Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ən son xəbər - Kommunikasiyalar açılır, Qarabağ ermənilərinin inteqrasiyası başlanır

Image


Kommunikasiyaların açılması Ermənistanın Rusiyadan asılılığını azaldacaq ki, bu da Azərbaycanın xeyrinə olacaq. Bunu amerikalı diplomat Ceyms Uorlik Ermənistanın “news.am” saytına deyib.

Onun sözlərinə görə, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın da xeyrinə olacaq. O əmindir ki, Ermənistan-Azərbaycan münasibətləri yaxşılaşarsa, Ermənistan və Azərbaycan üçün yeni çiçəklənmə dövrü açılacaq. Uorlik bildirib ki, vaxt gələcək, Türkiyə ilə sərhədi açmaq mümkün olacaq və bu, Ermənistana böyük fayda verəcək: “Buna nail olmaq asan deyil, lakin bu məsələ gündəmdə olmalıdır. Kommunikasiyaların bərpası son dərəcə vacibdir və Ermənistanın maraqlarına uyğundur, çünki bu, bir sıra məsələlərdə Rusiyadan asılılığı azaldacaq. Azərbaycan da bundan faydalanacaq”. “ABŞ-ın Cənubi Qafqazda həyati maraqları varmı, yoxsa region əsasən Rusiya və İranın təsiri ilə vacibdirmi” sualına cavabında Uorlik qeyd edib ki, Vaşinqtonun həmişə regionda maraqları olub: “Əlbəttə, onlara Azərbaycanın enerji sektorunda maraqlar əlavə olunub, lakin bununla məhdudlaşmır. Biz Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlıyıq, bizim Ermənistanla çoxlu əlaqələrimiz var”. Beləliklə, ABŞ Azərbaycanın istədiyi kimi regionda kommunikasiyaların açıılmasının nə dərəcədə zəruri olduğunu bəyan edir. Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır ki, əslində, Azərbaycan regionda həm komminikasiyaların açılmasına, həm də Qarabağ ermənilərinin inteqrasiyasına nail olacaq: “Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla yaxın günlərdə keçiriləcək danışıqlarda sülh müqaviləsi ilə bağlı mövqelərin yaxınlaşacağını gözlədiyini bildirib. Bunu Azərbaycan lideri ilin birinci yarısı üzrə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə deyib. Əliyev-Paşinyan görüşünün hansı fonda baş tutacağını Laçın yolunda baş verənlər də müəyyən edir. Bu münasibətlə və ümumilikdə regiondakı vəziyyətlə bağlı Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizi ilə hərəkət rejimini yumşalan Bakı yenidən buradan keçidi dayandırıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) tabeliyində olan avtomobillərdə ölkənin sərhədçiləri tərəfindən siqaret partiyaları, mobil telefonlar, onlar üçün ehtiyat hissələri, o cümlədən gizlədilmiş yanacaq qabları aşkar edildikdən sonra Azərbaycan tərəfi belə bir qərar qəbul edib. Xüsusi bəyanatda qeyd olunur ki, BQXK-nın tibbi evakuasiya maşınlarının qaçaqmalçılıq üçün istifadəsi Azərbaycan qanunlarının kobud şəkildə pozulması, humanitar missiyaya olan etimadından sui-istifadədir. Bakı bütün zəruri istintaq-əməliyyat tədbirlərinin tamamlanmasını gözləyərək yolun müvəqqəti bağlandığını bəyan edir.

BQXK cavab bəyanatında vurğulayır ki, missiya Qarabağdan ağır xəstələri təcili tibbi yardım üçün Ermənistana aparır. Sənəddə Ermənistandan Qarabağa uşaqlar üçün ərzaq, eləcə də bəzi ilkin tələbat mallarının çatdırılmasından da bəhs edilir. Azərbaycan tərəfinin ittihamlarını təkzib etmədən, BQXK cinayəti törədənləri təşkilatın ştatdankənar işçiləri, birdəfəlik müqavilə ilə işə götürülən sürücülər kimi təqdim edib. Vəziyyətin aşkar şəffaflığına baxmayaraq, Xankəndidəki rejimin baş verənlərlə bağlı öz baxışı var. Rejim təmsilçilərindən David Babayan deyib: “Bir sıra ölkələrlə səmimi danışmağın vaxtı çatıb və biz Ermənistanın son mövqeyini almalıyıq. Rusiya da aydın mövqe ortaya qoymalıdır”. Bakının yanaşması hamıya məlumdur - Qarabağ Azərbaycanın bir hissəsidir və ona görə də bu regionda baş verən hər şey Azərbaycanın daxili işidir. “Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir və beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplər əsasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda, belə imkanların olduğuna inanıram”, - deyə Əliyev bildirib. Onun sözlərinə görə, danışıqların son raundları və bir neçə günə planlaşdırılan yüksək səviyyəli təmaslar “sülh sazişinə daha da yaxınlaşmaq” məqsədi daşıyır. “Biz bunu istəyirik, bu təşəbbüsü irəli sürdük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalı və sözlə ifadə olunan prinsipləri kağıza köçürməlidir”, - deyə Azərbaycan prezidenti vurğulayıb. O, həmçinin, “Ermənistanın mövqeyində müsbət irəliləyişin olduğunu” vurğulayıb. “Əgər ötən ilin oktyabrında İrəvan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıyıbsa, bu ilin mayında daha da irəli gedib, Azərbaycan ərazisinin, o cümlədən Qarabağın və anklav kəndlərinin parametrlərini rəsmən tanıyıb. Bu müsbət fakt kimi qiymətləndirilməlidir. İndi bu sözlərin kağız üzərində sabitləşməsinin, imzaların atılmasının, münasibətlərin qurulmasının vaxtı çatıb. İstənilən halda biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, - deyə Əliyev bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanın silahlı qüvvələri bir il əvvəlkindən də böyük hərbi potensiala malikdir. “Biz həm döyüş qabiliyyəti, həm də silah və texnika ilə təchizat baxımından güclənəcəyik, çünki bu proses davam edir və dayanmamalıdır. Artıq dediyim kimi, biz iki istiqamətə - hərbi potensialın gücləndirilməsi və işğaldan azad edilmiş torpaqların bərpasına nə qədər lazımdırsa, o qədər də vəsait ayıracağıq”, - deyə Əliyev bildirib. O vurğulayıb ki, “bu siyasət sayəsində Azərbaycan öz gücünü artırır”. “Bu lazımdır, çünki müasir dünyada güc amili ön plana çıxır”, - deyə Azərbaycan lideri əlavə edib”. Qəzet yazır ki, bununla Azərbaycan konkret mövqeyini ortaya qoyub. İndi Ermənistan da bununla razılaşıb regionda həm kommunikasiyaları açacaq, həm də Qarabağ ermənilərinin inteqrasiyasına əngəl ola bilməyəcək. Xüsusən də bu prosesdə ABŞ-ın da maraqlı olması fonunda İrəvanın başqa seçim imkanı qalmır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ