Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bu dəfəki Brüsselin özəllikləri, İlham Əliyevin "5"-i, kükrəyən geosiyasi qısqanclıqlar... - Aydın QULİYEV yazır...

Image


Brüsseldəki sayca 6-cı üçtərəfli görüş mümkün qədər qısa müddətdə sülh sazişinin imzalanmasına nail olmaq üçün daha qətiyyətli inam göstərmək, nəticəyə hədəflənmək və daha çoxsaylı məsələləri masaya yatırmaq nöqteyi-nəzərindən əvvəlkilərdən fərqləndi.

Şarl Mişelin açıqlamalarında gələcək üçün daha optimist gözləntilərin olduğunu gördük. Onu da görmək mümkündür ki, Avropa qurumları, eləcə də Brüssel formatı daha böyük nəticələr əldə etməyə köklənib və hazırkı təşəbbüsü sonadək əldən vermək niyyətində deyil. Cənab Mişelin Vaşinqton müzakirələrinin ruhunu daha da gücləndirmək ovqatında olduğu da təqdirəlayiq görüntülər sırasındadır. Bütün bunlar deməyə əsas verir ki, rəsmi Brüssel və Vaşinqton Azərbaycan - Ermənistan normallaşma prosesini sonadək öz eqidası altında aparmaqda israrlıdır, bu qərarlılığa mane ola biləcək hər cür cəhdlərə açıq müqavimət göstərmək iqtidarındadır. Bir sözlə, Vaşinqton və Brüssel formatlarının öz çərçivələrində indiyədək nail olduqları nəticələri müdafiə etmək qətiyyətləri aydın hiss olunur. Xüsusilə Moskvanın bu nəticələrə mane olmaq, sülh prosesini öz formatı çərçivəsinə salmaq kimi səylərinə müqavimət göstəriləcəyi şübhəsizdir.

Əlbəttə, Azərbaycan hər hansı sülh müzakirə formatını idealizə etmir. Moskva, Vaşinqton, Brüssel formatları arasında seçim etmir. Azərbaycan Prezidenti beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nəticələri müstəsna hədəf kimi seçdiyini daim bəyan edir. Bu hədəfə çatmaq üçün prosesə ən yaxşı dəstək hansı formatdan gələcəksə və gəlirsə, Azərbaycan onu daha məqbul sayacaq. Bunun Rusiya, ya Qərb formatı olacağı Azərbaycan üçün fərq etməz. Bu, Azərbaycan dövlətinin və Prezidentin dəyişməz mövqeyidir.

15 iyul Brüssel görüşündə çoxlu məsələlər müzakirə olundu. Hamısı haqda açıq mediaya məlumat verilib. Gizli müzakirə mövzuları demək olar ki, yoxdur. Bütün əvvəlki üçtərəfli Brüssel formatı çərçivəsindəki müzakirə mövzularının hamısını sadalamaq gərək deyil. Delimitasiya, sülh sazişi, kommunikasiyaların açılması, qarşılıqlı etimad quruculuğu və sair kimi məsələlər üçtərəfli Brüssel formatının işə düşdüyü 2021-ci ilin 15 dekabrından başlayaraq bütün görüşlərdə müzakirə olunan daimi mövzulardır. Lakin 15 iyul Brüssel görüşü həm də indiyə qədər görünməmiş mövzuların müzakirə gündəminə daxil edilməsilə xarakterikdir.

Beləliklə, Brüssel görüşündə ənənəvi müzakirə olunmuş mövzulardan əlavə, həm də tam yeni müzakirə olunmuş mövzular hansılardır?

Şərti olaraq sıralasaq, son Brüssel görüşünün gündəminə çıxarılmış azı 5 yeni mövzudan danışa bilərik, hansılara ki, əvvəlki beş Brüssel görüşündə ümumən yer ayrılmayıb.

1. Xankəndidəki rus hərbçilərinin və sadə ermənilərin alternativ təminat və humanitar yük yolu olaraq Bərdə-Ağdam yolundan istifadə. Bu mövzu iyunun 15-dən sonrakı proseslərin kontekstində meydana çıxıb. Ermənilərin Laçın yolunda Azərbaycan bayraqdarlarını atəşə tutması və Qızıl ayparaçıların avtomobillərindən qaçaqmalçılıq üçün istifadə etmələrindən sonra Azərbaycan Laçın yolunu ümumən bağlamaq zorunda qaldı. Axı Xankəndidəki ermənilərə və rus əsgərlərinə təminat vasitələri çatdırmaq lazımdır. Bəs nə etməli? Yenə çıxış yolunu Azərbaycan təklif etdi. Sübut etdik ki, Azərbaycan yol kəsən deyil, yenə alternativimiz var. Azərbaycan rəhbərliyi Bərdə-Ağdam dəmiryolunu təklif etdi. Bütün parametrlərə görə, bu yol İrəvan-Gorus-Laçın-Xankəndi yolundan çox sərfəlidir. Məhz buna görədir ki, Brüssel formatının başbilənləri bu yeni yolun xüsusi müzakirəsini məqbul saydılar. Bu hələ məsələnin hamısı deyil. Daha dolğun mahiyyət odur ki, iyunun 15-dən sonrakı cəmi 1 ay ərzində meydana çıxmış bu yeni yolun məsələsini Azərbaycan çətinliklə olsa da, çox mötəbər dünya tribunasının müzakirəsinə çıxara bildi. Bunun İlham Əliyev üçün böyük diplomatik məharət olduğu  ilə mübahisə etmək istəyənlər olsa, buyurub, arqumentlərini müzakirəyə təqdim etsinlər. Qətiyyətlə demək olar ki, bu, İlham Əliyevin böyük başarısı oldu.

2. Xankəndi ermənilərinin Azərbaycan Konstitusiyasının təminatı altında yaşaması mövzusunun müzakirəsi Brüssel formatının şərti ikinci yeniliyidir, bu da tamamilə yeni məsələdir. Mayın 14-də baş tutmuş bundan əvvəlki Brüssel görüşündə cənab Mişelin  sözləri yəqin unudulmayıb. Onun sözlərini yenidən yada salaq - "Azərbaycana təklif etdim ki, keçmiş Dağlıq Qarabağın erməni əhalisinin hüquqları mövzusunda beynəlxalq ictimaiyyətlə əməkdaşlıq yoluna əsaslanan müsbət gündəm təklif etsin". Bilirsiniz ermənilər bu fikirdəki "beynəlxalq" sözünü nə qədər fırlatdılar?! "Buna ermənilərin "raskrutkası" da deyilə bilər. Cəmi 2 ay əvvəl fərqli şeylər demiş cənab Mişel indi nə söylədi? Qarabağ ermənilərinin Azərbaycan Konstitusiyasının təminatı altında yaşamasının mümkünlüyünün müzakirə olunduğunu dedi. Bilirsinizmi bu nə qədər böyük irəliləyişdir və bu irəliləyişin arxasında Azərbaycan Prezidentinin fövqəladə əhəmiyyətli  fəaliyyəti dayanır.

3. Qarabağda hələ də qalan erməni silahlılarının məsələsi. Bu mövzu da Brüsseldə prinsipcə yeniləşdirilmiş məzmunda nüzakirə olundu. Belə ki, indiyə qədərki görüşlərdə məsələ Qarabağdakı qanunsuz silahlıların ölkədən çıxarılması kimi qoyulurdu. Bu dəfə müzakirə mövzusu təkmilləşdirildi. Təkcə ölkədən çıxarılmaları yox, həm də tərksilah olunmaları məsələsi müzakirə olundu. Bunlar kardinal fərqli şeylərdir. Söhbət onların ölkədən çıxarkən silahları özləri ilə aparmalarından yox, həmin silahları Azərbaycan dövlətinə təhvil vermələrindən gedir.

4. Laçın yolundakı qaçaqmalçılıq faktlarının müzakirəsi Brüssel formatının müstəsna özəlliklərindən biridir. Baxın, Azərbaycan Prezidenti böyük çətinliklərlə indiyə kimi sübut etdi ki, ermənilər Laçın yolu ilə humanitar yük adı altında silah daşıyır. Azərbaycan Prezidenti bu sözləri deyəndə şübhə ilə soruşanlar var idi ki, doğrudanmı belədir? Bu, sübut olundu. Sonra nə baş verdi? Aprelin 23-də Azərbaycan Laçın yolunda KPP tətbiq edəndən sonra ermənilər Qızıl Ayparanın maşınlarından Xankəndinə gizli silah daşınması üçün istifadə etdilər və iyunun son bir həftəsində Azərbaycan Qırmızı Xaçın qaçaqmalçılıqda bilmədən iştirakçı olduğu faktlarını ortaya qoydu, Xaç bütün bunları qəbul və etiraf etdi. Deməli, İlham Əliyevin əvvəlcə ermənilərin Laçın yolunda sülhməramlıların əli ilə, sonra isə Qırmızı Xaçın əli ilə silah daşıdığını sübuta yetirməsi Ermənistanı da, Brüsseli də fakt qarşısında qoydu. Bir daha təsdiqlənir ki, Laçın yolunda qaçaqmalçılıq faktlarının Brüssel formatında müzakirəyə çıxarılması Azərbaycan Prezidentinin sadəcə uğuru yox, həm də Brüssel formatının tarixi üçün qürurverici faktdır…

5. Brüssel formatında Qərbi azərbaycanlıların vətənə qayıdışının müzakirəsi də bu format üçün müstəsna əhəmiyyətli yenilikdir. Həm də hər kəs bilməlidir ki, Brüsseldə məsələ "ermənilər Bakıya, Qərbi azərbaycanlılar Ermənistana qaytarılsın" kontekstində qoyulmayıb. Məsələ sadəcə Qərbi azərbaycanlıların məsələsi kimi qoyulub ki, bunun da içərisində gələcəkdə Azərbaycana böyük manevr imkanları açacaq məsələlər var.

Təkcə bu 5 yenilik Brüssel formatına qarşı geosiyasi qısqanclıqların kükrəməsi üçün kifayətdir...

Bu nöqteyi-nəzərdən Rusiya XİN-in 15 iyul bəyanatına ayrıca toxunmaq lazımdır...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ