Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistan ABŞ-ın əlində Rusiyaya qarşı əsas geosiyasi karta çevrilir

Image


Qərblə təmaslarını sıxlaşdıran Ermənistan Rusiyanın ünvanına getdikcə daha çox ittihamlar səsləndirir. Hesab edilir ki, bu gedişlə tərəflərin münasibətlərinin qırılma nöqtəsinə gəlməsi qaçılmaz olacaq.

Qarşılıqlı ittihamların artdığı bir vaxtda Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan “Amerikanın səsi” radiosuna müsahibəsində yenidən bildirib ki, Rusiya İrəvan qarşısında öhdəliklərini yerinə yetirmir.

O qeyd edib ki, Rusiyanın Ermənistanı müqavilələrdə nəzərdə tutulan silah və sursatla təmin etməməsi iki ölkə münasibətlərinin gündəmində qalmaqda davam edir. Onun sözlərinə görə, bu məsələ Təhlükəsizlik Şurası katiblərinin Minskdə keçirilən son görüşündə müzakirə olunmayıb: “Bütün problemlər tərəfdaşlarımızla açıq şəkildə müzakirə edilməlidir. Çünki bu məsələlər bizim üçün strateji əhəmiyyət kəsb edir”. Qriqoryan həmçinin qeyd edib ki, KTMT ölkələri Ermənistanın qaldırdığı məsələlərin qanuni olduğunu anlamalıdır: “Bu çox vacibdir”. Ermənistanın “İravunk” nəşri yazır ki, Qriqoryan bu ittihamları ABŞ səfəri çərçivəsində səsləndirir: “Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə mövzuları ilə məşğul olan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan kifayət qədər uzun müddətdir ABŞ-dadır. Qriqoryanın qayıdıb-qayıtmaması, dövlət hesabına nə işlə məşğul olması ilə bağlı xəbər yoxdur. Bəs, Armen Qriqoryanı ABŞ-a niyə çağırıblar? Britaniya və Amerika xüsusi xidmət orqanlarının “sevimli”si olan Ermənistan Təhlükəsizlik Şurasının katibinin Vaşinqtona səfəri həmişə təhlükəli görünüşə malik olur. Keçən il sentyabrın 27-də o, Vaşinqtonda ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Sallivanın iştirakı ilə İlham Əliyevin müşaviri, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə sənəd imzalayıb. Həmin sənəd Praqada Nikolun qarşısına qoyuldu və o, Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıdı”. Nəşr bildirir ki, Qriqoryanın ABŞ-dan Rusiya əleyhinə fikirlər səsləndirməsi təsadüfə oxşamır və bunu Moskvada da sezirlər. Elə rusiyalı politoloq Sergey Markedonov da məsələyə bu prizmadan yanaşır: “Bu gün Avrasiyada ABŞ və Rusiya arasında şiddətli rəqabət gedir. Və bu, təkcə hərbi deyil, həm də diplomatik sferanı əhatə edir. Gözümüzün önündə cərəyan edən Cənubi Qafqaz uğrunda Vaşinqton və Moskva arasında rəqabət Avrasiyadakı ən çətin rəqabətin bir hissəsidir. Bu prosesin bir hissəsi kimi Ermənistan və Azərbaycan arasındakı münaqişənin amerikalı vasitəçiləri iki ölkə arasında sülhün uzaqda olmadığını iddia etməkdə davam edirlər. Onlar son aylarda bu cür danışıqların harada getməsindən - Vaşinqtonda, Brüsseldə, Moskvada, Kişinyovda - asılı olmayaraq bu barədə danışırlar. Ancaq hər dəfə fərdi nüanslar, detallar dəqiqləşdirilməmiş qalırdı. Bundan sonra danışıqlar münaqişə tərəflərinin atışma və eskalasiyaları altında davam etdirildi. Bu və ya digər şəkildə Vaşinqton Bakı ilə İrəvan arasında vasitəçilik məsələsində liderliyi öz üzərinə götürməyə çalışır. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında son Vaşinqton danışıqlarına paralel olaraq, ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Nüvə Silahlarının Yayılmaması Bürosunun baş müşaviri Castin Fridmanı İrəvana göndərib. Enerji sektorunda tərəfdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə”.

Markedonovun sözlərinə görə, ABŞ İrəvanla Bakı arasında birbaşa dialoqu Rusiyanın iştirakı olmadan, öz koordinasiyası və platformasında qurur: “ABŞ son vaxtlar Rusiyada baş verən hərbi-siyasi böhran nəticəsində Moskvanın imic itkisindən qazanc əldə etməyə çalışır. Vaşinqton məsələni belə təqdim etməyə çalışır: Bu gün əsas amillər Moskvadan asılı deyil. Buna görə də yalnız Amerikanın iradəsinə diqqət yetirmək lazımdır. Təbii ki, bütün bunlar Cənubi Qafqazda nüfuzunu, münaqişənin həlli üçün alətlərini saxlayan Rusiyaya xoş deyil. ABŞ-ın Bakı ilə İrəvan arasında birbaşa dialoqda israrlı mövqeyində altruizmin olmadığını da vurğulamaq lazımdır. Bu, müstəsna olaraq Rusiya ilə eyni geosiyasi rəqabət kontekstində edilir. Həm ABŞ, həm də Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həllində aparıcı mövqe tutmağa çalışır”. Ekspert qeyd edir ki, burada zəif halqa Ermənistan olduğundan ondan daha çox istifadə olunur. Onun sözlərinə görə, ABŞ Ermənistanı daha çox təsir altına ala bilib. Hazırda ABŞ-ın məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Bunun üçün yenə Ermənistan istifadə edilən əsas kartdır. Armen Qriqoryanın Rusiyanın ünvanına artan tənqidi də buradan qaynaqlanır. Məsələn, Qriqoryan bildirir ki, Xankəndidə Rusiya sülhməramlıları ilə bağlı gözləntilər də özünü doğrultmur. Əvəzində Qriqoryan Vaşinqtonun fəaliyyətindən razılıq ifadə edir: “İrəvan Vaşinqtonun Ermənistan-Azərbaycan danışıqlarını irəlilətmək səylərini yüksək qiymətləndirir”. Vaşinqtona səfəri barədə danışan Qriqoryan səfərin əsasən ikitərəfli xarakter daşıdığını və Ermənistanla ABŞ arasında münasibətlərin geniş spektrini əhatə etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu əlaqələrin dərinləşdirilməsi və yeni mövzuların daxil edilməsi üçün yaxşı imkan var. Bunlar fonunda “armenianreport” saytı yazır: “Rusiya Ermənistanın strateji müttəfiqidir. Onun ölkəmiz, xalqımız qarşısında bir sıra öhdəlikləri var. Tarixi və bir sıra müqavilələrlə müəyyən edilmiş öhdəliklər. Rusiya hərbi bazası Gümrüdə yerləşir. Rusiya sülhməramlıları Qarabağdadır. Ermənistan hələ də KTMT-nin bir hissəsidir.  Lakin İrəvan bütün bunlardan ABŞ-ın istəyi ilə imtina etməyi düşünür. Rusiyanın buna reaksiyasının necə olacağını təsəvvür etmək çətin deyil”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ