Qondarma rejimin özünə "prezident" deyən başçısı Araik Arutunyan Paşinyanın vasitəçiliyilə bu dəfə Şarl Mişelə məktub göndərib. Nə yazdığı açıqlanmır. Erməni şərhçilər diqqəti ona yönəldirlər ki, Paşinyan məktubu Mişelə təqdim edəndə bic-bic gülürdü, yəni Araikə rişxənd edirmiş...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bundan bir neçə həftə əvvəl Putinə də belə məktub göndərmişdi. Ona da nə yazdığı açıqlanmadı... Ancaq bu məktubu kimin apardığını demədilər.
Özlərinə mənasız tarix yazırlar...
Tahir TAĞIYEV