Erməni siyasi və dövlət xadimlərinin yalançılığı və böhtançılığı öz yerində, onlara hələ də etimad göstərib əlbirlik edən dünya siyasi-dövlət xadimlərinin həyasızlığı da ayrı bir problemdir... Niyə belə yazıram?..
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Baş nazir Paşinyanın 14 iyul Respublika günü münasibətilə Fransa prezidenti Makrona (ali respublikaçılıq dəyərləri Makrona qənim olsun) yazdığı təbrikdə siyasi dəyərlər mövzusunda xeyli gurultulu sözlər deyəndən sonra Makrona təşəkkür edir ki, MİSAK MANUKYANın cəsədinin Panteona köçürülməsi barədə tarixi əhəmiyyətli qərar vermisən...
Bəs Paşinyanla Makronu eyni saxta simpatiyanın qanadlarına alıb uçuran Misak Manukyan kimdir?..
Misak deyilənə görə, faşistlərə qarşı Fransa müqavimət hərəkatının iştirakçısı və Fransanın milli qəhrəmanıdır. 1906-cı ildə Türkiyənin Adıyaman bölgəsində doğulub, guya genosid qorxusundan Suriyaya, oradan da Parisə qaçıb, Hitler Fransanı tutanda Müqavimət hərəkatına qoşulur və 1944-cü ildə güllələnib. Erməni-fransız mənbələrinə görə kommunist olub, şair və tərcüməçidir. Bu deyilənlərin hər biri mümkün şeylərdir... Lakin...
Paşinyan da daxil erməni siyasətçilərinin həyasızlığı və dəyərsizliyi ondadır ki, Hitlerin yanında dayanmış ermənilərə də qəhrəman deyirlər, Hitlerlə vuruşmuş ermənilərə də qəhrəman deyirlər, hər ikisini, bir-birlərinə antipod olsalar da eyni səviyyədə yad edirlər. İrəvanda faşist Njdeyə, Droya heykəllər qoyulması faktdır. Hitlerə qarşı vuruşaraq edam edilmiş Manukyan kimisinə eyni rəğbətin göstərilməsi də faktdır... Bu, ermənilərin həyasızlığıdır…
Makronkimilərin həyasızlığı isə belə həyasız siyasətə siyasi maraqlar naminə göz yumub dəstək verməkdir. Makron həyasız olmasaydı, ya Manukyanın murdar cəsəd qalıqlarının Panteon kimi məzarlığa köçürülməsinə qərar verməzdi, ya da İrəvanda Njde kimi qaniçən faşistə heykəl qoyulmasına etiraz edərdi... Hər ikisini etdi...
Tahir TAĞIYEV