Fransa Ermənistana güclü silah partiyalarının göndərilməsinə nail olmaq üçün bütün səviyyələrdə iş aparır.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bu yaxınlarda bu ölkənin İrəvandakı səfirliyinə hərbi attaşe təyin olunmasını və prezident Makronun xüsusi ironiya ilə "bunun nə demək olduğunu yəqin başa düşürsünüz" deməsini xatırlayın. Paşinyanın da bir sözü var. Deyir ki, KTMT üzvlüyü bizim hərəkət imkanlarımızı məhdudlaşdırır, təşkilat özü bizim təhlükəsizliyimizə təminat vermir, başqa ölkələrdən isə silah ala bilmirik.Təbii ki, Paşinyan başqa ölkələr deyəndə birinci növbədə yaxın müttəfiqlər saydığı Fransanı, Yunanıstanı və Kipri nəzərdə tutur. Çünki o zatən Rusiyadan, Hindistandan silah alır. Məntiqi olaraq dəqiq çıxan qənaət budur ki, Paşinyan məhz Fransadan silah ala bilmədiklərinin giley-güzarını edir və bu ölkədən silah alışının önünü açmaq üçün dəridən-qabıqdan çıxır. Bu günlərdə Ermənistan parlamentinin spikeri Simonyanla görüşdən sonra Fransa senatının rəhbəri Jerar Larşe maraqlı bir tvit atıb. Larşe yazıb - Ermənistanın təhlükəsizliyini təmin etmək üçün oraya müdafiə silahlarının tədarükünü sürətləndirməliyik...
Aşkar görünür ki, Fransa Ermənistanın silahlandırılmasını özünün bölgəyə gəlişinin və Rusiyanı sıxışdırmağın yeni forması kimi baxır.
Tahir TAĞIYEV