Qətərin nüfuzlu “Əl Cəzirə” telekanalında Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının gedişi, həmçinin 44 günlük müharibədə Azərbaycanın Qələbəsindən sonra Qarabağda və regionda yaranmış vəziyyət barədə geniş reportaj yayımlanıb.
Reportajın əvvəlində telekanalın aparıcısı Azərbaycan ilə Ermənistan arasında münaqişənin tarixi, ölkəmizin regionda sülhün bərqərar olması və nəqliyyat kommunikasiyalarının açılması, Laçın yolunda vəziyyət haqqında məlumat verib. O, tamaşaçıları Rusiya və Qərbin vasitəçiliyi ilə davam edən sülh danışıqları, Bakının konstruktiv mövqeyi barədə də məlumatlandırıb.
Sonra verilişin qonağı, gürcü əsilli alim Tamara Draqadze Azərbaycanın ədalətli mövqeyindən bəhs edərək bildirib ki, rəsmi Bakı sülh sazişinin beynəlxalq hüquq normaları, dövlətlərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi əsasında imzalanmasını təklif edib. O əlavə edib ki, Ermənistan tərəfi Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən tanısa da, İrəvan sülh danışıqlarında kifayət qədər konstruktiv mövqe tutmur.
Mətləb