Kanadanın nüfuzlu “Thej.ca” media platformasında “Fransanın Ermənistan-Azərbaycan münaqişəsində rolu geosiyasi maraqlarla bağlı suallar doğurur” sərlövhəli məqalə dərc olunub. Diasporla İş üzrə Dövlət Komitəsi bu barədə məlumat yayıb. Yazıda deyilir ki, "Fransa Azərbaycanın tərəfində olan beynəlxalq hüquqa qarşı çıxır və bölgədə sabitliyi pozur."
Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avrahamın qələmə aldığı məqalədə diqqətə çatdırılıb ki, Fransanın Ermənistanı hərbi cəhətdən dəstəklədiyi barədə məlumatlar mövcuddur.
Müxtəlif siyasi ekspertlərin fikirlərinin yer aldığı məqalədə Fransanın uzun illərdir ki, irqçi davranışlarına görə qınaq obyekti olduğu qeyd edilib. Təəssüflə bildirilib ki, Afrikanın bir çox ölkəsi Fransanın onların tarixindəki müstəmləkə keçmişinə görə üzr istəməsini gözlədiyi halda, adıçəkilən ölkənin Afrikaya bərabərhüquqlu tərəfdaş kimi yanaşması müşahidə olunmur.
Mətləb