Ağdamda insan sümükləri aşkarlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib ki, sümük fraqmentləri minatəmizləmə işləri zamanı tapılıb.
"İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.