Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla danışıqlar zamanı Qarabağın erməni sakinləri üçün Bərdə-Ağdam istiqamətində humanitar yüklərin daşınması məsələsi müzakirə olunub.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib.