Daxili İşlər Nazirliyində Elşad Hacıyevə yeni vəzifə verildi.
Trend xəbər verir ki, Daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Elşad Hacıyev Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi təyin olunub.
Xatırladaq ki, daha əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov təqaüdə göndərilib.