Özünü milli təəssübkeş sayan hansı Azərbaycan vətəndaşı Fransa səfirliyinin Bakıda planladığı 14 iyul bayram tədbirinə qatılacaq?
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bu bayram bütün xalqlara və ayrı-ayrı fərdlərə insan kimi baxılmasını istəyənlərin, hüquq, azadlıq və ədalət üçün vuruşanların qələbə günüdür. Həmin gün tarixdə insanların ilk hüquqlar bəyannaməsini yazanlar Fransada mütləqiyyətçiliyin, istibdadın rəmzi sayılan Bastiliya həbsxanasını dağıdaraq yeni dövr açdılar. İndi deyin, müasir Fransa və onun Makron kimi başçılarının bu dəyərlərlə hər hansı əlaqəsi varmı? Hələ də Afrika xalqlarına müstəqillik verməyən, yeni müstəmləkəçilik üsulları axtaran, müstəmləkə keçmişinə görə xalqlardan üzr istəməyən, hələ də qul əməyini yaşadan, təcavüzkar Ermənistana dəstək verən müasir Fransanın 14 iyul dəyərləri ilə bağlılığı varmı?..
Elə isə Fransa səfirliyinin tədbirinə qatılanlara "kimlər" deyək?..
Tahir TAĞIYEV