi

Rahilə Mehtiyeva

 

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyi

İradə Həsənova

 

“Şəfəq” Ekoturizm İctimai Birliyi

Vamiq Babayev

 

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi

Çingiz Ramazanlı

 

Hemofiliyalı Xəstələr İctimai Birliyi

Ayaz Hüseynov

 

Azərbaycan Uşaqları İctimai Birliyi

Kəmalə Ağazadə

 

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi

Səməd Vəkilov

 

“Sağlamlığın Qorunması” İctimai Birliyi

Yazgül Abdıyeva



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ