Ermənistan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarından qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadə edir.
Bu barədə özünün "Twitter" səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə yazıb.
"Azərbaycan BQXK-nın maşınlarından istifadə olunmaqla qaçaqmalçılıq səbəbindən Laçın yolunda BQXK avtomobillərinin hərəkətini müvəqqəti dayandırmaq məcburiyyətində qalıb.
Ermənistan hətta BQXK-nın konvoylarından qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadə edir və BQXK-nın humanitar fəaliyyət və etimad kimi əsas missiyasını sarsıdır", - deyə o bildirib.