Bazar ertəsi günü, 09 noyabr 2026
     

Allahşükür Paşazadədən Ümumdünya Kilsələr Şurasına etiraz - erməni təəssübkeşliyi mövqeyindən çıxış edirsiz

Image


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurası Mərkəzi Komitəsinin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul etməsilə əlaqədar etiraz məktubu ünvanlayıb.

Məktubda deyilir:

“O bir olan Uca Yaradanın adı ilə!

Təəssüflə qeyd etməliyik ki, 2022-ci ilin 31 avqust – 8 sentyabr tarixlərində Ümumdünya Kilsələr Şurasının 11-ci Asambleyasında olduğu kimi, ÜKŞ yenidən Mərkəzi Komitənin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul etmişdir. Biz yaxşı bilirik ki, bu kimi anti-Azərbaycan mahiyyətli sənədlər Eçmiədzin və Kilikiya erməni kilsələrinin sizə etdiyi müraciətlər və obyektiv olmayan, həqiqətdən uzaq məlumatlara əsasən qəbul edilir. Belə qənaətə gəlmək olar ki, 1993-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verən və münaqişənin dini mahiyyət kəsb etməməsi haqqında o vaxtki mövqeyindən fərqli olaraq, ÜKŞ hazırda birtərəfli və qərəzli şəkildə erməni təəssübkeşliyi mövqeyindən çıxış edir. Eyni zamanda, ÜKŞ son dövrlərdə dünyada cərəyan edən siyasi prosesləri dini müstəviyə çıxarmaqla öz nüfuzuna xələl gətirir. Düşünürük ki, müasir dünyada baş verən zorakılıq, nifrətə çağırış, dini və irqi zəmində ayrı-seçkilik hallarının, dini atributların həqarət olunması kimi vandalizm aktlarının artdığı bir dövrdə Kilsə adını daşıyan Təşkilat bu kimi təhlükəli tendensiyalara daha çox diqqət ayırmalı, birtərəfli siyasi bəyanatlarla deyil, barışdırıcı, sülhü təmin edə bilən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etməlidir.

Beynəlxalq aləmə yaxşı məlumdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın əsassız ərazi iddiaları əsasında başlamış və dünya birliyi tərəfindən tanınmış ərazilərimizin 20%-i 30 ilə yaxın müddətdə işğal altında qalmışdır. Qonşu ölkənin təcavüzü, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində aparılmış etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün məşəqqətini yaşamışdır. Azərbaycan xalqı və müzəffər Ordusu 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və onun məlum qətnamələrinə əsasən öz əzəli torpaqlarını işğaldan azad etdi. Yalnız bundan sonra bütün dünya ermənilər tərəfindən Qarabağda on illər boyu törədilən dəhşətli vandalizm əməllərinin ağlasığmaz miqyasının şahidi oldu. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində rəsmi qeydiyyatda olan 67 məsciddən 65-i dağıdılmış, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar talan edilmiş, 2 məscid tövləyə çevrilmiş, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunmuşdur. Azərbaycanın bir vaxtlar inkişaf etmiş inzibati mərkəzləri, şəhər və qəsəbələri, kəndləri inanılmaz bir qəddarlıqla tamamilə dağıdılmış, işğal edilmiş ərazilərimizdə “yandırılmış torpaq” siyasəti həyata keçirilmişdir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra bölgəyə səfər edən çoxsaylı xarici müşahidəçilər bu ürəkdağlayan mənzərədən heyrətə gələrək gördükləri yerləri “ruhlar şəhəri” və “Azərbaycanın Xirosiması” adlandırmışlar.

On illər boyu Ermənistanın hazırkı ərazisindəki Azərbaycana məxsus tarixi-mədəni və dini abidələr, o cümlədən İrəvanda “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər qədim məscidlərimiz tamamilə dağıdılmış, yeganə salamat qalan Göy məscidin isə orada guya “baş verən” yanğından sonra memarlıq xüsusiyyətləri dəyişdirilmişdir. Ermənistanda və Azərbaycanın tarixi ərazisi olan Qarabağda müsəlman məscidlərinin dağıdılması ilə kifayətlənməyən erməni işğalçıları Şuşadakı “Vəftizçi Yəhya” pravoslav kilsəsini, digər bölgələrdəki qədim Qafqaz Albaniyasına məxsus kilsələri saxtalaşdıraraq qriqorianlaşdırmış, Xocavənd pravoslav kilsəsini isə tamamilə məhv etmişdir. Halbuki Ermənistandan fərqli olaraq Azərbaycanda, onun paytaxtı Bakıda və digər bölgələrdə müxtəlif millətlərin və dinlərin nümayəndələri, o cümlədən minlərlə erməni əsilli vətəndaşlar sülh və əmin-amanlıq şəraitində yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası lazımi şəraitdə saxlanılır və dövlət tərəfindən qorunur.

Xüsusilə nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanın 86,6 min kv. km. təşkil edən ərazisində “Artsax” adlı inzibati vahid yoxdur və bunu dünya birliyi ilə yanaşı, Ermənistanın Baş naziri N.Paşinyan da rəsmən etiraf etmişdir. Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunda cari ilin əvvəllərində ölkəmizin təbii sərvətlərinin talan edilməsinə, ekologiyasının çirkləndirilməsinə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr tarixli bəyanatından sonra işğaldan azad olunmuş ərazilərimizə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların və hərbi sursatın daşınması faktlarına qarşı ekofəalların dinc xarakterli haqlı etiraz mitinqləri olmuşdur. Həmin dövrdə və bu gün də humanitar məqsədli gediş-gəlişə və mülki malların daşınmasına heç bir məhdudiyyət yoxdur. Birmənalı şəkildə bildiririk ki, erməni kilsəsi və onun havadarları tərəfindən yayılan və həqiqətə uyğun olmayan məlumatlar, Qarabağda guya humanitar böhranın və “etnik təmizləmə siyasəti”nin yaşandığı barədə iddialar böhtan xarakteri daşıyır və qanunsuz erməni hərbi qruplaşmalarının Azərbaycanın ərazisində təxribatçı terror fəaliyyətlərini ört-basdır etməyə hesablanmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə yüzlərlə dinc sakinimiz bu gün də ermənilər tərəfindən qoyulmuş minalara düşərək öz həyatını itirir, əlil olur, erməni kilsəsi isə dini kürsüdən istifadə edərək yenidən müharibə ritorikası ilə çıxışlar edir və revanşizmi dəstəkləyir.

Bu məktubumuzla rəhbərlik etdiyiniz Təşkilatı həqiqəti müdafiə etməyə və obyektiv bəyanatlar verməyə, kövrək sülh şəraitində birtərəfli mövqe tutmamağa, ədalətin yanında olmağa, erməni tərəfinin qızışdırıcı fəaliyyətinə dəstək verməməyə çağırırıq. Çünki Vahid Yaradana və Haqqa xidmət edən din xadimləri, dini təşkilatlar, xüsusilə dini liderlər münaqişəyə və qarşıdurmaya deyil, humanizm ideyalarına, sülhə, birgəyaşayışa və qarşılıqlı anlaşmaya töhfə verməlidirlər. İncildə İsa əleyhisalamın da buyurduğu kimi: “Sülhpərvərlər nə bəxtiyardırlar! Çünki onlara Allahın oğulları deyiləcək” (Matta, 5:9)”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ