Ermənistanın Baş Prokurorluğu keçmiş müdafiə nazir Vigen Sarqsyanı beynəlxalq axtarışa verib.
Trend xəbər verir ki, Ermənistanın Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, o, hərbi qulluqçu və hərbi qeydiyyatda olmayan şəxslərə mənzil verməkdə ittiham olunur.
Qeyd edək ki, Vigen Sarqsyan 2016-cı il oktyabrın 3-də Seyran Ohanyanın yerinə müdafiə naziri təyin edilib, 2018-ci il mayın 8-də hakimiyyət dəyişikliyindən sonra tutduğu vəzifədən azad olunub.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı müdafiə naziri olmuş David Tonoyan hazırda həbsdədir.