Erməni mediası Brüsseldə növbəti üçtərəfli görüş ərəfəsində Prezident Əliyevə Dövlət katibi Blinkenin telefon zəngi barədə məlumatlardan bir nüansı öz xeyirlərinə yozaraq çox fırladır. Ermənilərin çox stavka etdiyi məqam budur ki, Blinken Laçın yolunda nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin olunmasının vacibliyini vurğulayıb.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bəs Blinkenin Laçın yolunda "KPP" ilə bağlı dediklərini niyə görməzlikdən gəlirlər? Məlumdur ki, Blinken İlham Əliyevlə söhbətində "Laçın yolunda sərhəd-gömrük buraxılış məntəqəsinin daşımalarda önəmli rol oynadığını" xüsusi vurğulayıb. Bilirsinizmi bu nə deməkdir? O deməkdir ki, ABŞ Laçın yolunda "KPP"-ni qanuni olaraq tanıyır. Bu faktın Avropa Məhkəməsinin "KPP"-nin ləğv edilməsi barədə Ermənistanın iddiasına 12 iyul tarixli qəti rədd cavabı ilə bir vaxta düşməsi ermənilərin belini sındırır.
Ermənistan bir daha "KPP" ləğv olunsun deyə tələb qoya bilməyəcək, qoysa da heç kim ona məhəl verməyəcək...
Tahir TAĞIYEV